HÜCEYRƏ TSİKLİ – hüceyrәlәrin yenidәn әmәlә gәlmәsinә gәtirib çıxaran, zamanla qәti surәtdә koordinasiya olunan proseslrin cәmi; bütün canlı alәmin reproduksiyasını tәmin edәn әn mühüm mexanizm. Hüceyrәlәrin özünü yenidәnyaratma qabiliytinin әsasında DNT-nin bölünmә zamanı iki törәmә hüceyrә arasında paylanacaq iki dәqiq oxşar nüsxә әmәlә gәtirmәk kimi unikal xüsusiyyәti durur. Əksәr hüceyrәlәrin H.t.-ndә DNT-nin ikilәşmәsin dәn savayı onların orqanellәrinin vә makro molekullarının sayı da ikiqat artmalıdır, әks halda hәr bölünmәdәn sonra hüceyrәlәr daha xırda olardı. Belәliklә, hüceyrәlәr öz ölçülәrini saxlamaq üçün hüceyrә kütlәsinin böyümәsini onun bölünmәsilә uyğunlaşdırmalıdır. Bir hüceyrәli orqanizmlәrdә H. t. hәyat tsikli ilә üst-üstә düşür. Çoxhüceyrәli orqanizmlәrin fasilәsiz bölünәn hüceyrәlәrin dә bu tsikl bir-birini dәqiq әvәz edәn dövrlәrdәn ibarәtdir: interfaza (bölünmәyә hazırlıq) vә mitoz (bölünmәnin özü).
DNT-nin replikasiyası (xromosomların ikilәşmәsi) әvvәllәr qәbul olunduğu kimi mitozda deyil, mәhz interfazada baş verir. İnterfazanın özü üç mәrhәlәyә bölünür. P r e s i n t e t i k G1-faza nüvә DNT-sinin sintezindәn öncә baş verir vә әvvәlki bölünmәdәn dәrhal sonra gәlir. Bu mәrhәlәdә hüceyrәdә ribonuklein turşuları (RNT), müxtәlif zülallar sintez olunur, ribosomların, mitoxondrilәrin sayı artır. Ümumilikdә hüceyrәnin fәal böyümәsi müşahidә olunur. DNT sintezi fazasında (S-faza) RNT vә zülalların formalaşması davam edir, nüvә DNT-sinin replikasiyası baş verir. P o s t s i n t e t i k G2-faza hüceyrәnin bölünmәyә tam hazır olması, o cümlәdәn sonrakı bölünmә iyini formalaşdıracaq mikroborucuqların yığılmasıması ilә sәciyyәlәnir. İnterfaza mәrhәlәsindәn sonra mitoz (M-faza) gәlir. “H.t.” anlayışına yalnız bir hüceyrә bölünmәsindәn digәrinә qәdәr olan zaman intervalı daxil deyil. Bәzәn mitozu tamamlamış hüceyrә növbәti DNT sintezinә vә mitoza hazırlığı dayandırır vә “tsikldәnkәnar” vәziyyәtә, yәni G0-faza adlandırılan proliferativ sakitlik vәziyyәtinә daxil olur. O, bu fazadan H.t. vәziyyәtinә çoxalmaya olan stimulun tәsiri altında yenidәn qayıda bilәr. Uzun postsintetik mәrhәlәyә malik hüceyrәlәr dә var. Onları G2-populyasiya adlandırırlar.
