Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HÚSSERL Edmund
    HÚSSERL Edmund (8.4.1859, Çexiya, Prosnits, indiki Prosteyöv – 27.4.1938, Frayburq-Braysqau) – alman filosofu, fenomenologiya fәlsәfi cәrәyanının banisi. Yәhudi ailәsindә doğulmuşdur. Leypsiq Un-tin dә (1876–78) astronomiya, riyaziyyat, fizika üzrә, Berlin (1878–80) vә Vyanada (1881–82) riyaziyyat üzrә tәhsil almışdır. H. taleyindә hәlledici rol oynamış T.Masarikin tövsiyәsi ilә Vyanada (1884–86) F.Brentanonun mühazirәlәrini dinlәmiş, bu da onun riyaziyyat vә fizikadan fәlsәfәyә dönüşünü şәrtlәndirmişdir. Halle Un-tindә (1887–1901) dәrs demiş, Göttingen (1901–16) vә Frayburq-Braysqau (1916–36) untlәrinin prof.-u olmuşdur; 1935 il Nürnberq irq qanununa görә o, Almaniyanın akademik hәyatında iştirak etmәk imkanından mәhrum olmuşdur. H.-in 40 min әlyazma sәhifәsindәn ibarәt arxivi pastor Herman Leo van Breda tәrәfindәn gizli şәkildә Belçikaya aparılmışdır. 1950 il dәn H.-in әsәrlәrinin külliyyatı (Husser liana) nәşr olunur.
    H. fәlsәfәsinin başlanğıc mövzusu vә leyt motivi elmi idrak, praktika vә bütünlükdә mәdәniyyәtin әsasını tәşkil edәn şüurun mütlәq prinsip vә normalarıdır. “Fәlsәfә ciddi elm kimi” (“Philisophie als strenge Wissenschaft”) adlı proqram mәqalәsindә H. relyativizmin iki әsas formasını – bütün mövcudatı ya fiziki tәbiәtlә eynilәşdirәn, ya da ondan sәbәbiyyәt, yaxud funksional asılılıqda olan psixikiliyi qәbul edәn naturalizmi vә obyektiv idrak ideyasının özünü şübhә altına alan tarixiliyi tәnqid etdi. Platonizm әnәnәlәrini davam etdirәn H. tәk vә ümumi, yaxud ideal predmetlәrin dәrk olunması arasındakı mahiyyәt fәrqi haqqında mәsәlәni qaldırdı. Dәrk edәn şüurun bu iki tipinin fenomenoloji tәsviri H.-in şüur haqqında tәliminin mәrkәzi mövzusudur. H. metodunun başlıca mәqsәdi şüur aktlarının, konkret mәna daxilindә götürülmüş predmetin vә öz-özlüyündә mövcud olan predmetin dәqiq sәrhәdlәrinin müәyyәnlәşdirilmәsinә nail olmaqdır. Bu bazis fәrqi işıq şüası (şüur), predmetin işıqlanması (onun mövcudluğu) vә işıqlanan predmet arasındakı fәrqlә müqayisә etmәk olar. Sonuncunun real olması mütlәq deyil; predmet vә onun varlığı arasında fәrq tәsәvvür edilәn, xatırlanan vә s. predmetlәrә münasibәtdә dә saxlanılır.
    Psixologizmin tәnqidi. Şüur haqqında tәlim. Əsas әsәri olan “Mәntiqi tәdqiqatlar”da (“Logische Untersuchungen”, 1900–01) H. mәntiqi psixologiyaya müncәr edәn müxtәlif tәlimlәri tәnqid etmişdir: psixologiya faktlar haqqında elm, mәntiq isә hәqiqәtlәr haqqında elmdir vә faktların yox olması ilә bu faktlar haqqında hәqiqәtlәr yox olmur. H.-ә görә, hәqiqәti faktlara müncәr edilәn psixologizm rel ya tivizmә vә skeptisizmә aparır. H. “xalis mәntiq” proq - ramını elm tәlimi, bütün nәzәriyyәlәrin nәzәriyyәsi kimi formullaşdırır. Nәzәriyyә mәnalardan ibarәtdir vә onların әlaqәlәri bir tәrәfdәn dәrketmәdәki tәәssüratların әla qәlәrindәn (yәni psixi aktların әlaqәlәrindәn), digәr tәrәfdәn elmdә dәrk edilәnlәrin әlaqәlәrindәn fәrqlәnir. Şeylәr arasında sәbәbiyyәt vә ya funksional әla qәlәr ola bilәr, nәzәriyyәnin elementlәri arasında bu cür әlaqәlәr yoxdur, bu, mәnaların ideal, mәntiqi әlaqәsidir.
