HÜCEYRƏ (lat. cellula, yun. ϰύγος) – bütün canlı orqanizmlәrin әsas strukturfunk sional vahidi. Biopolimerlәrdәn (o cümlәdәn nuklein turşularından, zülallardan) vә s. birlәşmәlәrdәn ibarәt, müstәqil mövcudolma vә inkişafetmә, özünütörәtmә qabiliyyәtinә malik mürәk kәbtәşkilolunmuş sistemdir. H. hәm müstәqil bir hüceyrәli orqanizm kimi (bakteriyalar, arxeylәr, ibtidailәr, bәzi yosunlar vә göbәlәklәr), hәm dә müxtәlif çoxhüceyrәli orqanizmlәrin toxuma vә orqanlarında mövcud ola bilir.
Tarixi arayış. “H.” termini R.Huk tәrәfindәn (1665) tәklif edilmişdir. O, böyüdücü linzaların kömәyilә ölü mantar toxumasının kәsiklәrindә müşahidә etdiyi bitki hüceyrәlәrinin yalnız xarici qişasından ibarәt gözcüklәr üçün bu termini işlәtmişdir. Sonralar Hukun analoji “H.”-lәri bitkilәrin müxtәlif hissәlәrindә vә heyvan toxumalarında aşkar edildi. Yalnız 19 әsrin әvvәllәrindә mikroskopiyanın inkişafı ilә H. haqqında ümumi anlayışlar dәyişdi: onların әmәlә gәlmәsindә xarici qişalar (“gözcüklәr”) deyil, daxilindәki protoplazma (Y.Purkine) әsas sayılmağa başlandı. 1831 ildә bitki H.-si protoplazmasında sabit nüvәnin strukturunu aşkarlayan R.Broun onu tәsvir etdi. Bu vә bir çox digәr müşahidәlәrә әsasәn T.Şvann hüceyrә nәzәriyyәsinin әsas müddәalarını (1839) formullaşdırdı, hәmin müddәalardan birindә bitki vә heyvan H.-sinin quruluşundakı oxşarlıq әsas götürüldü. H. nәzәriyyәsinin sonrakı inkişafı R.Virxovun işlәri ilә bağlıdır. O, sübut etdi ki, orqanizmdә H.-lәrin miqdarı onların bölünmәsi sayәsindә artır. H. nәzәriyyәsinin yaradılması tәbiyyatşünaslıqda әn mühüm hadisә vә bütün canlı tәbiәtin vәhdәtinin hәlledici sübutlarından biridir. Onun әsas müddәaları bu gün dә öz әhәmiyyәtini saxlamaqdadır. Müasir hüceyrә nәzәriyyәsinә görә H. elementar canlı vahididir; ondan kәnarda hәyat yoxdur; H.-in sayının artması yalnız başlanğıc H.-nin bölünmәsi yolu ilә baş verir; çox hüceyrәli orqanizmlәr toxuma vә orqanlar sistemindә birlәşmiş vә hüceyrәarası qarşılıqlı әlaqәdә olan H.-lәrin mürәkkәb ansamblından ibarәtdir; H.-nin metabolizm, enerjini istifadә vә transformasiya etmәk, hәssaslıq, dәyişkәnlik qabiliyyәti var. Bütün bu әlamәtlәrin mәcmusunu yalnız hüceyrә sәviyyәsindә aşkar etmәk olar.
Hüceyrә tәşkilinin tiplәri. Canlı orqanizmlәr arasında H. quruluşunun prokariot vә eukariot kimi iki tipi vardır. P r o k a r i o t H.-lәr bütün bakteriya vә arxeylәr üçün sәciyyәvidir; onların ölçülәri kiçikdir (0,1–10 mkm); adәtәn tәk, sәrbәst yaşayan orqanizmlәrdir, lakin bәzilәri eyni H.-lәrdәn koloniyalar yarada bilir. Onların morfoloji cәhәtdәn izah olunan nüvәsi yoxdur; DNT-nin kompakt yığılmış halqavarı molekulu (bakterial xromosom) şәklindә olan genomu (nukleoid) sitoplazmadan tәcrid edilmәmişdir vә quruluşca H.-ni ayıran plazmatik membranla әlaqәdardır; prokariot H. xaricdәn hüceyrә divarı ilә әhatә olunmuşdur (arxeylәrdә ya S-qatlar, ya da qrammüsbәt bakteriyaların hüceyrә divarı ilә oxşar qılafla); bәzi prokariotlarda hüceyrә divarı yoxdur. H. sitoplazmasında vakuollar, metabolizmi tәmin edәn çoxsaylı fermentlәr, ribosomlar, sito skelet elementlәri vardır. H.-dә hәmçinin xromosomdankәnar genetik elementlәr olan DNT plazmidlәri dә ola bilәr. Prokariot H.-nin binar bölünmәsi (arakәsmә әmәlә gәtirmәk yolu ilә) DNT-nin replikasiyasından sonra baş verir.
