HUŞSUZLUQ – yaddaş vә diqqәtin zәiflәmәsi ilә özünü büruzә verәn psixi hal. S ә b ә b l ә r i: hәddәn artıq yorulma, hәr hansı patoloji proseslәr, hәmçinin bir vә ya bir neçә alternativ fәaliyyәtin yerinә yetirilmәsinә yüksәk dәrәcәdә cәlb olunmanın kәnar nәticәsi.