    Mәntiq vә psixologiyaya münasibәtdә neytral tәdqiqatlar sahәsi olan şüur fenomenologiyası (şüur tәcrübәdә hansısa real xassә vә hissәlәri olan obyekt kimi yox, tәәssürat olaraq verilmişdir) tәcrübәdә reallaşmayan bütün ilkin şәrtlәrdәn imtina etmәlidir. Onun sferasında xarici alәmin mövcudluğu haqqında “metafizik mәsәlә” müzakirә olunmur vә tәdqiqatlar “sadәlövh” müddәaya әsasәn mövcudolan kimi tәsәvvür edilәn predmetlәrә deyil, şüur aktlarına vә onların mәna mәzmunlarına istiqa mәtlәnmişdir. Mәna işarәnin hәm maddi-әşyavi varlığından, hәm onun göstәrmә vә әlamәt funksiyalarından, hәm dә fantaziya obrazından, әn başlıcası isә predmetin özündәn ayrılır: haqqında danışılan vә danışılanın özü eyni şey deyil. Mәna qeyri-realdır, onun statusu ideal olanın, ümumi predmetlәrin statusuna oxşardır. Ümumini seyretmә hissi dayağa malik olmalıdır, lakin bu dayaq tamamilә ixtiyari ola bilәr: ideal predmet hansısa müәyyәn qavrayış, yaddaş növü ilә zәruri şәkildә bağlı deyil, ideyaların görünmәsi (“mahiyyәtlәrin seyredilmәsi”) fәrdi predmetlәrin vә proseslәrin qavrayışı üzәrindә qurulur (mәs., çertyojun qavrayışı hәndәsi әlaqәlәrigörmәk üçün yalnız hissi dayaqdır). Bu seyretmә (“ideasiya”) mövcudluğu zәnn etmir, mahiyyәti nәzәrdә tutur.
    İntensionallıq şüur aktlarının (qavrayış, yaddaş, fantaziya, tәfәkkür vә s.) predmetә, onun mövcud olması, yaxud olmamasından asılı olmayaraq, mәnaca istiqamәtlәnmәsini ifadә edir. H.-ә görә, idrak mәnanın müәyyәn dәrәcәdә dolğunluqla hәyata keçmәsidir vә onun әsas aktları siqnifikasiya vә qavrayış (real predmet üçün), kateqorial seyretmә, yaxud ümumini görmәdir (ideal üçün). H. üçün hәqiqәt ontoloji anlayışdır. Kim tәrәfindәn onun bilinib-bilinmәmәsindәn asılı olmayaraq, hәm mәnanın yeganәliyi (mәs., 2 ´ 2 = 4), hәm dә varolmanın özü – “hәqiqәti hәyata keçirәn predmet” (“hәqiqi dost”, “işlәrin hәqiqi vәziyyәti” vә s.) hәqiqi ola bilәr. Hәmçinin mövcud vәziyyәtin mәhz olduğu kimi görünmәsi imkanını, yәni düşünülәnin vә seyredilәnin üst-üstә düşmәsi imkanını yaradan şüur aktı strukturu da hәqiqi ola bilәr. Hәqiqәt meyarı olan şübhәsizlik bu üst-üstәdüşmәnin tәәssüratıdır.
