Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HURRİLƏR 
    HURRİLƏR – Ön Asiyada qәdim xalq. Hurri dilinin (bax Hurri-Urartu dillәri) daşıyıcısı. E.ә. 3-cü minilliyin ortalarında Mesopotamiyanın şm. vә şm.-ş.-indәki dağlarda yaşayırdılar, H.-in Kür-Araz mәdәniyyәtinin daşıyıcıları ilә eynilәşdirilmәsi mübahisәlidir. E.ә. 23 әsrdә hurrilәrin Urkeş (indiki Suriyanın şm.-ş.-indәki Tәll-Mozan) dövlәti Akkad çarlığının (bax Akkad) nüfuz dairәsinә daxil idi; onun parçalanmasından sonra III Ursü lalәsinin (bax Şumer) ekspansiya obyekti olan Yuxarı Mesopotamiyada bir sıra hurri hakimliklәri yarandı. III Ur sülalәsinin süqutundan sonra hurri dövlәtçiliyi dirçәldi, Dәclәboyunda Simurrum vә Kakmum dövlәtlәri daha әhәmiyyәtli idi. E.ә. 20 әsrin sonu – 19 әsrin әvvәllәrindә hurri hökm - darları Aşşuru idarә edirdilәr. Aşşur mәnbәlәri e.ә.20–18 әsrlәrdә Kiçik Asiya-nın ş.-indә hurri dövlәtlәrinin mövcudluğundan xәbәr verir. E.ә. 18 әsrdә Yuxarı Mesopotamiyadakı H.-in bir qismi Suriyanın şm.-q. әrazilәrinә (ehtimal ki, I Şamşi-Adadın periferiya әhalisini öz dövlәtinin mәrkәzinә köçürmәk siyasәti nәticәsindә) köç etdi. Şamşi-Adad dövlәtinin parçalanmasından sonra burada bir sıra hurri dövlәti formalaşdı, bunların arasında әn irisi Suriya ilә Kiçik Asiya sәrhәdindә yerlәşәn Anumxervanın hakimiyyәtindә olan Xaşşu vә Zalvar birliyi idi (e.ә. 18 әsrin ikinci yarısı). E.ә. 17–16 әsrlәrdә Haniqalbat (Bәlix vә Xabur çaylarının yuxarı axarlarındakı dövlәt) H.-i Hett çarlığına basqınlar edәrkәn digәr hurri dövlәtlәri (mәs., Dәclә çayının yuxarı axarındakı Tikunani) hetlәrin müttәfiqlәri kimi çıxış edirdilәr. E.ә. 16 әsrdә Haniqalbatdakı sülalәnin “hind-ari” sülalәsilә әvәz edilmәsi nәticәsindә o, paytaxtı Vassokkann olan Mitanni dövlәtinә çevrildi. Hurri dövlәtçiliyinin digәr mәrkәzi Kitssuvatnada (Kilikiya düzәnliyindә dövlәt) formalaşdı. E.ә. 15 әsrin ortalarında Yuxarı Mesopotamiyada, Suriyada, Kiçik Asiyanın c.-ş.-indә H.-in böyük qismini birlәşdirәn Mitanni dövlәti çiçәklәnmә dövrünü yaşadı. Mitanni hökmdarı Parrattarna ilә firon III Tutmos arasında Megiddo yaxınlığındakı vuruşmadan (tәqr. 1468) sonra Misirlә Şәrqi Aralıqdәniziyanı uğrunda mübarizәdәn zәiflәyәn Mitanninin tәnәzzülü başladı. E.ә. 14 әsrin ortalarında sülalәdaxili iğtişaşlar, hett çarı I Suppiluliumasın istilaları vә Aşşurun müstәqillik әldәetmәsi nәticәsindә Mitanni böyük dövlәt rolunu itirdi. Onun әrazisinin bir hissәsi Haniqalbat-Mitanni vassal dövlәti (e.ә. 13 әsrin ortalarınadәk mövcud olmuşdu) uğrunda mübarizә aparan Aşşur ilә Hett çarlıqları tәrәfindәn zәbt edildi. E.ә. 14–13 әsrlәrdә Hett çarlığında H.-in rolu güclәndi, lakin çarlığın süqutundan sonra onların Kiçik Asiyada izlәri itdi. E.ә. 12–11 әsrlәr dә Dәclә çayının yuxarı axarlarında hurri hakimliklәri (Paphe, Urrahinaş vә s.) mövcud idi. E.ә. 1-ci minilliyin birinci yarısında H. Yuxarı Zab vә Dәclә çayı boyunda yerlәşәn Hubuşkiya vә Şubriya dövlәtlәrinin әsas әhalisi olmuşlar. E.ә. 673–672 illәrdә Şubriyanın Aşşur tәrәfindәn işğalından sonra hurri dövlәtlәri yalnız digәr dövlәtlәrin vassalı kimi mövcud idi, eramızın 1-ci minilliyinәdәk Dәclә çayının yuxarı axarlarındakı H. irandilli әhali tәrәfindәn assimil yasiyaya uğramışdılar.
    H.-in mәdәniyyәti müxtәlif dövlәtlәrin tәrkibindә ümumi әlamәtlәrini qoruyub saxlayaraq, Mesopotamiya, Suriya vә Hett çarlığının digәr xalqlarının mәdәniyyәtlәri ilә qarşılıqlı әlaqәdә inkişaf edirdi. İldırım allahı Teşşubaya (sitayiş mәrkәzi Kumme ş.), taxıl allahı Kumarbiyә (sitayiş mәrkәzi Urkeş ş.) vә ilahә Sauskaya (sitayiş mәrkәzi Neynәva ş.) pәrәstiş geniş yayılmışdı. Müxtәlif vaxtlarda panteona Akkad vә digәr mәnşәli allahlar әlavә edilmişdi. Hurri mifologiyası Hattusasda tapılmış “Sәmada hökmranlıq haqqında poema”, “Əsirlikdәn azadolma haqqında nәğmә” vә s. epik әsәrlәr dә әks olunmuşdur.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 