Bitki hüceyrәsinin quruluş sxemi: 1 – hüceyrә divarı; 2 – mәrkәzi vakuol; 3 – mitoxondrilәr; 4 – Qolci aparatı; 5 – ribosomlar; 6 – nüvә; 7 – nüvәcik; 8 – hamar endoplazmatik şәbәkә; 9 – sitoplazma; 10 – xloroplastlar; 11 – plazmatik membran; 12 – plazmodesma; 13 – lizosomlar; 14 – nüvә qılafı; 15 – dәnәvәr endoplazmatik şәbәkә.

Heyvan hüceyrәsinin quruluş sxemi: 1 – pinositoz vakuollar; 2 – Qolci aparatı; 3 – endoplazmatik retikulum; 4 – ribosomlar; 5 – xromosomlar; 6 – hüceyrә membranı; 7 – sitoplazma; 8 – vakuol; 9 – mitoxondri; 10 – nüvәcik; 11– nüvә; 12 – nüvә membranı; 13 – sentriollar; 14 – lizosom.
E u k a r i o t H.-lәr qalan bütün orqanizmlәr üçün sәciyyәvidir. Onlar prokariotlardan 10–100 dәfә iridir; membranlı nüvә qılafı ilә sitoplazmadan ayrılmış, morfoloji cәhәtdәn aydın seçilәn nüvәsi var; bu mürәkkәb sistem xromosomlarda olan xәtti DNT molekullarında genetik informasiyanın saxlanmasını, tәkrarәn әmәlә gәlmәsini vә realizasiyasını tәmin edir. Plazmatik membranla ayrılmış sitoplazmada H.-nin aralıq metabolizmindә iştirak edәn maye plazma (hialoplazma, yaxud sitozol), hәmçinin (nüvә ilә yanaşı) hәr birinin müәyyәn spesifik funksiyası (müxtәlif eukariot H.-lәrlә oxşar) olan çoxlu sayda zәruri struktur törәmәlәr (orqanellәr) fәrqlәndirilir. Ribosomlar zülalın sintezini hәyata keçirir, mitoxondrilәr H.-ni enerji ilә tәmin edir, bitki H.-sinin plastidlәri (o cümlәdәn, xloroplastlar) ATF-nin sintezindә vә fotosintezdә iştirak edir. Mitoxondrilәr vә xloroplastların özlәrinin dә genetik aparatı vardır; bu, eukariot H.-lәrin simbiont mәnşәyinә dair fәrziyyәnin meydana gәlmәsi üçün әsas oldu. Membranla әhatә olunmuş orqanellәrin bir hissәsi (endoplazmatik şәbәkә, Qolci aparatı, endo vә ekzositoz vakuollar, lizosomlar, peroksisomlar) va kuolyar sistemi әmәlә gәtirir. Bundan әlavә, eukariot H. üçün sitoplazmanı dәlib keçәn zülal sapları şәbәkәsi olan sitoskelet (H.- nin dayaq-hәrәkәt sistemi) sәciyyәvidir. Bitkilәrin vә göbәlәklәrin H.-sindә plazmatik membranın bayır tәrәfindә heyvan H.-sindә olmayan hüceyrә divarı yerlәşir.
Heyvanların H. sitoplazmasının vacib komponenti hüceyrә mәrkәzidir, onun da tәrkibinә sentviol daxildir. Eukariotların somatik H.-lәri mitoz yolu ilә bölünür; bu, H. oxu adlanan xüsusi bölünmә aparatının yaranması ilә müşayiәt olunur; hәmin aparatın kömәyi ilә xromosomlar (onların ikilәşmәsindәn sonra) onların ilkin diploid dәstinin saxlandığı iki törәmә H.-yә bәrabәr paylanır. H.-nin bölünmәdәn bölünmәyә qәdәr yaşama müddәti hüceyrә tsiklini tәşkil edir. Heyvan vә bitkilәrin cinsiyyәt H.-lәri (qametlәr) meyozun gedişindә (hәr H.-dә haploid xromosom dәsti olmaqla) formalaşır.
