“HÜDUD ƏL-ALƏM” – Yaxın vә Orta Şәrq ölkәlәrinin orta әsrlәr tarixi coğrafiyasından bәhs edәn әsәr. Tam adı “Kitab hüdud әl-alәm min әl-mәşriq ila әl-mәğrib” (“Dünyanın Mәşriqdәn Mәğribәdәk sәrhәdlәri haqqında kitab”) olan әsәr 982/83 ildә Cüzcan (indiki Şimal-Qәrbi Əfqanıstan) hakimi Əbdülharis Mühәmmәd ibn Əhmәd üçün yazılmışdır. Əsәrdә müxtәlif ölkәlәr, şәhәrlәr, yaşayış mәntәqәlәri, hәmçinin Azәrb.-ın qәdim vә orta әsr şәhәrlәri, yaşayış mәntәqәlәri, Xәzәrsahili vilayәtlәr vә s. haqqında mәlumat var.










