Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HÜDUDLAYICI KONSTRUKSİYALAR 
    HÜDUDLAYICI KONSTRUKSİYALAR – binanın xarici hissәsini tәşkil edәn, xaricdәn hüdudlayan, yaxud onu ayrı-ayrı müstәqil bölmәlәrә ayıran konstruksiya elementi. H.k. rahat yaşayış vә iş şәraiti yaratmaq, binanın daxilini temp-r düşkülәrindәn, külәyin, günәş radiasiyasının tәsirindәn vә s. qorumaq üçündür. Xarici vә daxili H.k. olur. D a x i l i H.k.-ın әsas vәzifәsi binanın ayrı-ayrı otaqları arasında sәs, bәzi hallarda isә istilik vә nәmlik izolyasiyasını tәmin etmәkdәn ibarәtdir. Daxili şaquli H.k.-a arakәsmәlәrin bütün növlәri (stasionar, qatlanan, hәrәkәtli), hәmçinin konstruktiv (mühәndisi) elementlәr (ventilyasiya vә lift şaxtaları, sanitartexniki kabinәlәrin divarları) aiddir. Çardaq, mәrtәbәarası vә kürsü örtülәri daxili üfüqi konstruksiyalardır. X a r i c i H.k.-ın vәzifәsi binaları әtraf mühitin tәsirlәrindәn (külәk, atm. yağıntıları, günәş radiasiyası, sәs-küy, qrunt sularının daxil olması) qorumaqdan ibarәtdir. Xarici divarlar, örtüklәr, kürsü vә çardaq örtülәri, xarici divarlardakı qapı, pәncәrә boşluqları (açırım) doldurmaları, günәşdәn mühafizә tikililәri, dam pәncәrәlәri, konstruksiyanın bünövrәsi xarici H.k.-a aiddir. Xarici divarlar binanın ümumi kompozisiyasında mühüm hissә olduğundan hәm dә estetik funksiya daşıyır. Odur ki, divarların xarici sәthinin fakturası vә rәngi, hәmçinin arxitektura hәllinә uyğunluğu böyük rol oynayır.
    H.k. möhkәm, dayanıqlı, odadavamlı, şaxtayadavamlı vә uzunömürlü olmalı, hәmçinin bir sıra işıq-texniki tәlәblәri (işıqkeçirmә, işıqudma vә işıqәksetdirmә) ödәmәlidir. H.k. konstruktiv әlamәtlәrinә görә monolit (tikinti yerindә quraşdırılır) vә yığılma (tikinti meydançasında z-d istehsalı olan hazır elementlәrdәn – bloklardan, panellәrdәn vә s. quraşdırılır) şәkildә ola bilәr. Strukturuna görә bir cinsli vә tәbәqәli (müxtәlif materialların bir neçә qatından ibarәt) H.k. olur. Tәbәqәli konstruksiyalar istilik-texniki vә akustik keyfiyyәtlәri yüksәldir, eyni zamanda konstruksiyanın çәkisi vә qalınlığını azaldır.
    Çox vaxt H.k. (yaşayış binalarının divarları, çardaq, mәrtәbәarası vә kürsü örtülәri, konstruksiyanın bünövrәsi, tikilinin örtüyü vә s.) eyni zamanda yüksaxlayan konstruksiya rolunu oynayır. Bir çox sәnaye vә ictimai binaların xarici divarları yüksaxlayan konstruksiya kimi layihәlәndirilir.
    İşıqkeçirәn konstruksiyalar – pәncәrәlәr, şüşә divarlar (vitrajlar), ekspozisiyalara baxmaq üçün vitrinlәr vә işıqkeçirәn örtüklәr (damlar) dә H.k.-a aiddir. Onların әsas vәzifәsi normal işıqlandırmanı, keyfiyyәtli istiliktexniki vә sәs izolyasiyasını, binanın daxili mühitinin rahatlığını tәmin etmәkdir.
    Bir çox ictimai binalarda mühәndis sistemlәrinin (ventilyasiya qutularının, müxtәlif mühәndis vә elektrik şәbәkәlәrinin, yanğına qarşı sistemlәrin) yerlәşdiyi tavanaltı sahәlәri hüdudlamaq üçün asma tavanlar tәtbiq olunur. Belә tavanlarqoyulan tәlәblәrdәn asılı olaraq sәs izolyasiyası, yanğına qarşı, elәcә dә interyerdә rәnginә, fakturasına, relyefinә, yaxud formasına görә müxtәlif tavan sәthlәri yaratmaqla memarlıq-dekorativ funksiyalar daşıyır.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 