Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HÜQUQ NORMASI 
    HÜQUQ NORMASI – ümumi sәciyyәli davranış qaydası. Hüquq normaları mәcmusu subyektiv hüquq vә vәzifәlәrlә birlikdә hüququn mәzmununu tәşkil edәn obyektiv hüquqdan ibarәtdir.
    Sosial normaların növlәrindәn biri kimi H.n. onlara xas bütün әlamәtlәrә malikdir. H.n. icbaridir, yәni öz sәciyyәsi etibarilә obyektiv olan davranış qaydasını ifadә edir, hәm icraya, hәm dә pozuntuya yol verir, mәcburi qayda kimi bәrqәrar edilir vә sanksiyalarla tәmin olunur. H.n. insanlar arasındakı münasibәtlәri tәnzimlәmәyә yönәldiyinә görә sosialdır vә öz-özünә icra olunan deyil (icrasının tәmin olunması üçün xüsusi hazırlanan vә tәtbiq edilәn sanksiyalar sistemi tәlәb edir). H.n. sosial cәhәtdәn tipik (“normal”) vә effektiv (faydalı) davranış nümunәlәrini ifadә edir vә mәhz buna görә dә mәcburi tәmin olunan qaydalar qismindә müәyyәn edilir. Bütün sosial normalar üçün ümumi olan bu әlamәtlәrdәn başqa, H.n. bir sıra spesifik әlamәtlәrә dә malikdir. H.n. ümumicbaridir, yәni onun ifadә etdiyi tәlәbin adresatları şәxslәndirilmәmişlәr vә ümumi әlamәtlәrә (ölkә vәtәndaşları, vәzifәli şәxslәr, yetkinlik yaşına çatmayanlar vә s.) görә tәyin edilirlәr. H.n.-nın ümumicbariliyi onun müvafiq formada tәtbiq edilmәsindәn (müәyyәn hüquq mәnbәyindә sәlahiyyәtli orqan tәrәfindәn) doğur vә zәruri halda dövlәt mәcburiyyәti ilә tәmin olunur. H.n. formal müәyyәn olunmuş davranış qaydasıdır; o, mücәrrәd, formallaşdırılmış davranış modellәrini tәsbit edir, lakin bununla yanaşı, tәnzimlәnәn münasibәt iştirakçılarının hüquq vә vәzifәlәrini dәqiq müәyyәnlәşdirmәyә imkan verәn konkret göstәrişlәrdәn ibarәtdir. H.n.-nın formal müәyyәnliyi onun bu vә ya digәr hüquq mәnbәyindә (bir qayda olaraq, yazılı aktda, hәrçәnd yazılı ifadәsi olmayan adәt-hüquq normaları da mövcuddur) mәtn formasında ifadә olunmasını tәlәb edir.
    Hüquq haqqında müxtәlif tәsәvvürlәrdәn (hüquq anlamı tiplәrindәn) asılı olaraq, H.n.-nın başqa spesifik әlamәtlәri dә fәrqlәndirilir. Legist (etatist, qanunçu) pozitivizm tәrәfdarları üçün H.n.-nın әsas әlamәti onun dövlәt tәrәfindәn öz aktı ilә bәrqәrar edilmәsi, yaxud sanksiyalaşdırılması vә dövlәt mәcburiyyәti ilә tәmin olunmasıdır. Sosioloji hüquq konsepsiyaları çәrçivәsindә H.n-nın faktiki reallaşdırıla bilinmәsi vurğulanır; o, legitim olmalı, real hüquq münasibәtlәrindә әksini tapmalı, mәhkәmә müdafiәsi vә inzibati müdafiә ilә tәmin edilmәlidir. Tәbii hüquq mәktәbinә görә, H.n.-nın әn mühüm әlamәti onun әdalәtliliyi, cәmiyyәtdә hökmran olan mәnәvi-әxlaqi, yaxud dini tәsәvvürlәrә uyğun gәlmәsidir. Hüququn liberal interpretasiyalarında H.n. hüquq münasibәtlәri iştirakçılarının formal bәrabәrliyini ifadә edәn vә möhkәmlәndirәn azadlıq ölçüsü kimi şәrh olunur.
