Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HÜQUQ AİLƏSİ
    HÜQUQ AİLƏSİ – ümumi әlamәtlәrә malik hüquq sistemlәri (bir qayda olaraq, milli hüquq sistemlәri) qrupu. H.a. müqayisәli hüquqşünaslığın başlıca kate qori yalarından biridir. Ölkә hüququnun inkişafına tәsir göstәrmiş digәr ölkәlәrlә tarixi vә sosiomәdәni ümumiliyi vurğulamaq üçün qohum hüquq sistemlәri qrupunu bildirәn “hüquq әnәnәsi” vә “hüquq mәdәniyyәti” anlayışlarından da istifadә edilir.
    Komparativist hüquqşünaslar hüquq sistemlәrinin H.a.-ndә birlәşdirilmәsinә әsas verәn müxtәlif meyarlar (alman alimlәri K.Svaygert vә H.Köts onların mәcmusunu hüquq üslubu adlandırırlar) tәklif edirlәr. Onlar elementlәri sıx qarşılıqlı әlaqәdә olan 3 qrupda ümumilәşdirilә bilәr: tarixi – hüquq sisteminin formalaşması vә inkişafı tarixi; ideoloji – cәmiyyәtin dini, fәlsәfi, siyasi görüşlәrinin spesifikası vә onların şәrtlәndirdiyi hüquq, dövlәt anlamı, onalrın qarşılıqlı münasibәti (hakim hüquq doktrinası), hüququn sosial tәnzimlәmә sistemindә yeri haqqında tәsәvvür vә onu legitimlәşdirmә üsulları; hüquqi-texniki – hüquq anlayışları (ilk növbәdә hüquq normasının izahı) vә konstruksiyalarının spesifikası, onların yaranması vә onlara әsaslanma üsulları, hüquq mәnbәlәri sistemi, başlıca hüquq institutlarının vә bütövlükdә hüquq strukturunun xüsusiyyәtlәri, hüquq tәfәkkürünün üslubu, hüquqi arqumentasiyanın vә hüquqi qәrarların qәbulu nәzәriyyәsi vә praktikası.
    Fransız hüquqşünası R.Davidin ardınca bu meyarlar әsasında Roma-alman (kontinental) H.a.-ni, ümumi hüquq ailәsini (anql-saks H.a.), sosialist hüququ ailәsini, hәmçinin dini vә әnәnәvi (klan, adәt hüququ) hüquq sisstemlәrini fәrqlәndirmәk qәbul edilmişdir. Bu tәsnifat hamı tәrәfindәn qәbul edilsә dә, bәzi modifikasiyaları mövcuddur.
    R o m a - a l m a n H.a.-nә tarixi inkişafı gedişindә Avropa hüququnu mәnimsәmiş kontinental Avropa ölkәlәrinin vә (bir sıra qeyd-şәrtlәrlә) bәzi digәr ölkәlәrin hüquq sistemlәri daxildir. Tarixәn roman-alman H.a.-nin formalaşması Roma hüququnun resepsiyası ilә bağlıdır. Kanonik hüququn bir çox elementi mәnimsәnilәrәk yenidәn işlәnmiş Roma hüququ “zәkanın xalis tәcәssümü”, әdalәtin ifadәsi kimi nәzәrdәn keçirilir, ayrı-ayrı yerli adәtlәrә vә hakimiyyәt qaydalarına qarşı qoyularaq cәmiyyәtin tәşkilindә, mübahisәlәrin hәllindә әsas (tәbii hüquq mәktәbi) olmalı idi. O, ölkәnin ümumi hüququ olmaq iddiasında idi vә tәdricәn belә dә oldu. Roma-alman ailәsinin müasir tarixi 18–19 әsrlәrin ayrıcından başlayır. Ona daxil olan milli hüquq sistemlәri hәmin H.a.-ni indi dә sәciyyәlәndirәn bir çox keyfiyyәtlәri mәhz o zaman qazandı. Bu dövrdә Fransa, Almaniya, Avstriya vә başqa ölkәlәrdә mülki mәcәllәlәr qәbul edildi, bir çox ölkәdә cinayәt hüququ mәcәllәlәşdirildi. Milli hüquq sisteminin әsasını ali hüquqi qüvvәyә malik olan yazılmış konstitusiya tәşkil etmәyә başladı. Hәmin vaxtdan Roma-alman H.a. ölkәlәri üçün spesifik olan hüquq mәnbәlәri sistemi formalaşdı. Normativ aktlar, onların arasında isә qanunlar hüququn әsas mәnbәlәri