Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HÜQUQİ ŞƏXS 
    HÜQUQİ ŞƏXS – mülkiyyәtindә ayrıca әmlakı olan, öz öhdәliklәri üçün bu әmlaka cavabdehlik daşıyan, öz adından әmlak vә şәxsi qeyri-әmlak hüquqları әldә edәn vә hәyata keçirәn, vәzifәlәr daşıyan, mәhkәmә dә iddiaçı vә ya cavabdeh olmaq hüququna malik olan, qanunla müәyyәn edilmiş qaydada qeydiyyatdan keçmiş vә xüsusi yaradılmış qurum. H.ş.-in müstәqil balansı olmalıdır.
    H.ş.-lәr bir fiziki vә ya hüquqi şәxs tәrәfindәn, yaxud fiziki vә hüquqi şәxslәrin toplusu tәrәfindәn yaradıla bilәr, üzvlüyә әsaslana bilәr, üzvlәrin olmasından asılı ola vә ya asılı olmaya bilәr, sahibkarlıq fәaliyyәti ilә mәşğul ola vә ya mәşğul olmaya bilәr. Azәrb. Resp. vә bәlәdiyyәlәr mülki hüquq münasibәtlәrindә eynilә digәr H.ş.-lәr kimi iştirak edirlәr. Bu hallarda Azәrb. Resp.-nın vә bәlәdiyyәlәrin sәlahiyyәtlәrini onların H.ş.-lәr olmayan orqanları hәyata keçirirlәr.
    H.ş.-lәr fәaliyyәtinin әsas mәqsәdi mәnfәәt götürmәkdәn ibarәt olan (kommersiya H.ş.-lәri) vә ya әsas mәqsәdi mәnfәәt götürmәkdәn ibarәt olmayan vә götürülәn mәnfәәti iştirakçıları arasında bölüşdürmәyәn (qeyri-kommersiya H.ş.-lәri) qurumlar ola bilәr. Qeyri-kommersiya qurumları olan H.ş.-lәr ictimai birliklәr, fondlar, H.ş.-lәrin ittifaqları formasında, habelә qanunvericilikdә nәzәrdә tutulan digәr formalarda yaradıla bilәr. Qeyri-kommersiya H.ş.-lәri sahibkarlıq fәaliyyәti ilә yalnız o hallarda mәşğul ola bilәrlәr ki, bu fәaliyyәt onların yaradılması zamanı qarşıya qoyulmuş mәqsәdlәrә nail olmağa xidmәt etsin vә bu mәqsәdlәrә uyğun gәlsin. Sahibkalıq fәaliyyәtini hәyata keçirmәk üçün qeyri-kommersiya H.ş.-lәri tәsәrrüfat cәmiyyәtlәri yarada bilәr vә ya onlarda iştirak edә bilәrlәr.
    H.ş. dövlәt qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir vә mülki vәzifәlәr qaşıyır; hüquq qabiliyyәtinә onun lәğvinin başa çatdığı an xitam verilir. Kommersiya H.ş.-lәri qanunla qadağan edilmәyәn istәnilәn fәaliyyәt növlәrini hәyata keçirmәk üçün zәruri mülki hüquqlara malik ola vә mülki vәzifәlәr daşıya bilәrlәr. Siyahısı qanunvericiliklә müәyyәnlәşdirilәn ayrı-ayrı fәaliyyәt növlәri ilә H.ş.-lәr yalnız xüsusi icazә (lisenziya) әsasında mәşğul ola bilәrlәr. H.ş.-in hüquqları yalnız qanunla nәzәrdә tutulan hallarda mәhdudlaşdırıla bilәr vә bu zaman o, hüquqlarının mәhdudlaşdırılması haqqında qәrardan mәhkәmәyә etiraz verә bilәr.
