HÚVER Herbert Klark (Hoover Herbert Clark; 10.8.1874, Ayova ştatı, Vest-Branç ş. – 20.10.1964, Nyu-York) – ABŞ dövlәt xadimi, ABŞ-ın 31-ci prezidenti (1929– 33). Yoxsul fermer ailәsindә doğulmuşdur. 9 yaşında valideynlәrini itirmiş, öz çalış qanlığı vә istedadı nәticәsindә tәhsil almışdır. H. Stanford un-tini bitirmişdir (1895). Mәdәn sәnayesi, d.y. nәqliyyatı vә metallurgiya sahәsindә uğurlu sahibkarlıq fәaliyyәti ilә mәşğul olmuşdur. 1915 ildә H.-in şәxsi kapitalı 4 mln. dollaraçatmışdı. Birinci dünya müharibәsi illәrindә T.V.Vilson administrasiyasının üzvü, müharibәdәn zәrәr çәkmiş Avropa ölkәlәrinә әrzaq yardımı Amerika komitәsinә (“APA”) rәhbәrlik etmişdir. 1921 ildә hakimiyyәtә gәlmiş U.Hardinq – K.Kulic respublikaçı admi nistrasiyasında ticarәt naziri idi. 1928 ildә ABŞ-ın respublikaçılar partiyasından prezident seçilәn H.-in 1929–33 illәrdә ümum dünya iqtisadi böhranından çıxış yolu tapa bilmәmәsi, spirtli içkilәrә qadağa qanununa tәrәfdar çıxması vә uğursuz xarici siyasәti onun nüfuzunu xeyli zәiflәtdi. 1932 ildә H. ikinci dәfә prezidentliyә namizәd olsa da, ölkәyә “yeni kursu” vәd edәn demokratların namizәdi F.D.Ruzvelt qәlәbә qazandı. Bundan sonra H. Ruzveltin islahatçı kursunun vә xarici siyasәtinin tәnqidinә başladı. Avropa siyasәtindә H. cәza tәdbirlәri ilә Almaniyanın “sakitlәşdirilmәsinin” tәrәfdarı idi. 1942 ildә o, X.Gibsonla birlikdә gәlәcәk idarәçilik üsulu ideyasından bәhs edә “Möhkәm sülhün problemlәri” kitabını nәşr etdi. “Soyuq müharibә” illәrindә sağ respublikaçılığın mәnәvi lideri olan H. Ruzveltin siyasi irsindәn imtina hәrәkatına qoşuldu. “Kommunizmin qarşısının alınması” strategiyasını dәstәklәyәn H. amerikan tәcridolunma әnәnәsindәn dә uzaqlaşmırdı. 1950 ildә ABŞ-ın hәrbi-texniki üstünlüyünә әsaslanaraq onun Qәrb yarımkürәsindәki hәrbi iştirakının mәhdudlaşdırılması vә qüvvәlәrin qәnaәti planını (“kontinentalizm doktrinası”) irәli sürdü. H. Stanford un-ti nәzdindә Müharibә, inqilab vә sülh Huver in-tunun (1919) tәsisçisidir.










