Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HÜQUQİ POZİTİVİZM 
    HÜQUQİ POZİTİVİZM – fәaliyyәtdә olan qanunlar mәcmusu kimi başa düşülәn hüququn mahiyyәti vә vәzifәsinin izahlarından biri. Hәyatdakı hüquq mәhz bu mәcmudan ibarәtdir vә özünü ilk növbәdә  qaydalar şәklindә göstәrir. İstәnilәn qanun hәr hansı qrammatik, yaxud digәr formada verilmәsindәn asılı olmayaraq, hәmişә hüquq norması, yaxud davranış qaydasından ibarәtdir. Hüquq normalarına әmәl olunması dövlәtdәn gәlәn tәlәblә (inandırma, yaxud mәcburetmә şәklindә) dәstәklәndiyinә görә, bu normalar digәr sosial normalardan fәrqlәnir. Bu nöqteyi-nәzәrdәn çıxış edәn pozitivist hüquqçular aşağıdakı nәticәlәrә gәlirlәr: 1) dövlәtdәn kәnarda hüquq yoxdur; 2) hüquq normalarının qüvvәsi dövlәt hakimiyyәtinin hüdudları ilә mәhdudlaşır. Hüquq qavrayışına bu cür yanaşma mәcburi qaydada dövlәtdәn gәlmәyәn, adәt şәklindә olan hüququn mövcudluğuna etinasızlıq göstәrir vә eyni zamanda vәtәndaşların hüquq yaradıcılığını nәzәrә almır, belә ki, vәtәndaşlar, mәs., ikitәrәfli müqavilәlәr bağlayaraq, hüquq vә vәzifәlәr şәklindә meydana çıxan müәyyәn hüquqi qarşılıqlı әlaqәlәr, hәmçinin dövlәt mәcburetmәsi ilә әlaqәli olmayan müәyyәn icra tәminatları әldә edirlәr.
    H.p. İ.Bentamın güclü tәsirilә, xüsusilә C.Ostinin “Hüquqşünaslıq haqqında mühazirәlәr, yaxud Pozitiv hüquq fәlsәfәsi” (4-cü nәşri 1873) әsәrinin nәşrindәn sonra hüquqi biliklәrin xüsusilәşmiş sahәsi kimi meydana çıxmışdır; Ostin hüququ suverenin (ali hökmdarın) verdiyi әmr (komanda) kimi müәyyәnlәşdirirdi. Pozitivistlәr üçün hüquq normaları insan iradәsinin mәhsulu vә insanın öz mәqsәdlәrinә çatma vasitәsidir. Buna görә, normalar mәqsәdәuyğunluq vә әdalәtlilik nöqteyi-nәzәrindәn qiymәtlәndirilmәli, hüquqi normaların kömәyi ilә әldә olunması nәzәrdә tutulan mәqsәdlәr dә diqqәtdәn kәnarda qalmamalıdır. Belәliklә, fәaliyyәt göstәrmәli olan hüquq deyil, yalnız fәaliyyәt göstәrәn hüquq tәdqiqatçının diqqәt mәrkәzindә olmalıdır. Pozitivistlәrә görә, bu mәhdudiyyәt hüququn hüquq idealı, әdalәt ilә qarışdırılması tәhlükәsinın qarşısını alır.
    Bәzәn dar ehkamçı “formalist mövqelәr”i qınamaq mәqsәdilә hüquq elminin nümayәndәlәrini pozitivistlәr adlandırırlar, belә ki, sonunculara görә, hüquqda hәmişә hәr şey aydındır (“qanun qanundur”), o nә qәdәr zәif vә yanlış olsa da, bütün ciddiliyi vә dönmәzliyi ilә tәtbiq edilmәlidir. Bu tәmayül sözün mәnasını verifikasiya (hәqiqiliyi yoxlamaq) üsulu sayan mәntiqi pozitivistlәrin әsәrlәrindә, hәmçinin sosial hadisәlәrin tәbiәtşünaslıq elmlәrinin metodları ilә öyrәnilmәli olduğunu hesab edәn sosioloji pozitivistlәr mühitindә özünә dәstәk vә bәraәt qazanırdı.
    Pozitivist vә pozitivist olmayan hüquqşünaslar arasında әnәnәvi fikir ayrılıqlarından biri dә hüquq vә әxlaqın qarşılıqlı münasibәtlәrinin xarakteridir. Mövqelәrdәn biri bu mәsәlәnin hәllindә bu vә ya digәr hüquq münasibәtlәri zamanı әxlaqi vә hüquqi tәlәblәrin ayrılmazlığını qәbul [“yumşaq pozitivizm”, yaxud “ehtiva edәn (әxlaqı) pozitivizm”], digәri isә inkar edir (“rәdd edәn pozitivizm”). Sәciyyәvidir ki, metodoloji cәhәtdәn әn sәrt pozitivist hüquq şünaslar belә müәyyәn istisnaya yol verir vә iki halda – hüquqi tәlәblәr müqәddәs nüfuz sahibi adından ifadә olunduğu zaman vә bu tәlәblәr şәrti (müqavilәli) münasibәtlәrin tәrkib hissәsi olduğu zaman hüquq vә әxlaqın uzlaşdığını qәbul edirlәr.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 