HÜQUQİ TƏNZİMLƏMƏ – hüququn obyektiv sosial ehtiyaclara, ictimai maraqlara müvafiq olaraq ictimai münasibәtlәrә normativ tәsiri. H.t.-nin 3 әsas mәrhәlәsi fәrqlәndirilir: ictimai münasibәtlәrin konkret sahәsindә insanların davranışını müәyyәnlәşdirәn hüquq normalarının işlәnib hazırlanması vә qәbulu; hüquq normalarının bilavasitә fәaliyyәti vә onların әsasında konkret hüquq subyektlәrinin müәyyәn hüquq vә vәzifәlәrinin yaranması; real hәyat münasibәtlәrindә hüquq normalarının hәyata keçirilmәsi vә bunun nәticәsindә bu normaların gerçәklәşmәsi.
Hüquqi modallıq ictimai münasibәtlәr sistemindәki hәr cür digәr modallıq kimi zәrurәt kateqoriyası ilә bağlıdır vә, bir qayda olaraq, “icazә verilir”, “tәlәb edilir”, “qadağandır” modusları ilә ifadә olunur. Praktiki olaraq, bütün hәyat mәkanını ehtiva edәn bu normativ-hüquqi moduslar fәaliyyәtdә olan hüquq sisteminin nüvәsini tәşkil edir, özünün üçsәviyyәli tәnzimlәmә vәzifәsi ilә ictimai münasibәtlәrin bu vә ya digәr sahәsindә cәmiyyәt üzvlәrinin hüquqi davranış formulunu, hüquqi münasibәtlәrin mәzmununu, onların tәşәkkülünün, inkişafının, tәkmillәşdirilmәsinin forma vә üsullarını müәyyәnlәşdirir. Hüquqi i c a z ә hüquqi azadlığın sinonimi, insanın öz iradәsinә uyğun bu vә ya digәr davranış variantını maneәsiz seçmәk imkanıdır. Bu vә ya digәr azadlıq konstitusiyada tanındığı halda müvafiq icazә prezumpsiyası avtomatik fәaliyyәt göstәrir. T ә l ә b modusları öhdәlik qoyan modallıq kimi istisnasız olaraq hәr kәs üçün bәrabәr tәtbiq edilir vә adәtәn dövlәt idarәçiliyi orqanlarında brinci plana çıxır. Q a d a ğ a n modusu ictimai münasibәtlәr sistemindә mәhdud hüquqi azadlıq çәrçivәsini müәyyәnlәşdirir.
Normativ-hüquqi modallığın generasiya mәnbәyi konstitusiyadır; bütün sәviyyәlәrdә qәbul edilәn normativ idarәetmә aktlarının (qanunların, sәrәncamların, hökumәt qәrarlarının, nazirlik vә idarә aktlarının, yerli özünüidarә orqanları aktlarının) hüquqi legitimlik dәrәcәsini konstitusiyayamüvafiqlik müәyyәnlәşdirir.