Hüceyrәlәrin oxşarlığı vә müxtәlifliyi. Bir çox morfoloji vә funksional xüsusiyyәtlәrinә baxmayaraq prokariot vә eukariot H.-lәr çox cәhәtdәn oxşardır vә bu, onların hüceyrәdaxili quruluşunun strukturmolekulyar tәşkilinin ümumiliyi ilә sәrtlәşir. Bunlar H.-dә hansısa bir-biri ilә әlaqәdar vәhdәt vә funksional qarşılıqlı asılılıq yaradır: hәm prokariot, hәm dә eukariot H.-lәr baryer, nәqliyyat vә reseptor funksiyalarını yerinә yetirәn plazmatik membran ilә әhatә olunmuşdur; hәr iki tip H. canlı sistemin özünün mühafizәsi ilә bağlı proseslәrdә (mәs., nuklein turşuları vә zülalların sintezindә, bioenergetik proseslәrdә) iştirak edir. H.-nin çoxalması yalnız başlanğıc hüceyrәnin bölünmәsi yolu ilә baş verir, hәm dә prokariot H.-lәr mitotik bölünmәyә oxşar H. bölünmәsi aparatından istifadә edir.
Eyni zamanda çoxhüceyrәli orqanizmlәrin eukariot H.-lәri (hüceyrәdaxili strukturların quruluşunda oxşarlıqlar olmaqla) forma, quruluş vә ölçüsünә görә (hәtta bir fәrd daxilindә, mәs., epiteli, әzәlә, sinir sistemi, qan H.-lәri) fәrqlәnә bilәr. H.-lәrin belә müxtәlifliyi müxtәlif H.-lәrin yerinә yetirdiyi funksiyaların ixtisaslaşması ilә izah edilir, bu isә çoxhüceyrәli orqanizm inkişaf etdikcә müxtәlif H.-lәrdә olan müxtәlif genlәrin spesifik fәallığının nәticәsidir. Göstәrilir ki, belә orqanizmin istәnilәn H.-sigenetik materialın eyni tam dәstinә, istәnilәn genin işi üçün bütün imkanlara malikdir (yәni polipotentdir), lakin müxtәlif H.-lәrdә eyni genlәr fәal, yaxud repressiv halda ola bilir. H.-nin özünün hәyatını davam etdirmәk üçün zәruri olan zülal vә nuklein turşularının sintezini müәyyәnlәşdirәn genlәr hәmişә fәaldır, lakin müxtәlif toxumaların H.-lәrindә, bundan әlavә, mәhz hәmin toxumanın H.-lәri üçün sәciyyәvi olan xassәlәri vә әsas hüceyrә funksiyalarını müәyyәnlәşdirәn spesifik genlәr fәaldır. Spesifik genlәrin aktivliyinin tәnzimlәnmәsi isә kimyәvi tәnzimlәmәnin hüceyrәarası, hormonal, sinir (heyvanlarda) formaları ilә tәyin edilir.
Belәliklә, çoxhüceyrәli orqanizmlәrdә H. inkişaf vahidi, müxtәlif orqanlarda vә toxumalarda fәaliyyәt vahidi vә hәyat fәaliyyәtindә patoloji dәyişikliklәrin ilkin obyektidir. Eukariotlarda orqanizmlәrin inkişafı әcdad H.-dәn onu nәsillәrinin mürәkkәb çoxhüceyrәli toxuma vә orqanlar ansamblı yaradan ziqotadan başlayır. Çoxhüceyrәli orqanizmin hәr bir funksiyası müxtәlif orqanlarda ayrı-ayrı H.-lәrin işinin nәticәsidir. H.-nin tamlığının pozulması, yaxud onun xassәlәrinin dәyişmәsi istisnasız olaraq bütün xәstәliklәrin әsas sәbәbidir. H.-nin tәbii dağılması genetik determinә edilmiş proqram olan apoptozun reallaşması gedişindә baş verir.
H. haqqında elm hüceyrә biologiyası adlanır. H.-ni öyrәnmәk üçün mikroskopiyanın müxtәlif növlәrindәn, H. becәrilmәsindәn, hüceyrә mühәndisliyinin müxtәlif metodlarından, hәmçinin biokimya, biofizika, molekulyar biologiyanın çoxsaylı metodlarından istifadә edilir.