    Zaman, mәkan, qavrayış. H. 1904–05 illәrin mühazirәlәrindә (1928 ildә nәşr edilmişdir) zamanı obyektiv zaman (onun vә obyektiv mәkanın mövcudluğu inkar edilmir) kimi deyil, zamanın daxili dәrki, hәmçinin şüurun özünün vә hәr şeydәn әvvәl onun ilkin moduslarının – qavrayışın, yaddaşın vә fantaziyanın temporallığı kimi nәzәrdәn keçirilir. Daxili zaman tәәssüratın daxili fazalarının sintezi, onun әsas strukturudur: 1) indi-nöqtә (әn birinci tәәssürat); 2) hәmin indi-nöqtәnin retensiyası, ilkin saxlanması (müvafiq olaraq retensiya zәnciri); 3) protensiya, yәni ilkin gözlәmә, yaxud “baş verәn şey”in mәzmununu müәyyәnlәşdirәn qabaqcadanduyma. H. zaman haqqında tәlimindә sürәkliliyi, fazalarının ardıcıllığı ilә zaman obyektini vә üç üzvlü konstitutiv quruluşu ilә şüuru dәqiq şәkildә fәrqlәndirir. Zamanın dәrkinin üçüncü sәviyyәsi şüurun fenomenoloji anlamda bütün sәciyyәlәrini: qeyri-predmetliliyi, heç nәyә müncәr edilmәmәsi, kәnardan verilmiş istiqamәtin olmaması, tәkrar istehsal oluna bilmәsi vә unikallığı özündә birlәşdirәn mütlәq şüur axınıdır. 1907 il mühazirәlәrindә (Husserliana, 1973) mәkan da zaman kimi fizika, yaxud hәndәsәnin tәrkib hissәsi kimi deyil, qavranılan dünyanın vizual, taktil vә kinestetik duyğular vasitәsilә müәyyәnlәşdirilәn mәkanı kimi nәzәrdәn keçirilir. Bununla da insanın cismaniliyi fәlsәfi tәhlilin mühüm mövzularından birinә, qavrayış isә şüurun digәr moduslarının tәdqiqi üçün paradiqma yaçevrilir. H. hәmişә müәyyәn perspektivdә vә rakursda (Abschattung) verilәn mәkan obyektini qavramanın prinsipcә fraqmentarlığını göstәrir, odur ki, qavrayan şüur predmetin bütövlüyünü özü başa çatdırır.
    Fenomenoloji metod. “Xalis fenomenologiya vә fenomenoloji fәlsәfәyә dair ideyalar”ın 1-ci kitabında (“İdeen zu einer reinen Phänomenologie und phänomeno logischen Philosophie”, 1913) H. fenomenoloji metodun prosedurlarını işlәyib hazırla yarkәn, predmetlәrin mövcudluğunun onlara müәyyәn mәna verәn şüur aktları ilә әlaqәlәndirilmәdiyi tәbii müddәalardan kәnarlaşmanı vә refleksiv fenomenoloji müddәalara keçidi antik skeptiklәrin işlәtdiyi “epoxé” (özünü saxlama) termini ilә ifadә edirdi. “Epoxe”nin sinonimi “fenomenoloji reduksiya”dır, yәni predmetli alәmin sәbәbiyyәt-funksional әla qәlәrini “dırnağa almaq” vә diqqәti şüurun predmetlәrә mәna baxımında istiqamәtlәnmәsi üzәrindә saxlamaq tәlәbidir. Transsendental reduksiya öz şüurunu psixoloji reallıq olaraq “dırnağa almaq”, psixiliyi obyektivcәsinә anlamaqdan imtinadır; refleksiya şüuru “kәnardan” müşahidәetmә deyil, lakin şüur axınının “canlanması” vә müәyyәn mәna konfiqurasiyalarının daxilәn motivlәnәn tematikalaşmasıdır. “I İdeyalar”da fenomenologiyanı sistemlәşdirmәk cәhdi xalis şüur anlayışını, onun korrelyativ strukturları olan mәna daşıyıcı aktı (noesis), mәna mәzmununu (noema) vә xalis Mәn anlayışını (zәruriliyi “Mәntiqi tәdqiqatlar”da şübhә altına alınan) ön plana çıxardı.
    Etika. H. mәntiq ilә etika arasında analogiyadan çıxış edәrәk, insan münasibәtlәri empiriyasından asılı olmayan praktiki şüurun mütlәq vә xalis prinsiplәri sistemi kimi xalis etika ideyasını irәli sürürdü. Lakin konkret elmdә mәntiqi ziddiyyәtsizlik bu vә ya digәr müddәanın hәqiqiliyinә zәmanәt vermәdiyi kimi, etikada da zәruri olan formal prinsiplәr hәlә maddi hәqiqiliyә – konkret әmәlin hәqiqiliyinә zәmanәt vermir. Bunun üçün formal aksiologiya (formal mәntiqin analoqu) ilә yanaşı, emosional sahәnin aprior strukturunu (maddi aprior) üzә çıxaran dәyәrlәrin maddi etikası işlәnib hazırlanmalıdır.
