HÜQUQ-MÜHAFİZƏ ORQANLARI – qanunçuluğun qorunması, cinayәtkarlıqla vә digәr hüquq pozuntuları ilә mübarizә funksiyasını hәyata keçirәn dövlәt orqanlarının mәcmusu (sistemi). H.-m.o.-na әdliyyә, prokurorluq, daxili işlәr, dövlәt tәhlükәsizliyi, gömrük vә fövqәladә hallar orqanları aid edilir.