sayılır. Roma-alman H.a. ölkәlәrindә qanunun aliliyi prinsipi fәaliyyәt göstәrir (bütün qanun qüvvәli aktların qanunlara uyğunluğu vә onların da öz növbәsindә konstitusiyaya zidd olmaması tәlәbi). Əksәr hüquq sahәlәrinin qanunvericiliyi mәcәllәlәşdirilmişdir. Hüquq norması normativ aktda ifadә olunmuş mücәrrәd, formal müәyyәn olunmuş davranış qaydası kimi şәrh edilir. Mәhkәmә presedenti (mәhkәmә praktikası) әnәnәvi olaraq hüquq mәnbәyi kimi nәzәrdәn keçirilmir. Bir sıra ölkәlәrdә (mәs., Fransada) mәhkәmәlәr üçün ümumi sәciyyәli qәrarlar çıxarmaq qadağası mövcud olmuşdur. Lakin mәcәllәlәr “qocaldıqca” onların müddәalarının mәhkәmәdә şәrhi ictimai münasibәtlәrdәki dәyişikliklәrin nәzәrә alınması üçün getdikcә zәrurilәşir vә tәdricәn normativ (ümumicbari) sәciyyә qazanırdı. Hazırda Roma-alman H.a.-nin bütün ölkәlәrindә “mәhkәmә hüququ” qanunların vә digәr normativ aktların maddәlәrinin ümumicbari şәrhi şәklindә hüququn ikincidәrәcәli, kömәkçi mәnbәyi qismindә fәaliyyәt göstәrir. Bir zamanlar Romaalman H.a.-nin tәşәkkülündә hәlledici rol oynamış hüquq adәti vә hüquq doktrinası da hüquq mәnbәlәri kimi tanınır. Lakin müasir dövrdә ictimai münasibәtlәrin tәnzimlәnmәsindә onalrın rolu böyük deyil. Roma-alman H.a. ölkәlәrindә hüquq elmi (Roma hüquqşünaslığına әsaslanan) vә akademik (universitet) hüquq tәhsili yüksәk inkişaf etmişdir. Hüquq doktrinası mücәrrәd, nәzәri sәciyyә daşıyır. Hüququn sahәlәrә bölünmәsi, hәmçinin ümumi vә xüsusi hüququn fәrqlәndirlmәsi әsaslandırılır. Roma-alman H.a. eynicinsli deyil. Roma hüququnun resepsiyası prosesi vә milli hüququn inkişafı müxtәlif ökәlәrdә eyni tәrzdә baş vermәdiyindәn, onların müasir vәziyyәti spesifikdir. Bәzi tәdqiqatçılar (K.Svaygert vә H.Köts), hәtta ayrılıqda Roma vә alman H.a. haqqında yazmışlar. Skandinaviya ölkәlәrinin hüquq sistemlәri özünәmәxsusluğu ilә fәrqlәnir. Svaygert vә Köts onları da müstәqil şimal H.a. kimi ayırırlar. Roma hüququ bu ölkәlәrdә hüququn inkişafına әhәmiyyәtli tәsir göstәrmәmişdir. Onların hüququ daha az mәcәllәlәşdirilmişdir, lakin bu H.a. daxilindә әhәmiyyәtli ümumiliyi ilә fәrqlәnir. Mәhkәmә praktikası Skandinaviya ölkәlәrindә әnәnәvi olaraq hüquq mәnbәyi hesab edilir vә Roma-alman H.a.-nin digәr ölkәlәri ilә müqayisәdә daha böyük rol oynayır. Müstәmlәkәçilik dövründә Roma-alman H.a. Avropa qitәsinin hüdudlarından kәnarda yayıldı. Hazırda Latın Amerikası ölkәlәri dә bu H.a.-nә aiddir. Bu region ölkәlәrinin xüsusi hüququ keçmiş metropoliyanın hüququ әsasında, yәni  Roma-alman hüquq әnәnәsi çәrçivәsindә formalaşmış, lakin onların ümumi hüququna ABŞ-ın konstitusiya sistemi daha güclü tәsir göstәrmişdir. Əslindә, Roma hüququnun resepsiyası nәticәsindә Roma-alman H.a.-nin bütün ölkәlәrindә mәhz xüsusi hüquq formalaşmış, onların ümumi hüququ isә xeyli cәhәtdәn Vestminster (ingilis) modelinin tәsiri altında inkişaf etmişdir. Vesternlәşmәdәn sonra Yaponiyanın hüquq sistemi dә Roma-alman H.a.-nә meyil edir, lakincәmiyyәtin tarixi әnәnәlәri vә mentaliteti onun müasir vәziyyәtinә әhәmiyyәtli tәsir göstәrmişdir.