    İntersubyektivlik vә hәyati alәm.
    1920-ci illәrin sonlarından H. intersubyektivlik probleminә müraciәt etdi: hәm xarici, hәm dә daxili qavrayışda bilavasitә әlçatan olmayan başqa Mәn (başqa şüurlar) tәcrübәsinin tәsviri solipsizmi aradan qaldırmağa vә idrakın obyektivliyini әsaslandırmağa imkan verir. Başqa Mәnin mövcudluğu vasitәli intensionallıq – assosiativ sintezlәrin mürәkkәb sistemi sayәsindә mümkün olur vә bu zaman başqasının bәdәni vә başqa Mәn öz bәdәnimin vә öz bilavasitә dәrkolunan psixofiziki vәhdәti min intensional modifikasiyası qismindә üzә çıxır. Bu zaman Başqası yalnız tәbiicismani-psixi fenomen kimi deyil, hәm dә öz mәna alәmini müәyyәn edәn subyektivlik kimi çıxış edir vә bu alәmdә Mәn artıq Başqası kimi görünür. Belә halda dünya ümumi, intersubyektiv dünya (hәr kәs üçün dünya) kimi, yәni obyektivlәşdirilmiş mәnaların kәsişmәsi vә bir-birinә qarışması kimi çıxış edir.
    “Avropa elmlәrinin böhranı vә transsendental fenomenologiya”da (“Die Krisis der europäischen Wissenschaften und die transzendentale Phänomenologie”, ilk iki hissәsi 1936 ildә, tam şәkildә “Husserliana” da, 1954 ildә nәşr olunmuşdur) intersubyektivlik problemi “bәşәri subyektivliyin paradoksu” kimi tәqdim olunur. Sonuncusu әtraf alәmin mәna әlaqәlәrinin rәngarәngliyini müәyyәnlәşdirir vә eyni zamanda bu alәmdә müәyyәn mәna halqası (alәmin obyekti) kimi mövcud olur, sonra isә universal intersubyektivliyә qәdәr genişlәnir, hansı ki, “obyektiv olanın bütün mәcmusunu” öz alәminә daxil edәn bәşәriyyәt kimi hәm alәmin bir hissәsidir, hәm dә bütün alәmi tәşkil edir. H.-ә görә, bu paradoksun hәlli metodu çıxış nöqtәsi konkret insan Mәni olan ciddi, radikal “epoxe”dir. İntersubyektivliyin önşәrti konkret alәmfenomen, hәyati alәm, bu vә ya digәr şәkildә predmetlәrdә reallaşan bizim bütün mәqsәd vә sәylәrimizin üfüqüdür; bu alәmdә hәm gündәlik tәcrübә şeylәri, hәm dә elmi tәhlil obyektlәri ilә eyni olmayan mәdәni-tarixi reallıqlar mövcuddur. Tәbiyyatşünaslığın sürәtli inkişafı dövründә H. Avropa elmlәrinin böhranı mәsәlәsini qaldırır vә o, bunu tәbiyyat elmlәrini humanistik mәzmundan mәhrumetmәlәrlә-elmin mәna bünövrәsi olan hәyati alәmin unudulması, idealizasiya (real qavrayış sferası xaricindә “nöqtә”, “kütlә”, “sosial struktur” vә digәr bu kimi anlayış vә obyektlәrin tәşkili) ilә ideasiya (ideyanın qavrayış әsasında müәyyәn edilmәsi) arasındakı radikal fәrqin itirilmәsi ilә әlaqәlәndirdi.
    H.-in fәlsәfәsi fenomenoloji hәrәkatın çıxış nöqtәsi olaraq, ekzistensializmin, personalizmin, 20 әsrin humanitar elmlәrindә müxtәlif mәktәblәrin formalaşmasına böyük tәsir göstәrdi. M.Haydegger, O.Fink, L.Lanqrebe, R.İnqarden, E.Levinas, A.Koyre, Y.Patoçka, Q.Q.Şpet H.-in bilavasitә şagirdlәri olmuşlar.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 