HÜQUQ MÜNASİBƏTİ – ictimai münasibәtlәrin xüsusi növü, hüquq subyektlәri arasında onların qarşılıqlı hüquq vә vәzifәlәri vasitәsilә yaranan әlaqәlәr. İctimai münasibәtlәrin növlәrindәn biri olan H.m. onların bütün әlamәtlәrinә malikdir. Bunlar insanların unikal, fәrdilәşmiş qarşılıqlı fәaliyyәti deyil, sosial cәhәtdәn tipik, obyektiv zәruri olan ictimai әlaqәlәrdir ki, burada insanlar özlәrinin bütün rәngarәng şәxsi keyfiyyәt vә tәzahürlәrinin bütün müxtәlifliyi ilә yox, müәyyәn sosial-hüquqi rolların (vәtәndaş, istehlakçı, muzdlu işçi, vәzifәli şәxs vә s.) daşıyıcıları kimi çıxış edirlәr. Legist pozitivzm mövqeyinә görә, hüquqla tәnzimlәnәn, yәni dövlәt tәrәfindәn qanun (normativ hüquqi akt), yaxud digәr hüquq mәnbәyi vasitәsilә tanınan vә müdafiә olunan istәnilәn ictimai münasibәt H.m.-nә çevrilir. Hüququn digәr konsepsiyalarına әsasәn H.m. qanun vasitәsilә dövlәt tәnzimlәmәsindәn asılı olmayan spesifik xüsusiyyәtlәrә malikdir. Bu, ilk növbәdә ondan ibarәtdir ki, H.m. muxtar şәxslәr arasında onların azadlıqlarının vә formal bәrabәrliklәrinin qarşılıqlı tanınması әsasında formalaşan sosial әlaqәlәrdir. Eyni zamanda, H.m. yalnız hüquq normasının reallaşdırılmasının nәticәsi deyil, hәm dә onun yaranmasının ilkin şәrtidir, çünki hüquq normaları sabitlәşmiş, sosial cәhәtdәn
tipik davranış modellәrini tәsbit edir.
H.m.-nin strukturunda subyektlәr, ob - yektlәr vә mәzmun fәrqlәndirilir. H.m.-nin subyektlәri onun iştirakçıları olan şәxslәrdir. Onlar hüquq subyektliyinә – H.m.-nә daxil olma, hüquq subyektlәri olma qabiliyyәtinә malik olmalıdırlar. Hüquq subyektliyinin ümumi ilkin şәrti öz adından vahid şәxs kimi H.m.-nә daxil olmağa imkan verәn xarici münfәridlik vә personifikasiyadır. Hüquq subyektliyi hüquq qabiliyyәtlini vә fәaliyyәt qabiliyyәtlini ehtiva edir. Hüquq qabiliyyәti subyektiv hüquq vә vәzifәlәrә malik olma, H.m.-nin iştirakçısı olma qabiliyyәtidir. Bütün insanlar doğulandan hüquq qabiliyyәtinә malikdirlәr. Fәaliyyәt qabiliyyәti öz hәrәkәtlәri ilә hüquq vә vәzifәlәri әldә etmәk vә hәyata keçirmәk qabiliyyәtidir. Fiziki şәxslәrin (insanların) fәaliyyәt qabiliyyәtinin ümumi şәrti onların anlaqlılığı – öz hәrәkәtlәrinin xarakter vә mәnasını dәrk etmәk vә onları idarә etmәk qabiliyyәtidir. Anlaqlıq yaşla vә psixi sağlamlığın vәziyyәti ilә әlaqәlidir. Ona görә, fәaliyyәt qabiliyyәtinin әldә olunması müәyyәn yaşa çatma ilә şәrtlәnir. O, H.m.-nin mәzmunundan (onun iştirakçılarının hәyata keçirdiklәri hәrәkәtlәrin spesifikasından) asılı olaraq fәrqlәndirilir. Ümumi fәaliyyәt qabiliyyәti tam hәcmdә 18 yaşdan başlayır. Yetkin şәxsin fәaliyyәt qabiliyyәtlilik prezumpsiyası vardır. Əgәr insan psixi pozğunluq vә digәr sәbәblәrdәn (spirtli içkilәrdәn, narkotik maddәlәrdәn vә ya psixotrop maddәlәrdәn sui-istifadә) öz hәrәkәtlәrinin mәnasını anlamaq vә onları idarə etmәyә qadir deyilsә, mәhkәmә qaydasında o, fәaliyyәt qabiliyyәti olmayan sayıla bilәr. Delikt qabiliyyәti – hüquqpozmanın subyekti ola bilmәk vә hüquqi mәsuliyyәt daşıya bilmәk qabiliyyәti fәaliyyәt qabiliyyәtinin xüsusi halıdır. Adә tәn, H.m.