Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HÜQUQPOZMA 
    HÜQUQPOZMA – geniş mәnada ictimai münasibәtlәrin formalaşmış nizamına zәrәr yetirәn ictimai ziyanlı әmәl; dar mәnada hüquq-mühafizә normasının, yәni sanksiya ehtiva edәn hüquq normasının pozulması. Qanunda H. nәzәrdә tutulmayıbsa, o, yoxdur (hәlә Roma hüququnda “Nullum crimen, nulla poena sine praevia lege poenali” – “Qanunda barәsindә göstәriş olmayan cinayәt yoxdur” norması formullaşdırılmışdı). Tәhlükәlilik dәrәcәsinә görә H.-nın özünü vә cinayәti ayırd edirlәr. Normaları pozulan hüquq sahәsindәn asılı olaraq, inzibati, mülki-hüquqi (delikt), vergi, büdcә vә s. H.-larını fәrqlәndirirlәr.
    İstәnilәn H. hüquqi mәsuliyyәt doğurur. H.-nın hüquqi tәrkibi dörd mühüm әlamәtdәn ibarәtdir: H.-nın obyekti – hüququn qoruduğu ictimai münasibәtlәr (bu münasibәtlәrә sәbәb olan sosial nemәtlәr H.-nın predmetini tәşkil edir); H.-nın obyektiv tәrәfi – H. subyektinin әmәli (hәrәkәti, yaxud hәrәkәtsizliyi), bu әmәllә vurulan zәrәr, әmәl vә ondan sonra yaranmış zәrәrlinә ticәlәr arasında sәbәb-nәticә әlaqәsi; H.-nın subyektiv tәrәfi – tәqsir; H.-nın subyekti – delikt qabiliyyәtli fәrdi, yaxud kollektiv subyekt. H. tәrkibinin әlamәtlәrindәn birinin olmaması H.-nın özünün olmamasını sübut edir.
    B e y n ә l x a l q H . xüsusi әlamәtlәrә malik olub, subyektin beynәlxalq-hüquqa zidd (bir vә ya bir neçә hәrәkәt, yaxud hәrәkәtsizlik vә ya onların cәmi) әmәlidir. Hәr bir beynәlxalq H. beynәlxalq mәsuliyyәt doğurur. Dövlәtlәrin vә hökumәtlәrarası tәşkilatların mәsuliyyәtlәrinin növlәri vә formaları beynәlxalq sәnәdlәrdә (“Dövlәtlәrin beynәlxalq hüquqazidd әmәllәrә görә mәsuliyyәti”, BMT Baş Assamble yasının 12.12.2001 tarixli A/RES/56/83 saylı qәtnamәsi ilә tәsdiq edilmişdir vә “Beynәlxalq tәşkilatların mәsuliyyәti”, BMT Baş Assambleyasının 9.12.2011 ta rixli A/RES/66/ 100 saylı qәtnamәsi ilә tәsdiq edilmişdir) müәyyәn edilmişdir. Beynәlxalq hüquq subyektinin әmәlinin fors-major ilә şәrtlәnmәsi bu әmәlin hüquqazidliyini istisna edir. Beynәlxalq hüquq subyektinin әmәlinin hüquqazidliyi bu әmәlin icraçısının hәmin vәziyyәtdә öz hәyatını, yaxud ona hәvalә edilmiş şәxslәrin hәyatını qurtarmaq üçün başqa ağlabatan vasitәsi olmadıqda istisna edilir.
    Beynәlxalq hüquq subyekti bәzi hallar (әmәl subyektin mühüm maraqları üçün böyük vә qaçılmaz tәhlükәdәn yeganә qorunma vasitәsi olduqda vә beynәlxalq-hüquqi öhdәliyin şamil olunduğu dövlәtin, yaxud dövlәtlәrin mühüm maraqlarına ciddi zәrәr yetirmәdikdә) istisna olmaqla, zәruri vәziyyәti beynәlxalq hüquq öhdәliyinә uyğun gәlmәyәn әmәlinin hüquqazidliyini istisna edәn әsas kimi göstәrә bilmәz. Beynәlxalq-hüquqazidd әmәl törәtmiş hәr subyekt zәrәrin tam ödәnilmәsini hәyata keçirmәyә borcludur. Zәrәr müvafiq subyektin öz beynәlxalq-hüquqazidd әmәli ilә yetirdiyi istәnilәn maddi, yaxud mәnәvi ziyandan ibarәtdir.
    Beynәlxalq-hüquqazidd әmәl üçün mәsuliyyәt daşıyan beynәlxalq hüquq subyekti restitusiya hәyata keçirmәli, yaxud hüquqa zidd әmәlin yetirdiyi zәrәrin restitusiya ilә әvәzi ödәnilmәdiyi qәdәr kompensasiya ödәmәlidir. Kompensasiya әldәn verilmiş fayda da daxil olmaqla maliyyә şәklindә ifadә olunan istәnilәn zәrәri ehtiva edir.
    Əgәr zәrәr restitusiya, yaxud kompensasiya ilә ödәnilә bilmirsә, subyekt әmәli ilә yetirdiyi zәrәrә görә satisfaksiya tәqdim etmәlidir. Satisfaksiya H.-nın etirafından, tәәssüf bildirilmәsindәn, rәsmi üzr istәnilmәsindәn ibarәt ola, yaxud digәr münasib formada ifadә edilә bilәr.
    Beynәlxalq hüquq zәrәrin tam ödәnilmәsini tәmin etmәk üçün zәrurәt yarandıqda istәnilәn әsas mәblәğin üzәrinә faizlәr hesablanmasını nәzәrdә tutur.
    Mәsul dövlәt öz öhdәliklәrini yerinә yetirmәdiyi üçün bәraәt qismindә dövlәtdaxili hüquqa istinad edә bilmәz. Hökumәtlәrarası tәşkilat da öz daxili hüquq normalarına әsaslana bilmәz.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 