HUŞƏNG ibn Kavus (? – 1382) –Şirvanşahlar dövlәtinin otuz üçüncü hökmdarı [1372–82], Şirvanşah Kavus ibh Key qubadın oğlu. Atasının ölümündәn (1382) sonra hakimiyyәtә gәlmişdi. Bundan әvvәl Cәlairi sultanı Üveysin yanında girov saxlanılan H. onunla dostluq münasibәtlәri qurmuşdu. Kavusun ölümündәn xәbәr tutan sultan Üveys H.-i Şirvana göndәrdi. Cәlairilәr dövlәtinin tәnәzzülü dövründә H. öz hakimiyyәtini vә dövlәtini möhkәmlәndirdi; bu vaxt Muğan vil. Şirvanın tәrkibindә idi. Cәlailәrlә dostluq әlaqәlәri saxlayan Şirvanşah H. Cәlairi hökmdarının etibarını qazandı, Sultan Əhmәdlә ona qarşı çıxmış Bәyazid arasında münasibәtlәrin nizamlanmasına nail oldu. Numizmatik materiallar Şirvanşahın Cәlairilәrdәn asılılığını tәsdiqlәyir. H. Şirvanda xırda feodalların vә kәndlilәrin zadәganlar әleyhinә baş vermiş üsyanı nәticәsindә öldürüldü. Onun vәliәhdi olmadığından hakimiyyәtә I İbrahim Dәrbәndi gәldi. Mәnbәlәrdә H. öz dövrünә görә yaxşı tәhsil almış hökmdar, hәm dә tanınmış şair kimi qeyd olunur.










