Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HÜCUM 
    HÜCUM – qoşunların (silahlı qüvvәllәrin) hәrbi (döyüş) fәaliyyәtlәrinin әsas növü; düşmәnin mәhv edilmәsi vә mühüm rayonların (mövqelәrin, obyektlәrin) tutulması mәqsәdilә aparılır. Bütün mövcud vasitәlәrlә rәqibә zәrbә endirilmәsindәn, qәti hәmlәdәn, qoşunların düşmәnin tutduğu mövqelәrinin içәrilәrinә sürәtlә irәlilәmәsindәn, onun canlı qüvvәsinin mәhv edilmәsindәn (әsir götürülmәsindәn), silahların, hәrbi texnikanın vә әrazinin nәzәrdә tutulmuş rayonlarının (mövqelәrinin) әlә keçirilmәsindәn ibarәtdir. H. strateji, operativ vә taktiki miqyasda ola bilәr. Müasir şәraitdә silahlı qüvvәlәrdә H.-un aparılmasının әsas formaları qoşunların (cәbhәnin, ordu qruplarının) birlәşmiş qruplaşmasının, ordunun, korpusların, diviziyanın, briqadanın, alayın vә bölüklәrin hücum әmәliyyatlarıdır. H. әmәliyyatları (döyüşlәri) ümum qoşun әmәliyyatlarıdır. Quruda H. müdafiә olunan, hücum edәn (qarşılıqlı vuruşma, qarşılıqlı döyüş), yaxud geri çәkilәn (tәqib) düşmәnә qarşı aparıla bilәr. H.-un bir variantı da әks-hücumdur. H. rәqiblә bilavasitә tәmasda, yaxud durmadan (qoşunların mövqelәrin dәrinliklәrindәn irәlilәmәsi ilә), o cümlәdәn düşmәn tәcavüzünün dәf edilmәsi gedişindә, hәmçinin müdafiә әmәliyyatlarının uğurlu keçirilmәsindәn sonra başlaya bilәr.
    Hәrb işinin inkişafının erkәn mәrhәlәsindә, rәqibin mәhv edilmәsi yalnız döyüşçülәrin soyuq silahla bilavasitә fiziki tәsiri nәticәsindә baş verdikdә, H. sıx düzülüşlәrlә aparılır vә kiçik dәrinliyә inkişaf edirdi. Odlu silahın meydana gәlmәsi ilә H.-da hәmlәyәqәdәrki atәş böyük rol oynamağa başladı, xәtti taktika yaradıldı. 18 әsrin ikinci yarısı – 19 әsrin әvvәllәrindә dağınıqsıra ilә kolonna taktikasına keçid baş verdi. 19 әsrin ikinci yarısı – 20 әsrin әvvәllәrindә yivli odlu silahın geniş istifadәsinә başlanılması ilә H.-un әsas üsulu atıcı sıralarının tәtbiqi oldu. Birinci dünya müharibәsinin әvvәlindә hәrbi әmәliyyatlar manevr xarakterli idi, lakin bütöv müdafiә xәttinin qurulmasından sonra düşmәnin müdafiә xәttinin yarılması mühüm mәsәlәyә çevrildi. İkinci dünya müharibәsi zamanı H. ordu qruplarının (cәbhәlәrin) әmәliyyatları vә ordu әmәliyyatları, zәrbә qruplaşmalarının yaradılması, qüvvә vә vasitәlәrin cәmlәşdirilmәsi, toplardan vә aviasiyadan istifadә etmәklә hәyata keçirildi, müdafiә xәttinin yarılması mәsәlәlәri müvәffәqiyyәtlә hәll edildi. 1950-ci illәrin ortalarından (silahlı qüvvәlәrin nüvә silahı ilә tәchiz edilmәsindәn sonra) rәqibә eyni zamanda zәrbә endirilmәsi dәrinliyini, H.-un mәkan vüsәtini vә tempini artırmaq imkanı ilә әlaqәdar H.-a baxışlar kәskin dәydi. Bu, H.-un gecә-gün düz fasilәsiz aparılmasına, әmәliyyatların içәrilәrә sürәtli köçürülmәsinә, manevrin bütün növlәrinin geniş istifadәsinә (o cümlәdәn havadan, sahilyanı әrazilәrdә isә dәnizdәn) sәbәb oldu. Mәhvetmә vasitәlәrinin sonrakı inkişafı, yüksәk dәqiqlikli silahların vә yeni fiziki prinsiplәrә әsaslanan silahların meydana gәlmәsi, hәrbi texnikanın tәkmillәşdirilmәsi, aviasiyanın (xüsusilә helikopterlәrin) kütlәvi tәtbiqi H.-un daha da şiddәtlәnmәsinә vә dinamikliyinә sәbәb oldu, onun mәkan vüsәtini, aparılma tempini artırdı, hava hücumu (desant, aeromobil) qoşunlarında, hava vә s. desantlarında, mobil qüvvәlәri vә vasitәlәrindә, atәş komplekslәrindә, qoşunların (qüvvәlәrin) müasir idarәetmә vasitәlәrindә H.-un rolunu şәrtlәndirdi.
    NATO ölkәlәrinin ordularında H. müasir yüksәktexnoloji mәhvetmә vasitәlәrinin vә aeromobil qoşunlarının geniş tәtbiqi ilә tapşırıqların yerinә yetirilmәsinin әsas üsuludur. Düşmәnin atәşә tutulması zamanı әsas diqqәt yüksәkdәqiqlikli silahın tәtbiqinә vә kәşfiyyatın bütün növlәrinin mәlumatları әsasında işlәyәn әn müasir kompüter sistemlәri tәrәfindәn atәşin idarәsinә yönәlir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 