    Müasir dövrün ikinci böyük H.a. (R.Lejenin terminologiyası ilә) ü m u m i  h ü q u q (anql-saks) H.a.-dir. Bura İngiltәrә, Uels, İrlandiya, ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya, müәyyәn dәrәcәdә Hindistan vә bәzi digәr ölkәlәrin hüquq sistemlәri daxildir. Ümumi hüquq İngiltәrә vә Uelsdә 13 әsrdәn etibarәn kral mәhkәmәlәrinin (yerlәşdiklәri yerin adı ilә Vestminster adlanan) fәaliyyәti nәticәsindә formalaşmağa başlamışdı. Onların yaratdıqları hüquq krallığın ümumi hüququ formasında yerli adәtlәrә qarşı qoyulurdu. Bir sıra sosial-iqtisadi sәbәblәrә görә, İngiltәrәdә Roma hüququnun resepsiyası baş vermәsә dә, bu hüquq orada mәlum idi vә onun hüquq sisteminin inkişafına kanonik hüquqla birlikdә müәyyәn tәsir göstәrmişdi. Ümumi hüquq prosessual formaya üstünlük verәn mәhkәmә praktikası hüququ, presedent hüququdur. Ümumi hüququn ifrat formalizmi, hәmçinin kral mәhkәmәlәri sәlahiyyәtlәrinin mәhdudluğu 16 әsrdәn etibarәn ümumi hüquq mәhkәmәlәrindә öz mübahisәlәrinin hәllini tapa bilmәyәnlәrin, yaxud onların qәrarlarından narazı qalanların kral mәrhәmәti haqqında xahişlә lordkanslerә müraciәti nәticәsindә formalaşmış vә“әdalәt hüququ” adını almış hüququn yaranmasına sәbәb oldu. Üç әsr әrzindә B. Britaniyada ümumi hüquqla әdalәt hüququnun mürәkkәb dualizmi mövcud olmuş vә bu hal 19 әsrin mәhkәmә islahatları gedişindә әsasәn aradan qaldırılmışdı. “Ümumi hüquq” termini әdalәt hüququnu da ehtiva etmәyә başlamışdı. Hazırda B. Britaniyada ümumi hüquq statut hüququna – qanun verici aktlara qarşı qoyulan presedent hüququdur. Müasir şәraitdә kifayәt qәdәr inkişaf etmiş statut hüququ ümumi hüququn әhәmiyyәtli tәsirinә mәruz qalmış vә bu tәsir onun hüquqi-texniki xüsusiyyәtlәrindә әks olunmuşdur. İngilis hüququnun әzәli presedent xarakteri ölkәnin hüquq sisteminә ciddi tәsir göstәrmişdir. Hüquq normalarınıkifayәt dәrәcәdә kazuslu ifadә etmәk qәbul olunmuşdur. Hüquq mәnbәlәri sistemi iyerarxiyalaşmayıbdır. İngiltәrә konstitusuyasını yazılmamış kimi sәciyyәlәndirmәk qәbul edilmişdir. O, yalnız maddi mәnasında, müvafiq münasibәtlәri tәnzimlәyәn ayrı-ayrı parlament aktları, mәhkәmә presedentlәri vә konstitusiya sazişlәri formasında mövcuddur. Qanun (parlament aktı) mәhkәmә presedentini lәğv edә bilsә dә (B.Britaniyada parlamentin aliliyi prinsipi fәaliyyәt göstәrir), son nәticәdә tәtbiq edilәn