Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HÜCEYRƏ NÜVƏSİ
    HÜCEYRƏ NÜVƏSİ – bir çox birhüceyrәli vә bütün çoxhüceyrәli orqanizmlәrin hüceyrәsinin, daxilindә genetik informasiyanın DNT molekulları şәklindә saxlandığı vә surәtinin çıxarıldığı zәruri hissәsi. İlk dәfә 1825 ildә Y.Purkinye toyuq yumurtasında H.n.-ni müşahidә etmişdir; R.Broun (1831–1833) “nüvә” terminini elmә daxil etmiş vә onu bitki hüceyrәlәrindә T.Şvann (1838–1839) isә heyvan hüceyrәlәrindә tәsvir etmişdir. Hüceyrәlәrin dә formalaşmış nüvәsi olan orqanizmlәr eukariotlara, H.n. formalaşmayıbsa prokari otlara aid edilir; bunlar arasındakı әsas fәrq DNT-nin sitoplazmadan nә dәrәcәdә ayrılmasında vә eukariotlarda xromosomların olmasındadır. H.n. genlәrdә yığılmış irsi informasiyanı istifadә etmәklә hüceyrәdәki müxtәlif zülalların sintezini, fizioloji vә morfoloji proseslәri idarә edir; onun funksiyaları sitoplazma ilә sıx qarşılıqlı tәsirdә hәyata keçirilir. Eukariot hüceyrәlәrinin әksәriyyәtindә bir sferik nüvә olur, lakin paxla şәkilli, seqmentlәşmiş vә b. digәr qeyridüzgün formalarda da nüvәlәr ola bilir. Onların ölçülәri çox müxtәlifdir: bәzi ibtidailәrdә nüvәnin diametri tәqr. 1 mkm, insanın diploid hüceyrәlәrindә tәqr. 10 mkm, nәhәng poligen xromosomları olan ikiqanadlı cücülәrin tüpürcәk vәzilәrinin hüceyrәlәrindә nüvәlәrin uzunluğu vә bәzi balıqlar vә suda-quruda yaşayanlarda yumurtaların diametri tәqr. 100 mkm-ә qәdәrdir. Çox vaxt iki vә çoxnüvәli hüceyrәlәr (mәs., eninә zolaqlı әzәlә toxumasında) dә ola bilir. İnfuzorlarda H.n. makronukleuslar vә mikronukleuslar kimi iki tipdә olur. Xromosomların dәfәlәrlә artmasının – poliploidiyanın baş verdiyi H.n.-lәrinә dә rast gәlinir. H.n.-ndә nüvә qişası, xromatin, karioplazma vә nüvәciklәr vardır. Nüvәnin bütün komponentlәri qalınlığı 2–3 nm-lik zülal fibrillәrindәn ibarәt karkas әmәlә gәtirәn (nüvәciklәri, xromatini, nüvә qişasının mәsamәlәrini vә b. Strukturları birlәşdirir) struktursuz kütlә olan karioplazmanın içәrisindәdir. İkimembranlı nüvә qişası H.n. möhtәviyyatını sitoplazmadan ayırır; membranların arasında ensiz perinuklear fәza var. Nüvә qişasında diametri tәqr. 90 nm olan mәsamәlәr vardır, bunların kәnarlarında xarici vә daxili membranlar birlәşir. H.n. ilә sitoplazma arasında maddәlәr mübadilәsi bu mәsamәlәr vasitәsilә gedir. Adәtәn, üzәrindә ribosomlar düzülmüş xarici membran kәlә-kötür endoplazmatik şәbәkәnin membranına keçir. H.n. daxilindә bölünmәyәn hüceyrәlәrin, diametri tәqr. 1 mkm olan bir vә ya bir neçә dәyirmi cisimciyin yerlәşdiyi nüvәciklәri (nukleollar) var. Onlar tәrkibindә r-RNT genlәri olan xromosom sahәlәridir; nüvәciklәrdә r-RNT-nin sintezi vә prosessinqi baş verir. Bölünmәyәn (interfazalı) nüvәnin möhtәviyyatına hәmçinin, perixromatin fibrillәri (qalınlığı 3–5 nm), perixromatin qranulaları (diametri 40–50 nm), inter xromatin qranulaları (20–25 nm) vә amyöblәrdә burğu şәkilli “nüvә spiralları” (30–35× 300 nm) aid edilir. Nüvәnin әsas bölünmә üsulu mitozdur; bölünmә zamanı bütün xromatin xromosomlara kondensasiya olunur. Bәzi hüceyrәlәrdә, xüsusilә poliploid hüceyrәlәrdә H.n. sadә yenidәnqaytanlamaqla iki vә daha çox hissәlәrә bölünә vә tumurcuqlana (genomların seqreqasiyası) bilir. Sonuncu halda gizli mitoz әlamәtlәri aşkara çıxır. H. n.-nin köçürülmәsi vә birlәşdirilmәsi ilә bağlı üsullar (bax Gen mühәndisliyi) inkişaf prosesindә nüvә vә sitoplazmatik genlәrin irsәn keçmәsinin öyrәnilmәsi, nüvә vә sitoplazmanın qarşılıqlı tәsirinin, genlәrin fәallığı vә hüceyrә diferensiasiyası mexanizmlәrinin tәnzimlәnmәsinin öyrәnilmәsi zamanı istifadә edilir. Bax hәmçinin Hüceyrə.
    Hüceyrә nüvәsinin quruluşu: 1 – nüvә qılafı: xarici membran, daxili membran; 2 – nüvәcik; 3 – karioplazma; 4 – xromatin: heteroxromatin, euxromatin; 5 – ribosomlar; 6 – nüvә mәsamәlәri.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 