Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HÜQÓ (Hugo) Viktor Mari
    HÜQÓ (Hugo) Viktor Mari (26.2.1802, Bezanson – 22.5.1885, Paris) – fransız yazıçısı, şair. General ailәsindә doğulmuşdur. Erkәn yaradıcılığına royalist görüşlü anasının vә F.R.Şatobrianın tәsiri olmuşdur. Uşaqlıq illәri Korsika vә Elba adalarında (İtaliya) keçmişdir; Madriddә kollecә getmişdir. 1817 ildәn Parisdә Böyük Lüdovik liseyindә tәhsil almış vә burada ilk şeirlәrini (o cümlәdәn klassisizm üslubunda odalar) yazmış, tәrcümәlәr etmişdir. 1819–21 illәrdә “Arsenal” kitabxanası nәzdindәki Ş.Nodyenin “Senakl” әdәbi dәrnәyinә getmiş, “Conservateur littéraire” jurnalına rәhbәrlik etmiş, A.V. de Vinyi, A.Lamartin, Ş.O.Sent-Böv vә b. İlә dostlaşmışdır. “Odalar vә müxtәlif şeirlәr” (1822) toplusu XVIII Lüdovik tәrәfindәn yüksәk qiymәtlәndirilmiş, ona kral tәqaüdü tәyin edilmişdir. “Odalar vә balladalar” (1826) toplusunda H. klassik “yüksәk” vә “aşağı” janr bölgüsü әnәnәlәrinin әksinә olaraq, “әsilzadә” odaları vә “sadә xalq” balladalarını әdәbi cәhәtdәn eynihüquqlu janrlar kimi tәqdim etmişdir; “Şәrq motivlәri” (1829) toplusunda poetika sahәsindәki eks perimentlәri öz әksini tapmışdır.
    17 әsr İngiltәrә burjua inqilabından bәhs edәn “Kromvel” (1827) dramının müqәddimәsindә Stendalın ideyalarına әsaslanaraq, romantizm dramaturgiyası prinsiplәrini şәrh etmişdir. Yeni prinsiplәrә söykәnәn “Ernani” (1829, tamaşası fevral, 1830) dramının tamaşaya qoyulması qızğın mübahisәlәr doğurdu. H.-nun sonrakı dramları romantiklәrin klassisistik sәnәt tәrәfdarları üzәrindә qәlәbәsini möhkәmlәndirdi: “Marion Delorm” (1829, tamaşası 1831), “Kral әylәnir” (1832), “Lukretsiya Borcia” (1833), “Rüi Blaz” (1838), “Burqqraflar” (1843) vә s. H.-nun ilk povestlәri “İslandiyalı Han” (1823) vә “Büq Jarqal” (1826) qotik roman ruhundadır. Gündәlik formasında yazılmış “Edama mәhkum olunmuşun son günü” (1829) povestindә vә xüsusilә dünya şöhrәti qazanmış “Paris
    Notr-Dam kilsәsi” (1831) romanında H. xarakterlәrin psixoloji tәsvirini güclәndirmişdir. “Paris Notr-Dam kilsәsi” әsәrindә H. orta әsr ehkamlarına, fanatizmә qarşı çıxmış, yüksәk insani keyfiyyәtlәrә malik aşağı tәbәqә nümayәndәlәrinin (Esmeralda, Kvazimodo) obrazlarını rәğbәtlә yaratmışdır.
