Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HÜQUQ SUBYEKTLİLİYİ 
    HÜQUQ SUBYEKTLİLİYİ – şәxsin ictimai-hüquqi vәziyyәti, hüquq vә vәzifәlәrә malik olmaq vә onları müstәqil hәyata keçirmәk qabiliyyәti; hüquq münasibәtlәrindә iştirak tәdbiri. H.s. şәxsiyyәtin hüquqi statusunun elementlәrindәn biri (konstitusiya hüquqları vә vәzifәlәri ilә birlikdә) olmaqla hüquqi normalarla tәsbit edilir vә dövlәt tәrәfindәn tәminat alır.
    H.s. ümumi (ümumәn hüquq subyekti olma qabiliyyәti), sahәvi (müәyyәn ictimai sahәdә hüquq münasibәtlәrinin iştirakçısı olma qabiliyyәti) vә xüsusi (subyektin öz sәciyyәsindәn asılı olaraq mәhdudlaşdırılmış, yaxud mәqsәdli hüquq münasibәtlәrin dә iştirak imkanı) olaraq fәrqlәndirilir. Daha dolğun H.s.-ә vәtәndaşlar malikdirlәr, onların hüquqi statusunu ilk növbәdә dövlәtin әsas qanunu müәyyәnlәşdirir. Mülki vә siyasi hüquqlara dair Beynәlxalq paktın (1966) 16-cı maddәsinә әsasәn hәr bir insan harda olmasından asılı olmayaraq, H.s.-nin tanınması hüququna malikdir, onun hәcmi isә irqdәn, dәrinin rәngindәn, cinsdәn, dildәn, dindәn, siyasi vә digәr görüşlәrdәn, milli vә sosial mәnşәdәn, әmlak vәziyyәtindәn vә digәr hallardan asılı deyil. Bәzi hüquq sahәlәrindә H.s. hüquq qabiliyyәti vә fәaliyyәt qabiliyyәtindәn ibarәtdir. Hüquqi şәxslәrin H.s. onların tәsis sәnәdlәri ilә müәyyәnlәşir vә yaradılma mәqsәdlәrindәn, fәaliyyәt sahәlәrindәn asılı olur.
    B e y n ә l x a l q H . s . beynәlxalq hüquq subyektlәrinin müstәqil hәrәkәtlәr etmәk, beynәlxalq hüquq münasibәtlәri iştirakçılarının hüquq vә vәzifәlәrini müәyyәnlәşdirәn beynәlxalq hüquq normalarını sәrbәst hәyata keçirmәk üçün hüquq qabiliyyәtidir.
    Beynәlxalq H.s. faktiki vә hüquqi olur. H.s.-nin hüquqi mәnbәyi BMT-nin Nizamnamәsi, beynәlxalq müqavilәlәr, hökumәtlәrarası tәşkilatların nizamnamәlәridir.
    Beynәlxalq hüquq subyektlәri arasındakı fәrq onların yaranma әlamәtlәrinә, H.s.-nin hüquqi tәbiәti vә hәcminә görә müәyyәnlәşir. Yalnız beynәlxalq hüquq normalarına uyğun olaraq hüquq vә vәzifәlәrә malik olanlar beynәlxalq hüquq subyektlәrinә aiddirlәr. Dövlәtlәr, öz müstәqilliyi uğrunda mübarizә aparan millәtlәr vә xalqlar beynәlxalq hüququn ilkin subyektlәridir. Beynәlxalq hüququn digәr subyektlәri hökumәtlәrarası tәşkilatlar, dövlәtәbәnzәr qurumlar vә mәhdud hәcmdә fәrdlәrdir.
    Beynәlxalq hüquq subyektlәri beynәlxalq hüquq münasibәtlәrinin subyektiv hüquq vә vәzifәlәr daşıyıcısı olan iştirakçılarıdır. Bunun üçün onlar müәyyәn keyfiyyәtlәrә: mәlum xarici münfәridliyә; personifikasiyaya (beynәlxalq münasibәtlәr dә vahid şәxs adından iştirak etmәk); muxtar iradәnin yaradılması, ifadә edilmәsi vә hәyata keçirilmәsinә, beynәlxalq hüquq normalarının işlәnib hazırlanması vә qәbulunda iştirak etmәk qabiliyyәtinә malik olmalıdırlar. Bundan әlavә, beynәlxalq hüquq subyektlәri beynәlxalq hüquq normaları әsasında subyekt xassәsi qazanmış şәxslәrdir. Yәni hüquqi normalar aktorların beynәlxalq hüquq subyektlәri qismindә fәaliyyәtinin mәcburi hüquqi әsasını tәşkil edir. Beynәlxalq hüquq subyektlәri ümumi, sahәvi vә xüsusi H.s.-nә malikdirlәr. Ümumi H.s. aktorların “ipso facto” (fakta görә) ümumәn beynәlxalq hüquq subyekti olma qabiliyyәtidir. Belә H.s.-ә suveren dövlәtlәr malikdir. Onlar beynәlxalq hüququn ilkin subyektlәridir. Ümumi H.s.-nә hәmçinin öz müstәqilliklәri uğrunda mübarizә aparan xalqlar vә millәtlәr malikdirlәr. Sahәvi H.s. aktorların beynәlxalq münasibәtlәrin ayrıayrı sahәlәrindә hüquq münasibәtlәrinin iştirakçısı olma qabiliyyәtidir. Belә H.s.-nә hökumәtlәrarası tәşkilatlar malikdirlәr. Xüsusi H.s. beynәlxalq hüququn ayrı-ayrı sahәlәri çәrçivәsindә hüquq münasibәtlәrinin müәyyәn mәhdud dairәsinin iştirakçısı olma qabiliyyәtidir. Mәs., insan hüquqlarının müdafiәsi mәsәlәlәri üzrә fәaliyyәt göstәrәn şәxslәr xüsusi H.s.-nә malikdirlәr.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 