qanunverici norma mәhkәmәlәrin onu şәrh etdiyi kimi icra olunur. Bir çox münasibәtlәr әvvәlki kimi, әsasәn, ümumi (presedent) hüququ ilә tәnzimlәnir. Statut hüququ mәcәllәlәşdirilmәmişdir. Hüququn sahәvi strukturu, xüsusi vә ümumi hüquqa bölünmәsi aşkar ifadә edilmәmişdir. Prosessual hüquq maddi hüquqdan üstündür. İngiltәrә hüquq sisteminin başlıca prinsipi hüququn hökmranlığı prinsipidir (rule of law). Bu prinsipә görә, istәnilәn insan (vәzifәli şәxslәr dә daxil olmaqla) dövlәtin adi qanunlarına tabedir vә adi mәhkәmәlәrin yurisdiksiyasına aiddir. İngiltәrә hüquq doktrinası kifayәt qәdәr praqmatikdir vә bu prinsipdәn çıxış edir ki, hüquq onun müdafiәsi üçün vasitә olan yerdә mövcuddur (ubi jus ibi remedium). İngiltәrә ümumi hüququ dünyaya müstәmlәkәçi işğallar nәticәsindә yayılmışdır. Praktiki olaraq bütün keçmiş ingilis müstәmlәkәlәri, onların hüquq sistemlәri mühüm spesifikaları ilә fәrqlәnsәlәr dә, hazırda ümumi hüquq ailәsinә meyillәnir. Onların әksәriyyәtindә (Yeni Zelendiyadan başqa) yazılmış konstitusiyalar mövcuddur, konstitusiya nәzarәti institutu fәaliyyәt göstәrir, qanunvericiliyin  mәcәllәlәşdirilmәsi hәyata keçirilir. ABŞ, Kanada, Avstraliya vә Hindistanın hüquq sistemlәrinә onların federativ quruluşu әhәmiyyәtli tәsir göstәrir.
    Roma-alman vә anql-saks H.a. Qәrb hüquq әnәnәsinә (mәdәniyyәtinә) aiddir, onlar antik mәdәniyyәt vә xristianlıq irsinә söykәnәn ümumi dünyagörüşü әsaslarına malikdir. Onları individualizm, rasionalizm, formalizm vә tәbii, ayrılmaz hesab edilәn insan hüquqlarının üstünlüyü fәrqlәndirir. Burada hüquq sosial tәnzim etmәnin hökmran sistemidir vә dövlәt hakimiyyәti hüquqla mәhdudlaşdırılır (bax Hüquqi dövlәt). 21 әsrdә bu hüquq alilәlәrinin, xüsusәn Avropa İttifaqı hüququnun vә Avropa insan hüquqları mәhkәmәsi praktikasının tәsirilә, konvergensiyası müşahidә olunur.
    S o s i a l i s t h ü q u q u H.a. hazırda tarixi arenadan getmәkdәdir. Keçmişdә ona aid olmuş әksәr ölkәlәr (Mәrkәzi vә Şәrqi Avropa ölkәlәri) sosialist inkişaf yolundan imtina etmiş vә sosialist (xalq demokratik) inqilablarına qәdәr mәnsub olduqları  Roma-alman H.a. tәrkibinә qayıtmışdır. Bәzi ölkәlәrin (Çin, Kuba, KXDR, Vyetnam) hüquq sistemlәri sosialist hüququnun elementlәrini müxtәlif dәrәcәdә qoruyub saxlasalar da, hüquq ailәsindәn danışmağa imkan verәn әvvәlki ümumiliyә malik deyildir.
