Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HUS Yan 
    HUS Yan [1369, yaxud 1371, Husinets k. (indiki Çexiya әrazisi) – 6.7.1415, Konstans ş. (indiki Almaniya әrazisi)] – vaiz, Çexiya Reformasiyasının әsas tәmsilçilәrindәn biri, çex xalqının milli qәhrәmanı.
    Yoxsul kәndli ailәsindә doğulmuşdur. Praqada Karl un-tini bitirmişdir (1393); ilahiyyat bakalavrı (1393, yaxud 1394), müstәqil sәnәtlәr magistri (1396); müstәqil sәnәtlәr fakültәsinin dekanı (1401–02); Karl un-tinin rektoru (1402–03 vә 1409–10) olmuşdur. Tәqr. 1400 ildә keşiş tәyin edilmişdir; 1402 ildәn sonralar Çexiyada kilsә islahatının yayılma mәrkәzi olan Köhnә Praqanın Betlehem sovmәәsinin (әsası 1391 ildә qoyulmuşdur) baş keşişi vә vaizi olmuşdur.
    H.-un dini-fәlsәfi vә sosial baxışları C.Uiklifin 1380-ci illәrdә Çexiyada yayılan әsәrlәrinin tәsirilә formalaşmışdı. 1403 ildә Praqa baş kilsә kapitulu C.Uiklifin әsәrlәrin dә 45 bidәtçi müddәanı müәyyәnlәşdirdiyini Karl un-tinin rәhbәrliyinә çatdırdı. Un-tdә keçirilәn disput zamanı H.Uiklifә irad tutulan müddәaların çoxunun düzgün başa düşülmәdiyini bildirdi. Bununla yanaşı, H. Bibliyanı Roma papası vә kilsә mәclislәri üçün ali avtoritet hesab edir, kilsәnin erkәn xristianlıq dövrünün ideallarına qayıtmaq zәruriliyini dәstәklәyir, kilsәdәn kәnar investituranı ifşa edirdi. H.-un bәzi ideyaları, mәs., kilsә torpaqlarının müsadirәsini әsaslandıran ideyası, әvvәlcә kral IV Vatslav tәrәfindәn dәstәklәndi.
    H.-un vә onun tәrәfdarlarının (o cümlәdәn un-t mühitindә) 1409 ildә Praqa kilsә idarәsi tәrәfindәn tәşkil olunmuş tәqibi kral hakimiyyәtinin dәstәyi sәbәbindәn nәticә vermәdi. Bundan başqa, Karl un-tindә 1409 ildә keçirilәn islahat alman professurasının tәsirini zәiflәtdi, hәmçinin C.Uiklif ideyalarının tәrәfdarlarını güclәndirdi. 1410 ildә Roma papası XII Qriqori [1406–15] tәrәfindәn kilsәdәn uzaqlaşdırılan H. Romaya çağırıldı, lakin hakimiyyәtin himayәsi ona çex torpaqlarında vәzlәrini davam etdirmәyә imkan verdi. İndulgensiyaların satılmasından әldә edilәn gәlirlәrin bir qisminin kral xәzinәsinә daxil olduğu әtrafında artan mübahisәlәr indulgensiya tәcrübәsini qәtiyyәtlә pislәyәn H. vә onun tәrәfdarlarına hakimiyyәtin münasibәtini dәyişdirdi. 1411–12 illәrdә H.Praqadan getmәk vә vәzlәrini Çexiyanın c. vә q. vil.-lәrindә davam etdirmәk mәcburiyyәtindә qaldı. H.-un fәaliyyәtinin son dövrü katolik kilsәsindә kәskin dini vә kilsә-inzibati böhranına (Böyük tәfriqәnin dәrinlәşmәsi, kilsәdaxili hәyatın dәyişdirilmәsi zәrurәti ideyalarının güclәnmәsi) tәsadüf edir. Bilavasitә imperator I Sigizmundun iştirakı ilә çağırılan Konstans kilsә mәclisi 1414 ilin noyabrında açıldı. Mәclisdә Uiklifin baxışlarının ittihamından sonra H. Konstansa dәvәt olundu. İmperator I Sigizmund tәrәfindәn verilәn toxunulmazlıq zәmanәti nә baxmayaraq, H. hәbs edildi vә yandırılmağa mәhkum olundu (hökm yerinә yetirildi). H.-un ittihamının 30 maddәsi, әsasәn, onun Yevxaristiya tәliminә; ağır günahı olan şәxslәr mülkiyyәt sahibi olmağa layiq deyillәr vә ondan mәhrum ola bilәrlәr, Papalıq ayrıca institut kimi kilsә tarixinin ilk üç әsrindә mövcud olmayıb vә Kilsә başçısız da keçinә bilәr vә s. bu kimi fikirlәrinә aid idi. H.-un vәzi, o cümlәdәn onun ittihamı vә ölümü Husçular hәrәkatının formalaşmasına vә güclәnmәsinә sәbәb oldu.
         1999 ilin dekabırında Roma papası II Pavel [1978–2005] H.-un “qәddarcasına ölümü” ilә bağlı çox tәәssüflәndiyini bildirmişdir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 