-ndә iştirak etmәk üçün hәm hüquq qabiliyyәtinә, hәm dә fәaliyyәt qabiliyyәtinә malik olmaq zәruridir. Lakin subyektiv hüquqlar bәzәn bir şәxsә mәxsus olduğu halda, onun adından digәr şәxs tәrәfindәn hәyata keçirilә bilәr. Belә hallarda fәaliyyәt qabiliyyәtli olmayan şәxs deyil, onun adından xeyrinә hәrәkәt edәn şәxs (valideyn, qәyyum, himayәçi) H.m. subyekti olur. Bu, H.m.-ndә әşya hüquqları adlananlara – müәyyәn әşyanın (әmlakın) özünә, bu hüququn analoji olaraq hәyata keçirildiyi obyektlәrә (әqli mülkiyyәt, şәxsi qeyrimaddi nemәtlәr olan hәyat, sağlamlıq, şәrәf vә lәyaqәt, şәxsi vә ailә sirri vә s.) olan hüquqlara, hәmçinin әşyalara münasibәtdә hüquqlara (servitutlar, uzufruktlar) dair olduqda mümkündür. Hüquq subyektlәrinin müxtәlif tәsnifatı mövcuddur. Fiziki şәxslәrә (insanlar) vә hüquqi şәxslәrә (H.m.-ndә vahid şәxs qismindә iştirak edәn müxtәlif növ tәşkilatlar) bölünmә daha ümumi tәsnifatdır. Hüquqi şәxslәr dә iştirak etdiklәri H.m.-nin spesifikasından asılı olaraq, ümumi vә xüsusi hüququn hüquqi şәxslәrinә bölünür. Hüquqi şәxslәr onlara mәxsus hüquq qabiliyyәtinә vә fәaliyyәt qabiliyyәtinә hәmişә malik olurlar, yәni yalnız öz fәaliyyәt mәqsәdlәrinә uyğun gәlәn müәyyәn H.m.-ndә iştirak edә bilәrlәr.
H.m.-n i n m ә z m u n u onun iştirakçılarının qarşılıqlı subyektiv hüquq vә vәzifәlәrindәn ibarәtdir. Subyektiv hüquq sәlahiyyәtli şәxsin mümkün davranışının növü vә ölçüsüdür. Müasir hüquq elmindә hesab edilir ki, subyektiv hüquq 3 sәlahiyyәti: şәxsin özünün müәyyәn davranış (hәrәkәt, yaxud hәrәkәtsizlik) hüququnu; vәzifәli şәxsdәn müәyyәn davranışı, o cümlәdәn sәlahiyyәtli şәxsin davranışına “dözmәyi” (ona maneә törәtmәmәyi) tәlәb etmәk hüququnu; subyektiv hüquq pozulduğu halda onun dövlәt müdafiәsinә iddia etmәk hüququnu ehtiva edir. Hüquqi vәzifә dedikdә isә vәzifәli şәxsin zәruri (gәrәkli) davranışının növü vә ölçüsü başa düşülür. O, sәlahiyyәtli şәxsin subyektiv hüququnu tәmin etmәk mәqsәdilә müәyyәn hәrәkәtlәrin edilmәsini, yaxud hәrәkәtsizliyi, hәmçinin qoyulmuş vәzifәnin pozulması halında dövlәt mәcburetmәsi vasitәsilә hәyata keçirilәn müәyyәn mәnfi nәticәlәrә uğramaq zәrurәtini nәzәrdә tutur. H.m. hәmişә onun subyektlәrinin qarşılıqlı hüquq vә vәzifәlәri vasitәsilә ikitәrәfli әlaqәsidir. Hüquq ona müvafiq vәzifәlәrsiz vә vәzifәlәr ona müvafiq hüquqsuz mövcud deyil. Bir subyektin hüququna qarşı hәmişә onun kontragentinin vәzifәsi durur. Bununla yanaşı, H.m.-ndә hәr bir subyektin eyni zamanda hәm subyektiv hüquqları, hәm dә vәzifәlәri vardır.
