Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HÜQUQ QABİLİYYƏTİ 
    HÜQUQ QABİLİYYƏTİ fiziki şәxsin hüquqi şәxsin qanunla nәzәrdә tutulmuş hüquqlara malik olması vә vәzifәlәr daşıması. H.q.-nin mәzmunu subyektin növündәn vә onun iştirak etdiyi ictimai münasibәtlәr sahәsindәn asılı olaraq dәyişir. Fiziki şәxsin mülki H.q.-nin mәzmununa әmlak vә şәxsi qeyri-әmlak hüquqlarına malik olmaq imkanı daxildir. Azәrb. Resp.-nın qanunvericiliyinә görә, bütün fiziki şәxslәrin mülki H.q. eyni dәrәcәdә tanınır, fiziki şәxsin doğulduğu an әmәlә gәlir vә ölümü ilә xәtm edilir (Azәrb. Resp.-nın MM, maddә 25). Fiziki şәxs heç bir halda H.q.-ndәn mәhrum edilә bilmәz vә onun mәhdudlaşdırılması yalnız qanunla müәyyәnlәşdirilmiş hallarda baş verә bilәr. Fiziki şәxsin H.q.-ndәn tamamilә vә ya qismәn imtina etmәsi, hәmçinin H.q.-nin mәhdudlaşdırılmasına yönәldilmiş digәr әqdlәr cüzidir. Hüququn digәr sahәlәrindә müәyyәn vәzifәlәri tutmaq, yaxud müәyyәn fәaliyyәti hәyata keçirmәk üçün vәtәndaşın sosial-hüquqi xüsusiyyәtlәrindәn (yaş, ixtisas, tәhsil sәviyyәsi, sağlamlıq vә s.) asılı olaraq hüquq vә vәzifәlәrinin hәcmini müәyyәnlәşdirәn xüsusi (vәzifә, peşә) H.q. nәzәrdә tutulur.
    Hüqiqi şәxs dövlәt qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir vә mülki vәzifәlәr daşıyır. Hüquqi şәxsin H.q.-nә onun lәğvinin başa çatdığı an xitam verilir. Kommersiya hüquqi şәxslәri qanunla qadağan edilmәyәn istәnilәn fәaliyyәt növlәrini hәyata keçirmәk üçün zәruri mülki hüquqlara malik ola vә mülki vәzifәlәr daşıya bilәrlәr. Siyahısı qanunvericiliklә müәyyәnlәş dirilәn ayrı-ayrı fәaliyyәt növlәri ilә hüquqi şәxslәr yalnız xüsusi icazә (lisenziya) әsasında mәşğul ola bilәrlәr. Hüquqi şәxsin hüquqları yalnız qanunla nәzәrdә tutulan hallarda vә qaydada mәhdudlaşdırıla bilәr. Hüquqi şәxs öz hüquqlarının mәhdudlaşdırılması haqqında qәrardan mәhkәmә yә etiraz verә bilәr. Hüquqi şәxsin xüsusi icazә (lisenziya) alınması zәruri olan fәaliyyәti hәyata keçirmәk hüququ belә lisenziyanın alındığı andan vә ya lisenziyada göstәrilәn vaxtda әmәlә gәlir vә bu hüquqa, әgәr qanunvericiliklә ayrı qayda müәyyәnlәşdirilmәyibsә, lisenziyanın müddәti qurtardıqda xitam verilir. Qeyrikom mersiya tәşkilatlarının (ictimai birliklәr, fondlar) H.q. onların tәsis sәnәdlәrindә әksini tapan yaradılma mәqsәdlәri ilә mәhdudlaşır.
    Azәrb. Resp. vә bәlәdiyyәlәr mülki hüquq münasibәtlәrindә eynilә digәr hüquqi şәxslәr kimi iştirak edirlәr.
    Dövlәtin H.q. digәr subyektlәrin H.q. ilә eyni deyil: qanunvericiklә bәzi istisna imkanları nәzәrdә tutulur (vәrәsәsiz әmlakın әldә edilmәsi, bәzi әmtәә növlәrinin ixracına vә idxalına inhisarın müәyyәnlәşdirilmәsi vә s.).
    Bir sıra milli hüquq sistemlәrindә qeyritipik subyektlәr olan dini tәşkilatların, digәr ictimai qurumların (hüquqi şәxslәrlә eyni olmayan), xarici vәtәndaşların, transmilli korporasiyaların xüsusi H.q. tәsbit edilmişdir.
    Beynәlxalq hüquqda H.q. dövlәtlәrin suverenliyinә vә immunitetinә, onların beynәlxalq müqavilәlәr bağlamaqla vә onlarda iştirak etmәklә beynәlxalq hüquq normaları yaratmaq qabiliyyәtinә әsaslanır.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 