Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HÜQUQ FENOMENOLOGİYASI 
    HÜQUQ FENOMENOLOGİYASI – hüquq fenomeni tәdqiqinin orijinal metodo logiyasından ibarәt hüquq fәlsәfәsi bölmә si. H.f.-nı 20 әsrdә E.Husserl vә davamçıları (sosiologiyada M.Şeler, A.Şuts, Q.D.Qurviç, ontologiyada M.Haydegger, hermenevtikada H.Qadamer) işlәyib hazırlamışlar. Hüquqda fenomenoloji mәktәb fәlsәfi fenomenologiya ideyalarının hüquq elmi sahәsinә yayılması nәticәsindә formalaşmışdır vә belә bir tәsәvvürdәn çıxış edir ki, real, empirik dәyişkәn hüquqla yanaşı, ideal – eydetik, universal hüquq da mövcuddur. İdeal hüquq real hüquqi anlayış, hadisә, norma vә konstruksiyaların mövcudluğunu şәrtlәndirәn hüquq mahiyyәtidir, eyni zamanda fәaliyyәtdә olan hüquq qaydasının qiymәtlәndirmә meyarıdır. Bu zaman ideal vә real hüquq bir-birinә qarşı qoyulmur, әksinә, ayrılmaz vәhdәtdә olur, çünki hüququn mahiyyәti yalnız real hüquqi fenomenlәrin mövcudluğunda üzә çıxır.
    Hüquq sahәsindә fenomenoloji mövqeyin orijinal şәrhçilәrindәn biri olan N.N.Alekseyev hüquqi hadisәlәrin spesifik çoxcәhәtliliyini yalnız hüquq anlayışının çoxsaylı tәriflәri ilә deyil, ilk növbәdә hüquq subyektlәrinin hüquqi fәallığının nәzәrәalınma xüsusiyyәtlәri ilә әsaslandırmışdır; burada subyektlәr, xüsusiyyәtlәr, münasibәtlәr, fenomenoloji tanıma aktları, o cümlәdәn maraq, etinasızlıq, inkar, istәk, iradә vә s. әhәmiyyәtli rol oynayır. Bu fәallığın nәticәsi hüquqi faktlar, normalar, qanunlar olur, hüququn özü isә intersub yektiv qrupların iradi sәylәrinin fiksasiya edilmәsi üzrә çoxcәhәtli hadisәdir. Sәlahiyyәt onun әsas vә mühüm fenomenoloji tәcәssümünә çevrilir. Sәlahiyyәt daşıyıcısı olan subyektdәn әlavә, hüquqi ünsiyyәtin sosiomәdәni mәzmunu ilә bağlı olan hüquq mahiyyәtli ilkin dәfedilmәz mövcudiyyәtlәr (hüquq subyekti, dәyәrlәr) dә diqqәt mәrkәzinә çәkilir. Fenomenoloji aktlarla birlikdә dәfedilmәz mövcudiyyәtlәr hüququn tamamilә müәyyәnlәşmiş fenomenoloji strukturunu tәşkil edir. Sosiomәdәni obyektlәr olan incәsәnәt әsәrlәrinin, yaxud hüquq vә dövlәt dә daxil olmaqla sosial institutların mövcud çoxluğunu tәhlil edәn R.İnqarden bu obyektlәrin intensional (fenomenologiyanın әsas termini) sәciyyә daşıdığını, yәni intensiya – insan şüurunun istiqamәtlәnmәsi ilә dәstәklәnәnlәr sırasına aid olduğunu vurğulamışdır. İntensionallıq (şüurun obyektә istiqamәtlәnmәsi) subyekt vә obyekti bir-birindәn qarşılıqlı asılı edir, klassik elmin heç dә hәmişә yetәrincә nәzәrә almadığı subyektiv önşәrtlәri vә niyyәtlәri obyektin idrakına gәtirir. İntensional törәmәlәr müxtәlif sosial cәlbediciliyә vә bununla bağlı olan istifadә müddәtinә malikdir. İctimai şüurda yalnız ayrı-ayrı intensional törәmәlәr, mәs., hәqiqәt, әdalәt, bәrabәrlik, azadlıq idealları uzun müddәt yaşayır.
    Hüquq normaları xüsusi (mәhkәmәlәr, hüquq-mühafizә orqanları, dövlәt qulluqçuları, qanunvericilәr) vә ümumi (xalq kütlәlәrinin hüquq düşüncәsi) ola bilәn sosiomәdәni agentlәr mәcmusu ilә dәstәklәnir. Dәyәrlәrin transformasiyası prosesindә subyektivist tәmayüllәrin tәsirilә qanunçuluğun sabit formalaşma gedişi bәzәn cәmiyyәtin ilkin mahiyyәtinә zidd olaraq gözlәnilmәz istiqamәtlәr (homosek suallığın dekriminallaşması, eynicinsli nikahların leqallaşması, evtanaziya) alır.
    H.f. özünün praktiki tәcәssümündә hüquq fәaliyyәtinin terminoloji tәsvirinin dәqiqlәşdirilmәsinә vә mövcud qanunverici tәnzimlәmәnin daha effektiv izahetmә yollarının aşkarlanmasına yardım edir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 