    H.ş. onun tәsis edilmәsi vә nizamnamәsinin hazırlanması yolu ilә yaradılır. Əgәr H.ş. bir neçә tәsisçi tәrәfindәn yaradılırsa,
    tәsisçilәr müqavilә bağlayaraq H.ş.-in nizam namәsini, onun yaradılması üzrә birgә fәaliyyәt qaydasını, özlәrinin әmlakının ona verilmәsi vә onun fәaliyyәtindә iştirak edilmәsi şәrtlәrini müәyyәnlәşdirirlәr. H.ş.-in tәsisçilәri tәrәfindәn tәsdiq edilmiş nizam namәsi onun tәsis sәnәdidir. Bir tәsisçinin yaratdığı H.ş. hәmin tәsisçinin tәsdiq etdiyi nizamnamә әsasında fәaliyyәt göstәrir. H.ş.-in nizamnamәsindә onun adı, olduğu yer, fәaliyyәtinin idarә edilmәsi qaydası, habelә lәğvi qaydası müәyyәnlәşdirilir. Qeyri kommersiya H.ş.-in nizamnamәsindә onun fәaliyyәtinin predmeti vә mәqsәdlәri müәyyәnlәşdirilir. QHT-lәrin nizamnamәlәrindә dövlәt vә özünüidarә orqanlarının sәlahiyyәtlәrinin mәnimsәnilmәsinә, habelә dövlәt nәzarәti vә yoxlama funksiyalarının nәzәrdә tutulmasına yol verilmir.
    H.ş.-in öz tәşkilati-hüquqi formasını göstәrәn adı olur. Qeyri-kommersiya tәşkilatının adında H.ş.-in faәliyyәtinin xarakteri göstәrilmәlidir. QHT-lәrin adında Azәrb. Resp.-nın dövlәt orqanlarının adından, habelә Azәrbaycanın görkәmli şәxsiyyәtlәrinin adlarından (onların yaxın qohumlarının vә ya vәrәsәlәrinin icazәsi olmadan) istifadә edilә bilmәz. Kommersiya tәşkilatı olan H.ş.-in firma adı olmalıdır. Firma adı qanunla müәyyәnlәşdirilmiş qaydada qeydә alınmış H.ş.-in hәmin addan istifadәyә müstәsna hüququ vardır. Başqa H.ş.-in firma adı ilә hüquqlar vә vәzifәlәr әldә etmәyә yol verilmir. Özgәsinin qeydә alınmış firma adından haqsız istifadә edәn şәxs firma adına hüququ olanın tәlәbi ilә ondan istifadәyә son qoymalı vә vurduğu zәrәrin әvәzini ödәmәlidir.
    H.ş.-in daimi fәaliyyәt göstәrәn orqanının, siyasi partiyada rәhbәr orqanların qәrar gahlarının yerlәşdiyi yer H.ş.-in olduğu yer sayılır. H.ş.-in olduğu yerdәn kәnarda yerlәşәn vә H.ş.-in mәnafelәrini tәmsil vә müdafiә edәn ayrıca bölmәsi nümayәndәlik sayılır. H.ş.-in olduğu yerdәn kәnarda yerlәşәn vә onun funksiyalarının hamısını vә ya bir hissәsini, o cümlәdәn nümayәndәlik funksiyalarını hәyata keçirәn ayrıca bölmәsi filial sayılır. Nümayәndәliklәr vә filiallar H.ş. deyildirlәr vә H.ş.-in tәsdiq etdiyi әsasnamәlәr üzrә fәaliyyәt göstәrirlәr.
    H.ş.-in yenidәn tәşkili (birlәşmә, qoşulma, bölünmә, ayrılma, çevrilmә) onun tәsisçilәrinin (iştirakçılarının) vә ya H.ş.-in nizamnamә ilә vәkil edilmiş orqanının qәrarı ilә hәyata keçirilә bilәr. Qanunla müәyyәnlәşdirilmiş hallarda H.ş.-in bölünmәsi vә ya tәrkibindәn bir, yaxud bir neçә H.ş.-in ayrılması şәklindә yenidәn tәşkili mәhkәmәnin qәrarı ilә hәyata keçirilir. Bir növdәn olan H.ş. digәr növdәn olan H.ş.-ә çevrildikdә (tәşkilati-hüquqi formanın dәyişmәsi) yenidәn tәşkil edilmiş H.ş.-in hüquq vә vәzifәlәri tәhvil aktına uyğun olaraq yeni yaranmış H.ş.-ә keçir.
    H.ş.-in lәğvi onun mövcudluğuna vә fәaliyyәtinә hüquq vә vәzifәlәri hüquq varisliyi qaydasında başqa şәxslәrә keçmәdәn xitam verilmәsi demәkdir. Əgәr H.ş. kreditorların tәlәblәrini ödәmәyә qadir deyilsә, o, mәhkәmәnin qәrarı ilә müflis sayıla bilәr. H.ş.-in mәhkәmә tәrәfindәn müflis sayılması әsasları vә qaydası Azәrb. Resp.-nın Mülki Prosessual Mәcәllәsi ilә müәyyәnlәşdirilir (Azәrb. Resp.-nın Mülki Mәcәllәsi, maddә 43–63).
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 