Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HÜQUQLAR HAQQINDA BİLL 
    HÜQUQLAR HAQQINDA BİLL (Bill of Rights) – 1) anql-saks hüquq doktrinası vә qanunvericiliyindә, әsasәn, vәtәndaşların bir sıra siyasi vә şәxsi hüquqlarını, onların tәminatını bәyan edәn konstitusiya әhәmiyyәtli qanunun adı;
    2) 1689 ildә qәbul edilmiş H.h.b. İngiltәrә parlamentinin 1688–89 illәr “Şanlı inqilabı”nın nailiyyәtlәrini tәsbit edәn konstitusiya aktıdır. İngiltәrәdә (B.Britani ya da) konstitusiyalı monarxiyanın әsaslarını qoymuş H.h.b. monarxı parlamentin icazәsi olmadan qanunlar qәbul etmәk, onların icrasını dayandırmaq, yaxud lәğv etmәk, taxt-tac xeyrinә vergi vә rüsumlar yığmaq, dinc dövrdә daimi ordu toplamaq vә saxlamaq hüququndan mәhrum etdi. Nazirlәri, hakimlәri seçmәk vә dәyişdirmәk, parlamenti çağırmaq vә buraxmaq, qanunlara veto qoymaq sәlahiyyәtlәri monarxın özündә qalırdı. H.h.b. parlamentin hüquqlarını әhәmiyyәtli dәrәcәdә genişlәndirdi, qanunvericilik sahәsindә vә maliyyә mәsәlәlәrindә onun üstünlüyünü tәsdiq etdi, söz, parlament debatları vә parlament seçkilәri azadlığını tәmin etdi, tәbәәlәrin krala müraciәt hüququna tәminat verdi. Mәhkәmә sistemindә dәyişikliklәr edildi: hәddindәn artıq yüksәk vergilәr, cәrimәlәr, qәddar cәzalar qadağan edildi, andlılar mәhkәmәsinin hüquqları genişlәndirildi, kilsә vә digәr işlәr üzrә xüsusi mәhkәmәlәr lәğv edildi.
    3) 1789 ildә qәbul edilmiş H.h.b. 1787 il ABŞ Konstitusiyasına parlament (ABŞ Konqresi) tәrәfindәn antifederalistlәrin tәzyiqi altında qәbul edilmiş vә 1791 ildә ştatların zәruri çoxluğu tәrәfindәn ratifikasiya olunmuş ilk on düzәlişin qeyri-rәsmi adıdır. Konqresә hansısa dini bәrqәrar edәn qanunlar qәbul etmәyә qadağa qoyan birinci düzәlişdәn vә ABŞ Konstitusiyası tәrәfindәn federasiyaya verilmәyәn hüquqların ştatların, yaxud xalqın sәlahiyyәtindә olması haqqında onuncu düzәlişdәn başqa, digәr düzәlişlәr insan vә vәtәndaşın bәzi şәxsi vә siyasi hüquqlarını, elәcә dә iqtisadi hüquqlardan biri olan mülkiyyәt hüququnu tәsbit edir. ABŞ Konstitusiyasının vә ona düzәlişlәrin qәbul edildiyi zaman ABŞ-da tәbii hüquqlar konsepsiyası (hüquqların dövlәtdәn asılı olmayaraq mövcudluğu) hökmran olduğundan, düzәlişlәr hansısa hüquqların verilmәsi kimi pozitiv planda deyil, mövcud hüquqların mәhdudlaşdırılmasını qadağan edәn şәkildә formullaşdırılmışdı. H.h.b. vicdan azadlığının, söz vә mәtbuat azadlığının, xalqın dinc toplaşmaq vә hakimiyyәt orqanlarına şikayәtlәrә baxılmaq üçün müraciәt etmәk hüququnun, şәxsiyyәtin, sәnәdlәrin vә mülkiyyәtin әsaslandırılmamış yoxlanmadan mühafizәsi hüququnun mәhdudlaşdırılmasını qadağan edirdi. H.h.b. cinayәt prosesi sahәsindә vәtәndaşların şәxsi hüquqlarına aid müddәaları da ehtiva edirdi: böyük jürinin çıxardığı qәrar, yaxud ittiham hökmü olmadan heç kim ölümlә cәzalandırıla, yaxud digәr ağır cinayәtlәrә görә mәsuliyyәtә cәlb edilә bilmәz; heç kim eyni hüquqpozmaya görә iki dәfә hәyatı, yaxud cismani toxunulmazlığı ilә cavabdehlik daşıya bilmәz, heç kim cinayәt işindә özünün әleyhinә şahidlik etmәyә mәcbur edilә bilmәz; heç kim lazımi (qanuni) mәhkәmә tәhqiqatı olmadan hәyatdan, azadlıqdan vә mülkiyyәtdәn (әmlakdan) mәhrum edilә bilmәz; cinayәt tәqibinin bütün hallarında müttәhim qәrәzsiz andlı iclasçıların tez vә açıq mәhkәmә keçirmәsi hüququna malikdir vә s. Ədalәtli şәkildә әvәzi ödәnilmәdәn hәr hansı xüsusi mülkiyyәtin ictimai istifadә üçün müsadirә edilmәsinin yolverilmәzliyi bәyan edilirdi. Bu düzәlişlәrin daxil edilmәsi ABŞ Konstitusiyasına yeni keyfiyyәtlәr qazandırdı vә onu demokratiklәşdirdi: 1787 ildә qәbul edilmiş mәtndә insan vә vәtәndaş hüquqlarından bәhs olunmurdu.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 