Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HÜQUQ STATİSTİKASI 
    HÜQUQ STATİSTİKASI – predmeti cәmiyyәtdәki hüquqi proseslәrin dinamikasını sәciyyәlәndirәn kәmiyyәt göstәricilәrinin öyrәnilmәsi olan statistika elmi sahәsi (sosial statistika bölmәsi) vә eyni zamanda tәtbiqi hüquqşünaslıq elmi.
    Müәyyәn hüquqi proseslәr, onların keyfiyyәt mәzmunu ilә ayrılmaz әlaqәdә olan kәmiyyәt parametrlәri haqqında informasiyanın әldә edilmәsi, işlәnmәsi vә tәhlilinә yönәlmiş müxtәlif dövlәt orqanları, beynәlxalq vә digәr tәşkilatların praktiki fәaliyyәti dә H.s. kimi başa düşülür. H.s. göstәricilәri sisteminin kömәyi ilә cәmiyyәtdә hüquq normalarının tәtbiqi, hüquqi mәsuliyyәtin reallaşdırılması, qanunçuluq rejiminә riayәt olunması vә hüquq qaydasının tәmin edilmәsi, mәhkәmәlәrin, prokurorluğun, polisin vә digәr hüquq-mühafizә orqanlarının fәaliyyәti ilә әlaqәdar müxtәlif sosial hadisәlәrin kәmiyyәt tәrәfi әks olunur.
    H.s. hüquq pozuntularını vә cәmiyyәtdә qanunçuluğa, hüquq qaydasına sosial nәzarәt tәdbirlәrini öyrәnmәk üçün tәtbiq edilәn stasistik konsepsiya vә metodlar sistemindәn istifadә edir.
    H.s. statistik tәdqiqat obyektinin – H.s.-nda ölkә (rayon, şәhәr vә s.) әhalisi, hüquq pozuntusuna yol vermiş şәxslәr, mәhkәmә
    instansiyalarına müraciәt faktları, mәhkәmә vә digәr hüquq-mühafizә orqanlarının qәbul etdiyi qәrarlardan ibarәt statistik mәcmunun vәziyyәtini әks etdirәn statistik mәlumatlardır.
    Statistik informasiyanın әsas әlamәti kütlәvilik vә sabitlik olduğundan, daxili işlәr orqanlarında hesabat-qeydiyyat vә statistik işin tәşkilindә praktiki olaraq bütün idarә vә şöbәlәr – müstәntiqlәr, tәhqiqatçılar, әmәliyyat işçilәri vә b. iştirak edirlәr. Daxili işlәr orqanlarının әmәkdaşları qeydә alınmış cinayәtlәrin vә onları törәdәnlәrin; cinayәt işlәri hәrәkәtinin vә daxili işlәr orqanlarının profilaktik, әmәliyyat-axtarış vә inzibati fәaliyyәtinin nәticәlәrinin ilkin statistik uçotunu aparırlar.
    H.s.-nın nәzәrә aldığı hüquq pozuntusunun tipindәn, hәmçinin fәaliyyәtlәrini xarakterizә etdiyi dövlәt, yaxud digәr orqanların növündәn asılı olaraq, cinayәt-hüquqi, mülki-hüquqi vә inzibati-hüquqi statistikanı fәqlәndirirlәr.
    Cinayәt-hüquqi statistika cinayәtkarlığın, mәhkumluğun, sәlahiyyәtli dövlәt orqanlarının cinayәtkarlıqla mübarizә vә cinayәt hallarının öncәdәn qarşısının alınması üzrә fәaliyyәtlәrinin kәmiyyәt parametrlәrini öyrәnir.
    Mülki-hüquqi statistika ümumi yurisdik siyalı mәhkәmәlәri vә arbitraj mәhkәmәlәrindә baxilmaqda olan mülki-hüquqi mübahisәlәrin, hәmçinin bu orqanların fәaliyyәt nәticәlәrinin (effektivliyinin) uçotunu hәyata keçirir. Bәzәn arbitraj mәhkәmәlirinin әdalәt mühakimәsini hәyata keçirmәsi prosesindә tәsәrrüfat mübahisәlәri vә tәsәrrüfatçı subyektlәr haqqında kәmiyyәt informasiyasını öyrәnәn arbitrajsta tistikası ayrıca sahә kimi fәrqlәndirilir.
    Inzibati-hüquqi statistika inzibati hüquq pozuntularının növlәrinә, vurduğu zәrәrә, inzibati cәzanın xarakterinә, inzibati yurusdiksiya vә arbitraj mәhkәmәlәri orqanlarına mәxsusluğuna görә, inzibati hüquq pozuntularının uçotu, hәmçinin hәmin orqanların fәaliyyәtinin nәticәlәrinin uçotu ilә mәşğul olur.
    H.s. mәhkәmә vә cinayәt statistikasının, prokuror nәzarәti statistikasının vә s. mәlumatlarından istifadә edilәn kriminoloji tәdqiqatlarda xüsusi rol oynayır. H.s.-nın kömәyi ilә cinayәtkarlığın vәziyyәti vә sәviyyәsi, onun strukturu vә dinamikası müәyyәnlәşdirilir, cinayәtlәrin törәnmәsinә tәkan verәn sәbәb vә şәrait üzә çıxarılır, cinayәtkarların şәxsiyyәti tәdqiq edilir, cinayәtkarlıqla mübarizәnin formalaşmış praktikası vә s. öyrәnilir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 