HÜBƏL (هبل) – qәdim әrәblәrdә allah; kәnanilәrlә onların oturaq qolu olan qüreyşilәr vә Mәkkә ş. arasında birliyin himayәçisi. Əfsanәyә görә, kәnanilәr H. kultunu Şimali Ərәbistandan (nәbatilәrdәn) әxz etmişdilәr. H.-in Mәkkәdә hәm yonulmamış daşdan, hәmdә әqiqdәn hazırlanmış heykәl-bütlәri var idi. Əqiq büt Kәbәdә yerlәşirdi. Sağ qolu qırıq olan bu bütә sonralar qüreyşilәr qızıldan qol әlavә etmişdilәr. H. Kәbәnin әn böyük bütü vә baş allahı idi. H.-in üzәrindә yeddi әdәd fal oxu olmuş, әrәblәr mühüm mәsәlәlәrdә bu fal oxlarını çәkәrәk hәrәkәtlәrini ona uyğun yönlәndirmişlәr. Bәzi Qәrb mәnbәlәrinә görә, H. Ay tanrısının simvoludur. Mәkkәnin fәthi zamanı (630) digәr bütlәrlә birlikdә onu da mәhv etmişlәr.