Əgәr H.m.-nin iştirakçısı ümumha kimiyyәt sәlahiyyәtlәri verilmiş orqanlar vә şәxslәrdirsә (dövlәt, onun orqanları vә vәzifәli şәxslәri, yerli özünüidarә orqanları), onlar hәmin H.m.-ndә subyektiv hüquq vә vәzifәlәrә deyil, sәlahiyyәtlәrә malikdirlәr. Ümumhakimiyyәt sәlahiyyәtlәri digәr subyektlәrdәn (hәm fiziki şәxslәrdәn, hәm dә ümumhakimiyyәt sәlahiyyәtlәrinә malik şәxslәrdәn) müәyyәn davranışı tәlәb etmәk, yәni zәrurәt yarandığı hallarda icrası dövlәt mәcburetmәsi ilә tәmin edilәn icbari göstәrişlәr vermәk imkanından ibarәtdir. Ümum hakimiyyәt sәlahiyyәtlәri müәyyәn mәqsәdlәrlә şәxsә (orqana) verilir vә onlara nail olunması üçün müәyyәn zәruri funksiyaların hәyata keçirilmәsini nәzәrdә tutur. Burada mәhz şәxsin üzәrinә qoyulmuş vәzifәlәrin icrası әsasdır, şәxsin hüququ isә bu zaman bu vә ya digәr dәrәcәdә yolverilәn diskresiyadan (mülahizәdәn) ibarәtdir.
Hüquq elmindә H.m.-nin obyekti haqqın da hamının qәbul etdiyi tәsәvvür yoxdur. Ümumiyyәtlә belә bir fikir mövcuddur ki, H.m.-nin obyekti onun subyektlәrinin hüquq vә vәzifәlәri yönәldilәn nәdirsә, onların qarşılıqlı fәaliyyәt göstәrmәlәrinin sәbәbi nәdirsә, odur. H.m. obyektinin sәlahiyyәtli şәxsin maraqlarını tәşkil edәn maddi, yaxud qeyri-maddi nemәtdәn ibarәt olması haqqında konsepsiya daha geniş yayılmışdır. Lakin sәlahiyyәtli şәxsin maraqlarını tәmin etmәyә qadir olan nemәt müxtәlif hadisәlәrdәn, o cümlәdәn vәzifәli şәxsin müәyyәn davranışından, yaxud H.m.-nin öz vәziyyәtindәn (mәs., nikahda, vәtәndaşılqda H.m.) ibarәt ola bilәr. Bu cür şәrhdә H.m.-nin obyektini onun digәr elementlәrindәn ayırmaq heç dә hәmişә mümkün olmur. Bir çox hallarda vәzifәli şәxsin davranışı H.m.-nin obyekti kimi başa düşülür, belә ki, yalnız o, subyekt tәrәfindәn yönәlәn tәsirә reaksiya verә bilir. Lakin “davranış” fenomeni insanın özündәn ayrıca mövcud deyil vә H.m.-nin subyektlәri onun obyekti olur. Bәzәn H.m.-nin obyektini hüquqla tәnzimlәnәn faktiki ictimai münasibәtlә, yәni H.m.-nin özü ilә eynilәşdirirlәr. Nәhayәt, H.m.-nin obyekti qismindә subyektlәrin qarşılıqlı fәaliyyәtdә olduqları vә onların hüquq vә vәzifәlәrinә tәsir göstәrәn obyektiv gerçәkliyin predmet vә hadisәlәri (әmlak, tәbiәt obyektlәri, qeyri-maddi nemәtlәr vә s.) nәzәrdәn keçirilir. Amma bu zaman bәzi H.m.-lәri obyektsiz olur.
H.m.-nin müxtәlif tәsnifatları var. Formalaşdığı sahәlәrdәn asılı olaraq, konstitusiya, mülki, cinayәt, inzibati vә s. H.m.-ni ayırırlar. Subyektlәrin fәrdilәşmәsi dәrәcәsinә vә onların hüquqlarının xarakterinә görә mütlәq vә nisbi H.m.-ni fәrqlәndirirlәr. Mütlәq H.m.-ndә subyektiv hüquq daşıyıcısının qarşısında vәzifәli şәxslәrin qeyri-mәhdud dairәsi (hüququn bütün digәr subyektlәri) durur, onların vәzifәsi hәmin hüququn (mәs., mülkiyyәt hüququnun, müәlliflik hüququnun, yaşamaq hüquququn vә s.) hәyata keçirilmәsindә ona maneә törәtmәmәkdir. Nisbi H.m.-lәrindә bütün subyektlәr şәxslәnmişlәr vә qarşılıqlı hüquq vә vәzifәlәrin (mәs., alqı-satqı, icarә, podrat vә s. H.m.) daşıyıcılarıdır.
Hüquqi faktlar – müәyyәn hüquqi nәticәlәr doğuran konkret faktiki şәrtlәr H.m.-nin yaranması, dәyişmәsi vә ona xitam verilmәsinin әsasıdır.