    D i n i h ü q u q s i s t e m l ә r i n d ә hüquq dünyәvi qanunvericiliyin vә mәhkәmә praktikasının әsaslanmalı olduğu İlahi vәhy kimi nәzәrdәn keçirilir. Dini hüquq sistemlәrinә hinduizm, müsәlman vә iudaizm hüquq sistemlәri aiddir. Müasir dünyada müsәlman ölkәlәrinin hüquq sistemlәri daha bariz ifadә olunmuş dini sәciyyә daşıyır. Müasir şәraitdә bu ölkәlәrin әksәriyyәti (Sәudiyyә Ərәbistanından başqa) dünyәvi konstitusiyaya vә qanunvericiliyә malik olsalar da, konstitusiyalarında xüsusi olaraqgöstәrilir ki, konstitusiya maddәlәri vә qanun normaları qanunvericiliyin mәnbәyi olan şәriәtә zidd ola bilmәz. Müsәlman hüququnun (fiqh) özü şәriәtin praktiki normaları, yәni xarici davranış qaydalarını (mәrasim vә ayin qaydaları istisna olmaqla) müәyyәn edәn hissәsindәn ibarәtdir. Müsәlman ölkәlәrinin müasir milli hüquq sistemlәrindә dünyәvi tәnzimetmәnin getdikcә daha böyük rol oynamasına baxmayaraq, müsәlman hüququ qanunvericiliyin mәzmununu çox hallarda әvvәlcәdәn müәyyәnlәşdirәn (xüsusilә şәxsi status, ailә vә vәrәsәlik münasibәtlәri sahәlәrindә) hökmran normativ sistem olaraq qalmaqdadır.
    Ə n ә n ә v i (adәt hüququ) hüquq sistemlәrinә Ekvatorial Afrika ölkәlәri vә Madaqaskar aiddir. Onların hüququ arxaik klan adәtlәrinin ciddi tәsirini indiyәdәk saxlamaqdadır. Adәt hüququnda, Qәrb hüquq әnәnәsindәn fәrqli olaraq, ayrıca fәrd deyil, maraqları qeyd-şәrtsiz üstünlük tәşkil edәn bu vә ya digәr birlik (ailә, nәsil, icma) hüquq subyekti qismindә nәzәrdәn keçirilir. Tәnzimetmәnin mәqsәdi icmada sülh vә barışığın, әtraf mühitlә harmoniyanın qorunmasıdır. Mübahisәlәrin hәlli dә müvafiq olaraq fәrdi, yaxud kollektiv iddiaların müdafiәsinә deyil, münaqişә tәrәflәrinin (ailәlәrin, icmaların, nәsillәrin) barışdırılmasına, kompromislәrә nail olunmasına yönәlmişdir. Müstәmlәkәçilk dövründә region ölkәlәrindә metropoliya hüququ fәal vә nisbәtәn uğurla tәtbiq edilmiş vә bunun tәsiri altında yerli xalqların adәtlәri müәyyәn dәyişikliklәrә uğramışdır. Müstәqillik әldә etdikdәn sonra yeni dövlәtlәr milli hüquq sistemlәrini keçmiş metropoliya hüququ nümunәsindә yaratmışlar vә hazirda onlar formal olaraq Roma-alman, yaxud anql-saks H.a.-nә meyil edirlәr. Lakin rәsmi hüquq heç dә hәr zaman artıq sabitlәşmiş adәtlәrlә rәqabәt apara bilmir; şәxsi statusun müәyyәnlәşmәsi, ailә vә varislik münasibәtlәrinin tәnzimlәnmәsindә onların rolu xüsusilә әhәmiyyәtlidir.
    Müasir şәraitdә H.a.-nin ümumi inkişaf tendensiyası onların bütünlükdә Roma-alman H.a. vә ümumi hüquq H.a.-nın әsasında duran prinsiplәrin bazasında yaxınlaşmasıdır.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 