HÜCUM BUCAĞI – UA-nın uzununa oxu ilә qarşıdan gәlәn qaz seli arasındakı bucaq. UA-ya (endirilәn aparata) tәsir edәn qaldırıcı qüvvәnin qiymәti müәyyәn hüdud daxilindә H.b. ilә mütәnasibdir, ona görә dә idarәedilәn endirilmәnin mümkün üsullarından biri kimi H.b.-nın dәyişdirilmәsindәn istifadә edilir. Aerodinamik sükanın kömәyilә vә ya uçuş zamanı UA-nın vәziyyәtini dәyişmәklә H.b.-nı tәnzimlәmәk olur. UA-ya tәsir edәn güclü qızmaya vә böyük aerodinamik yüklәrә görә onun H.b.-nın tәnzimlәnmә diapazonu mәhduddur.