    1830-cu illәrin әvvәllәrindә H.-nun “Payız yarpaqları” (1831), “Alatoranlıq nәğmәlәri” (1835), “Daxildәn gәlәn sәslәr” (1837), “Şölәlәr vә kölgәlәr” (1840) poetik topluları çapdan çıxdıqdan sonra onun şöhrәti daha da artmışdır. 1841 ildә Fransa Akademiyasına üzv seçilmişdir; kralın fәrmanı ilә ona Fransanın peri titulu (1845) verilmişdir; H. 1849 ildә Parisdә keçirilәn Sülh konqresinә sәdrlik etmişdir. 1851 il dövlәt çevrilişindәn sonra resp. Müqavimәt komitәsindә iştirak etmiş, 1852–1870 illәrdә sürgündә (Brüssel; La-Manş boğazındakı ingilis adaları Cersi vә Hernsidә) olmuşdur. Mühacirәtdә ikәn imperator III Napoleon әleyhinә “Bir cinayәtin tarixi” (1–2 c., 1877–78) satirik kitabını, “Kiçik Napoleon” (1852) pamfletini, hәmçinin “İntiqam” (1853), “Düşüncәlәr” (1856) vә s. poetik toplularını qәlәmә almışdır. “Sәfillәr” (1862) romanında H. macәralı süjeti sentimental patetika ilә birlәşdirәrәk, romantik motivlәri güclәndirmiş, 19 әsrin 2-ci yarısı fransız cәmiyyәtinin hәyatını geniş tәsvir etmiş vә ilk әsәrlәrindәki kiçik insanlara rәğbәt mövzusunu (“Paris Notr Dam kilsәsi” vә s.) davam etdirmişdir. “Dәniz zәhmәtkeşlәri” (1886) romanında H. dәniz hadisәlәrinә qalib gәlә bilәn qәhrәmanlardan bәhs edәrәk, insan vә tәbiәti qarşılaşdırmışdır. 18 әsr İngiltәrә hәyatından bәhs edәn “Gülәn adam” (1869) romanında dünyada vә insan qәlbindә gedәn xeyir vә şәr arasındakı әbәdi mübarizәni tәsvir etmәk üçün qrotesk üsulundan istifadә etmişdir. H. Fransaya 3-cü resp. Elan olunduqdan (1870) sonra qayıtmışdır; 1871 ildә Milli mәclisә deputat seçilmişdir. 1871 ildә Paris kommunası dövründә kommunarları müdafiә etmiş, sonralar senator olmuş (1876) vә onların amnistiyasını tәlәb etmişdir. “Dәhşәtli il” (1872) şeir toplusunda Fransa-Prussiya müharibәsi, Paris kommunası hadisәlәri әksini tapmışdır. Yakobin diktaturasının Vandeya qiyamına qarşı mübarizәsindәn bәhs edәn “Doxsan üçüncü il” (1874) romanında inqilab xadimlәrinin obrazlarını yaratmışdır. “Baba olmaq mәharәti” (1877), “Ruhun dörd külәyi” (1881) kitablarının, hәmçinin “Əsrlәrin әfsanәsi” (1–3 c., 1859–83) epopeyasının müәllifidir. Əsәrlәrinin süjetlәri әsasında opera vә baletlәr (“Riqoletto”, “Ernani” operaları, C.Verdi; “Esmeralda” baleti, Ç.Punyi vә s.) yaradılmışdır. Əsәrlәri dәfәlәrlә sәhnәlәşdirilmiş vә ekranlaşdırılmışdır.
    “Kәşkül” qәzeti hәlә 1885 ildә 24-cü nömrәsindә H.-nun şeirindәn tәrcümә dәrc etmiş, yaradıclığını yüksәk qiymәtlәndirmiş, haqqında nekroloq vermişdi. Əsәrlәri Azәrb. dilinә tәrcümә edilmiş, “Gülәn adam”, “Paris Notr-Dam kilsәsi” (eyniadlı romanlar әsasında), “Qavroş” (“Sәfillәr” romanı әsasında), “Mariya Tüdor” pyeslәri Azәrb. sәhnәsindә tamaşaya qoyulmuşdur.
     
    Ə s ә r l ә r i: Gülәn adam. B., 1927; Paris Notr-Dam kilsәsi. B., 1936; Doxsan üçüncü il. B., 1948; Sәfillәr. h. 1–2, B., 1958; h. 3–4, B., 1963; h. 5, B., 1964; Büq-Jarqal. B., 1963; Qavroş. B., 1976; Seçilmiş әsәrlәri. 3 cilddә, c.–1, B., 2009; c.–2, B., 2009; c.–3, B., 2010.
    Əd.: S u l t a n l ı Ə. Böyük fransız yazıçısı Viktor Hüqo. “Azәrbaycan”, 1952, № 3; C ә f ә r o v M.C. Vәtәnpәrvәr yazıçı, yenә orada, 1955, № 5;  M u r a v y o v a N. Hüqo. B., 1963; Y e l i z a r o v a M.Y. vә başqaları, XIX әsr xarici әdәbiyyat tarixi. B., 1964; Т р е с к у н о в М.С. В.Гюго. Л., 1969; М о р у а А. Олимпио, или Жизнь В.Гюго. М., 1971; Е в н и н а Е.М. В.Гюго. М., 1976.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 