Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HÜQUQ SİSTEMİ 
    HÜQUQ SİSTEMİ – cәmiyyәtin, onun sosial altsistemlәrindәn biri şәklindә hüquqi tәşkilatlanması. Bәzi hallarda “H.s.” anlayışı bu vә ya digәr ölkәdә, yaxud birlikdә, o cümlәdәn beynәlxalq alәmdә fәaliyyәt göstәrәn struktur vә funksional cәhәtdәn nizama salınmış hüquq normalarının mәcmusu mәnasında “hüququn sistemi” anlayışının sinonimi kimi dә istifadә edilir.
    Lakin “H.s.” anlayışına müstәqil vә daha geniş mәna vermәk әnәnәsi daha çox yayılmışdır. H.s. geniş mәnada cәmiyyәtin hüquqi tәşkilatlanmasını sәciyyәlәndirәn müxtәlifyönlü hüquqi hadisәlәri ehtiva edir. Adәtәn, konkret dövlәtin H.s.-ndәn bәhs edәrkәn milli H.s. haqqında danışilir. H.s.-nin strukturunda müxtәlif komponentlәr fәrqlәndirilir. Normativ komponenti institutlarda vә hüquq sahәlәrindә tәmәrküzlәşmiş hüquq normaları (hüququn sistemi), hәmçinin formal mәnada hüquq mәnbәlәri – hüquq normalarının öz zahiri әksini tapdığı hüquqi mәtnlәr (konstitusiyalar, qanunlar vә digәr hüquqi normativ aktlar, mәhkәmә presedentlәri, normativ müqavilәlәr, hüquqi adәtlәr, hüquqi doktrina) tәşkiledir. İnstitusional (yaxud tәşkilati) komponent, ilk növbәdә, hüquq yaradıcılığı vә hüququn tәtbiqi ilә bağlı hüquqi fәaliyyәt göstәrәn müxtәlif tәşkilatlar vә idarәlәrlә (bütövlükdә dövlәt, onun orqanları vә vәzifәli şәxslәri, yerli özünüidarә orqanları, bәzi ictimai qurumlar, mәs., vәkillәr kollegiyası, siyasi partiyalar vә s.) tәmsil olunur. İdeoloji komponent cәmiyyәtin hüquqi düşüncәsini: hüquq vә dövlәt haqqında, onların cәmiyyәtdәki rolu vә vәzifәsi haqqında hәmin cәmiyyәt üçün tipik olan tәsәvvürlәri; hüquq elmini vә onun işlәyib hazırladığı hüquq doktrinaları vә anlayışlarını; bütövlükdә әhalinin hüquq mәdәniyyәtini vә ayrı-ayrı sosial qrupların hüquq düşüncәsinin xüsusiyyәtlәrini ehtiva edir. Praktiki, yaxud әmәli komponent hüquqi praktikanın vәziyyәtidir, yәni hüquq yaradıcılığının vә hüququn reallaşdırılmasının qәbul edilmiş üsulları (o cümlәdәn hüquqi tәfәkkür vә hüquqi arqumentasiyanın üslubu, hüquqi texnika, hüquqi qәrarların qәbul edilmә praktikası), әhalinin hüquqi әhәmiyyәtli davranışının tipik formalarıdır. H.s. fәaliyyәtinin yekun mәqsәdi davamlı hüquq qaydası vә qanunçuluq rejimidir.
    Cәmiyyәtin H.s. digәr sosial sistemlәrlә (iqtisadi, dini vә xüsusilә siyasi) sıx qarşılıqlı әlaqәdәdir. H.s.-nin bütün komponentlәri siyasi sistemlә bir çox ümumi elementlәrә malikdir.
    Milli H.s. strukturları analoji komponentlәrә malik olan beynәlxalq H.s., fövqәl milli H.s.-lәri (mәs., Avropa İttifaqının, Avropa Şurasının, MDB-nin H.s.), hәmçinin digәr dövlәtlәrin H.s. ilә qarşılıqlı fәaliyyәt göstәrir.
    “H.s.” anlayışı әsas diqqәti bu vә ya digәr cәmiyyәtin hüquqi-texniki xüsusiyyәtlәrinә deyil, daha çox onun hüququnun tarixi vә sosiomәdәni şәrtlәnmәsinә yönәldәn “hüquq mәdәniyyәti” (geniş mәnada) vә “hüquq әnәnәsi” anlayışları ilә sıx bağlıdır vә bir çox cәhәtlәrdә hәmin anlayışlarla kәsişir. “H.s.” anlayışı hüquqi inkişafın müәyyәn ümumiliyi ilә fәrqlәnәn ölkәlәr qrupunun hüquqi özәlliklәrini sәciyyәlәndirmәk üçün dә istifadә oluna bilәr. bu halda o, hüquq ailәsi anlayışının sinonimi kimi çıxış edir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 