H.t.-nin davametmә müddәti ayrı-ayrı orqanizmlәrdә geniş diapazonda – bir neçә dәqiqәdәn bir neçә günәdәk dәyişir. Hәmçinin mәlumdur ki, müxtәlif hüceyrә populyasiyaları tsiklin ayrı-ayrı fazalarının davam etmә müddәtinә görә bir-birindәn çox fәrqlәnә bilәr. Ən qısa H.t. embrional inkişafın erkәn mәrhәlәsindә olan blastomerlәrә mәxsusdur. Belә hüceyrәlәrin H.t.-ndә G1- vә G2-fazalar әslindә olmur, S-faza cәmi bir neçә dәqiqә davam edә bilir. Heyvanların, mәs., mәmәlilәrin, embryonal inkişafının son mәrhәlәsindә hüceyrәlәr onların diferensiasiyası ilә әlaqәdar olan sakitlik vәziyyәtinә kütlәvi şәkildә daxil olur. Bir yetkin çoxhüceyrәli orqanizm daxilindә H. t.-nin davametmә müddәti müxtәlif olur. Mәs., siçanın qara ciyәrinin regenerasiya edәn hüceyrәlәri tәqr. hәr 48 saatdan bir, bağırsaq kriptlәri (bağırsağın selikli qişasındakı epiteli çökәkliklәri) isә hәr 10,5 saatdan bir bölünür. Hüceyrә kulturası әldә etmәk üçün qidalı mühitdә yerlәşdirilmiş vә fitohemaqlutininlә işlәnmiş insan limfositlәri çoxalmağa başlayır vә onların H.t. tәqr. 24 saata bәrabәr olur. G1-fazası әn çox dәyişә bilәn fazadır. Diferensiasiya zamanı yetkin orqanizmin bәzi hüceyrә tiplәri spesifik funksiya yerinә yetirәrәk G0-fazada olur , lakin çoxalma qabiliyyәtini saxlayırlar, digәr hüceyrә tiplәri isә bu qabiliyyәti birdәfәlik itirir vә terminal diferensiasiya olmuş adlandırılır .

Eukariotun somatik hüceyrәsinin hüceyrә tsiklinin sxemi. G1, S, G2 – uyğun tsiklin mәrhәlәlәri, M – mitoz. Proporsional dövrün davametmә oxunun uzunluğu.
H.t. proseslәrinin hәyata keçirilmә proqramına tәnzimlәyici zülal komplekslәrinin işi vasitәsilә tәmin olunan mürәkkәb nәzarәt sistemi daxildir. Bu zaman nәzarәtedici sistemlәr hәm hüceyrә daxilindә (endogen tәnzimlәyicilәr), hәm dә ondan kәnarda (ekzogen tәnzimlәyicilәr) fәaliyyәt göstәrir. H.t.-nin endogen tәnzimlәnmәsi tsiklin-asılı kinazalar adı altında mәlum olan proteinkinazaların dövri fәallaşmasına әsaslanır. Sonuncuların fәallığı H. t.-nin gedişi zamanı artır vә ya azalır. Fәallığın belә tәrәddüdü H.t.-nin әn mühüm hadisәlәrini – DNT replikasiyasını, xromosomların seqreqasiyasını vә sitokinezi (hüceyrә cisminin iki hissәyә bölünmәsi prosesinin özü) başladan vә ya tәnzimlәyәn hüceyrә - daxili zülalların fosforlaşma dәrәcәsinin tsiklikdә yişilmәsinә gәtirib çıxarır. Müxtәlif orqanizmlәrdә H.t.-nin müxtәlif mәrhәlәlәrindә tsiklin vә kinaz komplekslәrinin fәrqli variantları fәallaşır. Belә komplekslәrin işinin dayandırılması ingibirlәyici zülalların fәaliyyәti ilә vә ya kompleksin tsiklin komponentinin proteolizi ilә bağlıdır. Ümumilikdә H.t. gedişi zamanı endogen tәnzimlәnmә tәnzimlәyici komplekslәrin müәyyәn subvahidlәrinin mürәkkәb sintez vә deqradasiya proseslәri vasitәsilә, bu vә digәr tәnzimlәyici zülalların fosforlaşma vә defosforlaşma proseslәri vasitәsilә tәmin edilir. Ekzogen tәnzimlәmәyә hüceyrәxarici tәnzimlәyici siqnalların hüceyrәyә tәsiri dә daxildir. Birhüceyrәli orqanizmlәr üçün belә siqnallar әtraf mühitin komponentlәri, çoxhüceyrәli orqanizmlәr üçün isә müxtәlif hüceyrәlәr tәrәfindәn sintez olunan böyümә amillәrinin vә sitokinin dә aid olduğu kiçik zülal molekullarıdır. H.t.-ndә endogen vә ekzogen tәnzimlәnmә mexanizmlәrinin pozulması hüceyrәlәrin idarәolun mayan çoxalmasına gәtirib çıxara bilәr ki, bu da şişlәrin әmәlә gәlmәsinә sәbәb olur.
Əd.: Е п и ф а н о в а О. И. Лекции о клеточном цикле. 2-е изд. М., 2003.










