Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HÜQUQ HERMENEVTİKASI
    HÜQUQ HERMENEVTİKASI – hüquqi sәnәdlәrin interpretasiyası, yәni hüquqi mәtnlәrin praktikada aydın vә sadә formada tәtbiqi mәqsәdilә onların hәqiqi ziddiyyәtsiz mәzmununun üzә çıxarılması üsulları haqqında tәlim. H.h.-nın mәqsәdi yalnız hüquq normasının mәnasını aydınlaşdırmaq deyil, eyni zamanda bu mәnanı praktiki vәziyyәtlәrә yaxınlaşan elә konkret ifadәlәr dilinә çevirmәkdir ki, nәticәdә bu vәziyyәtlәrin şәrh edilәn hüquq normasına aidliyi şübhә doğurmasın vә bununla da onun tәtbiqi asanlaşsın.
    Hüquqi mәtnlәrin şәrhinә ilk cәhdlәr 11 әsrdә baş vermiş vә, әsasәn,Bolonya hüquq mәktәbindә Roma hüququ toplusunun şәrhi vә sistemli öyrәnilmәsi ilә bağlı olmuşdur (tәqr. 1080). Əvvәllәr H.h. yalnız әn zәruri hallarda, qeyri-müntәzәm istifadә olunan üsul idi. Sonralar onun inkişafı hüquqşünaslığın vә teologiyanın materialı әsasında paralel gedirdi; bu zaman H.h. vә teoloji hermenevtika spesifik vәzifәlәri hәyata keçirmәk üçün bәzәn (mәs., VII Qriqorinin islahatlarından sonra katolik kilsәsinin kanonik hüququ yaradılanda) öz sәylәrini birlәşdirirdi. 17 әsrdәn H.h. ümumi hüquq nәzәriyyәsinin mühüm bölmәlәrindәn birinә çevrildi, tәdricәn hüquqşünaslıq tәhsili sisteminә daxil edildi. Bu dövrdә H.h.-nın inkişafı Q.Qrotsnin adı ilә bağlıdır. O, söz vә texniki terminlәrin interpretasiyası, istifadә olunan kontekstdәn asılı olaraq onların geniş vә dar mәnalarının üzә çıxarılması vә s. problemlәrin tәdqiqinә әhәmiyyәtli töhfәlәr vermişdir. Qrotsi interpretasiyanın qrammatik, mәntiqi, tarixi, texniki (konkret qanunvericiliyin spesifikasını nәzәrә alan), tövsiyәvi (peşәkar hüquqşünasların praktiki istifadәsi üçün) növlәrini tәtbiq etmişdir.
    Hüquqi şәrhin vәzifәsi әsas etibarilә hüquq normalarının praktiki istifadә imkanlarını tәqdim etmәyә yönәldiyindәn, H.h. hüquqi mәtnlәri, onların anlaşılmasını vә tәtbiqini çәtinlәşdirәn mürәkkәb terminologiyadan azad etmәk mәqsәdilә qanunvericilik texnikası qaydalarını formullaşdırır (mәs., qanunun özündә izah edilәn terminlәri birbaşa mәnası ilә istifadә etmәyin vә dolayı mәnalardan qaçmağın zәruriliyi qaydasıdır ki, bu da konkret şәraitә uyğun gәlәn dәqiq, hüquqi cәhәtdәn ciddi anlayışlardan istifadә etmәklә nәticәlәnir).
    Müasir H.h. hüquq normalarının anlaşılması vә şәrhinin tam vә rasional nәzәriyyәsini tәşkil etmir vә әhәmiyyәtli dәrәcәdә fәlsәfi hermenevtikanın nailiyyәtlәrinә әsaslanır. Bax hәmçinin Hermenevtika.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 