“HÜCUM” – Azәrb. Yazıçılar İttifaqının Bakıda nәşr edilmiş aylıq әdәbi-bәdii jurnalı. İlk nömrәsi 1930 ilin oktyabrında, sonuncusu isә 1932 ilin dekabrında (cәmi 27 nömrә) çıxmışdır. “H.”-da H. Cavid, S.Vurğun, R.Rza, S.Rüstәm, M.Rahim, M.Müşfiq, M.Dilbazi, Mir Cәlal, S.Rәhman, H.Mehdi, M.Arif, Ə.Nazim, M.Rә fili, T.Şahbazi vә b.-nın әdәbi-tәnqidi yazıları, şeir, hekayә vә oçerklәri, publisistik mәqalәlәri, tәrcümәlәri vә s. dәrc edilmişdir.










