Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HÜQUQİ MƏSULİYYƏT 
    HÜQUQİ MƏSULİYYƏT – sosial mәsuliyyәtin xüsusi növü. Hüquq normalarına riayәt edilmәsi üzrә dövlәt tәrәfindәn tәmin edilәn vәzifә hüquq münasibәti iştirakçısının qanunauyğun, yaxud qanuna zidd davranışında reallaşır: birinci halda dövlәt tәrәfindәn tәqdir vә tәşviq edilir, ikinci halda isә onun üçün mәnfi nәticәlәrә (cәza, şәxsi, yaxud әmlak hüquqlarının mәhdudlaşdırılması vә s.) sәbәb olur. Digәr mәsuliyyәt növlәrindәn fәrqlәnәn spesifik әlamәtlәrә malikdir: onun әsası hüquq normasıdır (H.m. haqqında müvafiq hüquqi norma yoxdursa, belә mәsuliyyәt növü dә yoxdur), ona formal müәyyәnlik xasdır (dәqiq hüquqi qaydalarla ifadә olunur), detallaşdırılmışdır (mümkün ola bilәn mәsuliyyәt haqqında ümumi müddәalardan ibarәt deyil), ümumicbari sәciyyә daşıyır,
    ümumi hakimiyyәt tәrәfindәn mәcburetmә, inandırma, yaxud mükafatlandırma ilә tәmin edilir.
    Bir qayda olaraq, H.m.-in pozitiv (yaxud könüllü) vә neqativ (dövlәt-icbari, yaxud mühafizәedici) mәsuliyyәt növlәrini fәrqlәndirirlәr. Hәr ikisi davranışın hüquqi әhәmiyyәtli nәticәlәrindә (yüksәk mәsuliyyәt hissinin üzә çıxması zamanı tәqdir vә әksinә, hüquqpozma zamanı mәhkum edilmә) әksini tapır, hәr ikisi eyni mәqsәdlәrә (qanunauyğun davranışın tәmin edilmәsi) xidmәt göstәrir, eyni önşәrtlәrә (әmәlin hәyata keçirilmәsi zamanı iradә azadlığı, yaxud zәrurәt) malikdir, hüquq norması ilә nәzәrdә tutulur, dövlәt tәrәfindәn bu vә ya digәr şәkildә tәmin edilir, hüquq normasının hüquq münasibәti iştirakçılarının real davranışına çevrilmәsinә aparır. Pozitiv H.m. ümumi sәciyyә daşıyır, onun әsası kimi yalnız qanun deyil, cәmiyyәt, dövlәt vә insanlar qarşısında bu mәsuliyyәtin dәrki çıxış edir. O, hüququ pozanlardan daha çox dövlәtin bütün vәtәndaşlarına, fiziki vә hüquqi şәxslәrә aiddir vә istәnilәn hüquq münasibәti subyektinin qanunauyğun davranışını şәrtlәndirir. Dövlәt-icbari, mühafizәedici, neqativ mәsuliyyәt hüquqpozma baş verәn anda konkret hakimiyyәt münasibәtindә olan hüquqpozana aiddir vә ümumi hakimiyyәt (ilk növbәdә dövlәt) orqanının hüquqpozanı mәhkum etmәklә vә onu öz әmәlinә görә mәnfi nәticәlәri yaşamağa mәcburetmә ilә ifadә olunur. Neqativ H.m.-in әsası hüquqazidd әmәli törәtmiş şәxsin tәqsirli olmasıdır.
    H.m.-in prinsiplәri qanunilik, әdalәtlilik, humanizm, cәzanın labüdlüyü, mәqsәdәuyğunluq, mәsuliyyәtin fәrdlәşdirilmәsidir.
    H.m. növlәrinin hüquq sahәlәrinә görә tәsnifatı daha geniş yayılmışdır (inzibati mәsuliyyәt, mülki-hüquqi mәsuliyyәt, intizam
    mәsuliyyәti vә s.). Növlәrin hәr biri spesifik әsasa (hüquqpozma növü), xüsusi reallaşma qaydasına, spesifik mәcburetmә tәdbirlәrinә malikdir.
