HÜQUQİ REALİZM – 20 әsrin 1-ci yarısında ABŞ hüquqşünaslığında yaranmış hәrәkat. Əsas nümayәndәlәri amerikan hüquqşünasları K.Llevellin (1893–1962) vә C.Frank (1889–1957) idi. H.r. üzrә әsas әsәrlәr Llevellinә mәxsusdur: “Realizm haqqında bir qәdәr realizm” (1931), “Hüquq vә sosial elmlәr” (1949) vә s. C. Frank öz görüşlәrini “Hüquq vә müasir şüur” (1931), “Tale vә azadlıq” (1945), “Birinci instansiya mәhkәmәlәrindә işә baxma” (1949) vә s. әsәrlәrindә ifadә etmişdir.
Hüquq realistlәrini skeptisizm – o zaman hökmran olan hüquq mәktәblәrinin inkarı birlәşdirirdi. Onlar hüquq vә qanunu eynilәşdirirdilәr, hesab edirdilәr ki, qanun qanunverici tәrәfindәn hakimә tәqdim olunan xammaldır. Hüquq әsas etibarilә mәhkәmәlәrin (hakimlәrin), şeriflәrin, hәbsxana işçilәrinin, vәkillәrin vә b.-nın, yәni öz fәrdi qәrarları ilә hüququ yaradan müvafiq idarә vә şәxslәrin fәaliyyәtlәrinin nәticәsidir. Hüququn özü qanunda әksini tapmış “kağız üzәrindәki normalar”dan daha çox rәsmi sәlahiyyәtlәri olan konkret insanların hüququ tәtbiqetmә (qanunu tәtbiqetmә) fәaliyyәtindәn ibarәtdir.
H.r.-in iki növü – “kağız üzәrindәki normalar”a deyil, işin müvafiq instansiyalar da necә nәticәlәnәcәyini öncәdәn xәbәr vermәk imkanı yaradan “real normalar”a әsaslanmağı tәklif edәn mötәdil H.r. (K.Llevellin vә b.) vә mәhkәmә prosesindә maddi hәqiqәtin әlçatmaz olduğunu, hüquqşünaslığın ümumiyyәtlә elm kimi nәzәrdәn keçirilmәmәsini iddia edәn radikal H.r. (C. Frank vә b.) fәrqlәndirilir.
20 әsrdә iki dünya müharibәsi arasındakı dövrdә yaranmış vә bütün Qәrbi Avropa ölkәlәrindә yayılmış Skandinaviya (İsveç) H.r.-i amerikan H.r.-inin özünәmәxsus analoqu idi. O, Avropanın mәcәllәlәşdirilmiş hüquq sistemi әsasında L.İ.Petra jitskinin psixoloji hüquq nәzәriyyәsinin tәsirilә inkişaf etmişdi. Əsas nümayәndәlә-ri “Roma hüququnda öhdәlik anlayışı” (1927–41) әsәrinin müәllifi A.Hegerström vә “Hüquq fakt kimi” (1939 ildә nәşr edilmişdir) әsәrinin müәllifi K.Olivekruna idi. Skandinaviya hüquqşünasları hüquq normalarının genezisinin sosial şәraitini bilmәyin zәruriliyini vurğulayır vә ölkәdә fәaliyyәt göstәrәn hüququ müәyyәn mәsәlәlәr üzrә mәhkәmә qәrarlarının öncәdәn ehtimal olunması kimi müәyyәnlәşdirirdilәr.
Bütövlükdә H.r. istәr ABŞ-da, istәrsә Avropada hәmin dövrdә köhnәlmiş qanunvericilik praktikasına müsbәt tәsir göstәrmişdir. O, öz dövründә formalaşan hüquq elminә, o zaman fәaliyyәtdә olan әdalәt mühakimәsinә tәnqidi yanaşması ilә dәyәrli olmuşdur.