    H.n. üç elementi: hipotez, dispozosiya vә sanksiyanı ehtiva edәn spesifik mәntiqi struktura malikdir. H i p o t e z – mövcudluğu zamanı hәmin normaya riayәt olunması şәraitinә göstәriş; d i s p o z i s i y a – normanın müәyyәnlәşdirdiyi davranış qaydası;
    s a n k s i y a – dispozosiya pozulma halında baş verәn mәnfi nәticәlәrdir. H.n.-nın mәntiqi strukturu sxematik olaraq aşağıdakı şәrti cümlә formasında göstәrilә bilәr: “Əgәr... (hipotez), o zaman... (dispozisiya), әks halda... (sanksiya)”. Yalnız bu üç elementin vәhdәti
    H.n.-nı tәşkil edir.
    H.n. hәmişә bu vә ya digәr normativ hüquqi mәtndә (formal mәnada hüquq mәnbәyindә) ifadә olunur. Bu zaman hüquqi mәtnlәrin yazılı ifadәsi vә tәşkili praktiki olaraq heç vaxt H.n.-nın mәntiqi strukturu ilә tam üst-üstә düşmür. Onların konkret fraqmentlәrindә (ilk növbәdә qanunların vә digәr normativ aktların maddәlәrindә, bәndlәrindә), bir qayda olaraq, yalnız H.n.-nın mәntiqi strukturunun bu vә ya digәr elementini tәşkil edәn ayrı-ayrı göstәrişlәr әksini tapır.
    Hüquqi mәtnlәrdә H.n.-nın üç ifadә üsulu fәrqlәndirilir. B i r b a ş a ü s u l mәtn fraqmentindә (maddәdә, bәnddә) H.n.-nın mәntiqi strukturunun bütün ele mentlәrini әks etdirmәyi nәzәrdә tutur. G ö n d ә r m ә ü s u l u n d a H.n.-nın mәntiqi strukturunun konkret fraqmentindә olmayan elementlәrini әks etdirәn konkret maddәlәr, bәndlәr, hissәlәr göstәrilir. B l a n k e t ü s u l u n d a H.n.-nın mәntiqi strukturunda olmayan elementlәrin bәrpası üçün eynilә başqa normativ akta müraciәt zәrurәti yaranır, lakin bu göndәrmә әn ümumi formada (mәs., “Tәhlükәsizlik texnikası qaydalarının pozulmasına görә cәza nәzәrdә tutulur...”, “Qanunla müәyyәn olunmuş hallarda...”) hәyata keçirilir. Bundan әlavә, H.n.-nın m ü c ә r r ә d (ümumi, növ, formal әlamәtlәri göstәrmәklә) vә k a z u a l (konkret, detallı, situasiyalı) ifadә üsulları fәrqlәndirilir. H.n.-nın mücәrrәd ifadә üsulu normativ aktlar, kazual ifadә üsulu isә mәhkәmә vә inzibati presedentlәr üçün sәciyyәvidir.
    H.n.-nın müxtәlif tәsnifatları var. Onların hamısı kifayәt qәdәr şәrtidir. Sahә mәnsubiyyәtinә (hüquqi tәnzimetmә predmetinә) görә konstitusiya, inzibati, mülki, cinayәt vә s. hüquq normaları fәrqlәndirilir. Dispozosiyanın xarakterinә görә qadağanedici, öhdәlikyaradıcı vә sәlahiyyәtlәndirici H.n. fәrqlәndirilir. Hüququ tәnzimlәmә metodunun spesifikasına görә, imperativ (konkret davranış variantını birmәnalı göstәrәn) vә dispozitiv (davranış variantını seçmәk imkanı verәn) H.n. mövcuddur. Fәaliyyәt sahәsinә görә, ümumi vә istisna, götürmә, tipik olmayan hadisәdәn ibarәt (mәs., müxtәlif kateqoriyalardan olan şәxslәrin – yetkinlik yaşına çatmayanların, deputatların, hakimlәrin cinayәt mәsuliyyәtinә cәlb olunma xüsusiyyәtlәrini müәyyәnlәşdirәn) xüsusi H.n. fәrqlәndilir. Tipik olmayan normativ göstәrişlәr – normaprinsiplәr, norma-qәrarlar da mәlumdur.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 