    H.m. hüquqi institut kimi cәmiyyәtdә tәnzimlәyici (müvafiq hüquqi normaların yaradılması, mәsuliyyәtli davranış standartlarının müәyyәnlәşdirilmәsi, hüquqi praktikanın tәkmillәşdirilmәsi), preventiv (hüquqi vә qeyri-hüquqi, mәs., tәrbiyәvi vasitәlәrdәn istifadә etmәklә hüquqpozmaların qarşısını almaq), cәzalandırıcı vә tәrbiyәvi funksiyaları yerinә yetirir.
    Beynәlxalq mәsuliyyәt beynәlxalq hüquq subyektlәrinin beynәlxalq-hüquqi öhdәliklәrin pozulmasına görә daşıdıqları xüsusi H.m. növüdür. Beynәlxalq hüquqpozma әmәli bir vә ya bir neçә hәrәkәtdәn,yaxud hәrәkәtsizlikdәn vә ya onların birlәşmәsindәn ibarәt ola bilәr. Beynәlxalq hüquq pozma әmәlinin mövcudluğu faktı ilk növbәdә pozulmuş öhdәliyin tәlәblәri ilә, sonra isә bu cür әmәlin baş verdiyi şәraitlә şәrtlәnir. Əgәr dövlәtin törәtdiyi әmәl beynәlxalq-hüquqi öhdәliyi pozursa (hәtta hәmin әmәl dövlәtin daxili qanunvericiliyinә zidd olmadıqda vә daxili qanunvericiliyә görә dövlәt mәhz hәmin cür hәrәkәt etmәli olduğu halda belә), bu, beynәlxalq hüquqpozma kimi tövsif edilir. Beynәlxalq-hüquqi mәsuliyyәt hüquqpozmaya yol vermiş subyektlәrә qarşı müәyyәn olunmuş prosessual qaydada beynәlxalq hüquqa müvafiq mәcburetmә tәdbirlәrini tәtbiq etmәyi nәzәrdә tutur. Beynәlxalq hüquq subyektinin beynәlxalq hüquqpozmaya görә mәsuliyyәt daşıması prinsipi imperativ sәciyyә daşıyan, hamının qәbul etdiyi prinsipdir.
    Beynәlxalq-hüquqi mәsuliyyәtin iki növü var: siyasi vә maddi. Siyasi mәsuliyyәt hüquqpozana qarşı maddi mәsuliyyәtlә birlikdә mәcburi tәdbirlәrin tәtbiqi ilә müşayiәt olunur. Retorsiya (bir dövlәtin maraqlarına xәlәl gәtirmiş digәr dövlәtә qarşı mәcburetmә hәrәkәtlәri), repressaliya (bir dövlәtin beynәlxalq subyektin digәr subyekti tәrәfindәn güc tәtbiqi vә güc tәtbiqi ilә hәdәlәmә olmadan pozulmuş hüquqlarının bәrpasına yönәlmiş qanunauyğun mәcburetmә hәrәkәtlәri), satisfaksiya (hüquq pozmaya yol vermiş dövlәt tәrәfindәn zәrәrçәkmiş dövlәtә şәrәf vә lәyaqәtinә yetirdiyi zәrәrin ödәnilmәsi), restorasiya (hüquqpozan tәrәfindәn hәr hansı maddi obyektin әvvәlki vәziyyәtinin bәrpası) siyasi mәsuliyyәtin әn geniş yayılmış formalarıdır. Bundan әlavә, beynәlxalq tәşkilata üzvlüyün dayandırılması, yaxud üzvlükdәn çıxarılma, sanksiyaların tәtbiqi ilә reallaşdırılan güc yolu ilә tәcavüzkarın cәzalandırılması da siyasi mәsuliyyәtin formalarındandır.
    Maddi mәsuliyyәt beynәlxalq hüquq subyekti tәrәfindәn beynәlxalq öhdәliyin maddi zәrәr yetirmәklә bağlı pozulması halında meydana gәlir. O, reparasiya (maddi zәrәrin pul vәsaitlәri, әmtәә, xidmәtlәrlә ödәnmәsi), restitusiya (qanunazidd әmәlin törәnmәsinә qәdәrki vәziyyәtin bәrpası), substitusiya (qanunazidd olaraq mәhv edilmiş, yaxud zәdәlәnmiş bir әmlakın digәri ilә әvәzlәnmәsi) formasında ifadә oluna bilәr.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 