Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HÜQUQİ NİHİLİZM 
    HÜQUQİ NİHİLİZM – vәtәndaşlar, vәzifәli şәxslәr, dövlәt vә ya ictimai strukturlar tәrәfindәn fәaliyyәtdә olan hüquq sisteminә hörmәtsizlik, mәnfi münasibәt. H.n. müxtәlif formalarda ifadә oluna bilәr: fәaliyyәtdә olan qanunvericiliyin müxtәlif cәzaya layiq әmәllәrlә qәsdәn pozulması; cәmiyyәtә fiziki, maddi, mәnәvi zәrәr yetirәn cinayәt әmәllәri (H.n.-in әn tәhlükәli növü); hüquqi sәrәncamlara kütlәvi әmәl olunmaması, yәni ictimai münasibәt subyektlәrinin öz davranışlarını fәaliyyәtdә olan hüquq normalarına uyğunlaşdırmadan istәdiklәri şәkildә hәrәkәt etmәlәri; ciddi hüquqi kolliziyalara sәbәb olan, hüquqi baxımdan yanlış normativ hüquqi aktların qәbulu; vәzifәli şәxslәr, rәsmi orqanlar tәrәfindәn qanunçuluq prinsipinin dövlәt idarәçiliyinin konstitusiya prinsiplәrinә zidd olan siyasi mәqsәdәuyğunluq prinsipi ilә әvәzlәnmәsi; dövlәt hakimiyyәtinin icraedici vә qanunverici orqanlarının bu orqanlar arasında gәrginlik, münaqişә, açıq qarşıdurma doğuran vә dövlәt idarәçiliyi sisteminә mәnfi tәsir göstәrәn konfrontasiyası; insanın konstitusiya hüquqlarının pozulması – onların praktiki reallaşdırılmasının qeyri-mümkünlüyü, dövlәt tәrәfindәn onların zәruri mühafizә vә müdafiәsinin olmaması; milli-hüquqi nihilizm – vәtәndaşların milli maraqlarının lazımi hüquqi müdafiә vә mühafizәsinin tәmin olunmaması, mәhdudlaşdırılması, yaxud müәyyәn şәkildә hipertrofiyaya uğradılması, onlara etinasızlıq göstәrilmәsi; doktrinalı hüquqi nihilizm – dövlәt-hüquqi gerçәkliyinin ehkamlaşdırılması, siyasәtin hüquq üzәrindә üstünlüyünün tәsbit edilmәsi. Tarixi tәcrübә göstәrir ki, hüquqla siyasәt arasında heç dә hәmişә paradiqmalı qarşılıqlı dolğunlaşma mümkün olmur. Siyasәtdә, adәtәn, hәqiqi hüquqiliyi aradan qaldıran, yaxud onu boş abstraksiyalara çevirәn praqmatik mәqsәdәuyğunluq prinsipi әsasdır. Siyasi ideologiya ictimai münasibәtlәr sistemindә bu vә ya digәr hüquqi proseslәrin tәşәkkülündә vә inkişafında çox vaxt qaydanı pozan qüvvә kimi çıxış edir.
    H.n.-in qarşısını alan vasitәlәr bunlardır: vәtәndaşların ümumi vә hüquqi mәdәniyyәtinin yüksәldilmәsi; fәaliyyәtdә olan qanunvericiliyin tәkmillәşdirilmәsi; qanun pozuntularının profilaktikası; dövlәt idarәçiliyi sistemindә qanunçuluq prinsipinin möhkәmlәndirilmәsi; yüksәk ixtisaslı hüquq şünas kadrların hazırlanması.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 