Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HÜQUQUN TƏTBİQİ 
    HÜQUQUN TƏTBİQİ – dövlәt orqanları vә sәlahiyyәtli digәr orqanların konkret hüquqi işlәrin baxılması vә hәll edilmәsindәn ibarәt olan hakimiyyәt fәaliyyәti. Hüququn reallaşdırılma formalarından biri (riayәtetmә, icraetmә, istifadәetmә) olan H.t. fәaliyyәti aşağıdakı әlamәtlәri ilә fәrqlәnir: hakimiyyәt sәlahiyyәtlәrinә malik olan orqanların müstәsna hüququnu tәşkil edir; fәrdi sәciyyә daşıyır; prosedur normaları (prosessual qanunvericilik) ilә ciddi reqlamentlәşir; H.t. qәrarı mәcburi sәciyyә daşıyır. Hüquq münasibәtlәrindә bu vә ya digәr hüquq vә vәzifәlәrin sәlahiyyәtli orqanın müvafiq hüquqi iradәsi olmadan yarana bilmәdiyi vәziyyәtlәrdә; hüquq barәsindә müәyyәn mübahisә yaranan zaman mübahisә tәrәflәri sәlahiyyәtli orqanların müdaxilәsi olmadan, könüllü şәkildә qarşılıqlı razılaşmaya gәlә bilmәdiyi hallarda; tәqsirkara qarşı müәyyәn cәza tәdbirinә, yaxud digәr hüquqi tәsirә sәbәb olan hüquq pozma baş verdiyi zaman; hüquqi әhәmiyyәtli faktın mövcudluğunun mәhkәmә tәrәfindәn tәsdiq edilmәsi zәrurәti yarandığı hallarda H.t. üçün әsaslar yaranır.
    H.t. prosesinin mәrhәlәlәri: hüquqi işin faktiki әsasının müәyyәnlәşdirilmәsi (әrizәdә, digәr mәnbәdә ifadә edilmiş vә hüquqi işin aparılması üçün kifayәt qәdәr әsası olan halların hәqiqәtәn baş vermәsi); tәtbiq edilәn normanın seçilmәsi vә şәrhi; işin hüquqi tövsifi (işә aid üzә çıxarılmış halların seçilmiş hüquq normasının tәsiri altına nә dәrәcәdә düşmәsi, hәmin normanın nәzәrdә tutduğu hüquq vә vәzifәlәri, digәr hüquqi әhәmiyyәtli nәticәlәri doğurması haqqında nәticәyә gәlinmәsi); iş üzrә müvafiq hüquqi qәrarın hazırlanması vә qәbulu.
    H.t.-nin aşağıdakı tiplәri fәrqlәndirilir: idarәedici tip (H.t.-nin subyekti qәrar ünvanının xidmәti, yaxud tәşkilati asılılığındadır vә hüquqi işә dair qәrarın qәbulunda şәxsәn maraqlıdır); inzibati tip (H.t.-nin subyekti qәrar qәbul olunan şәxsin xidmәti, yaxud tәşkilati asılılığında deyil; qәrar ünvanı vәtәndaş, tәşkilat, müәssisә vә s. ola bilәr; H.t. proseduru qanunla, idarәnin normativ aktları ilә sәrt reqlamentlәşir); mәhkәmә tipi (mәhkәmә instansiyası qәrar subyektlәri ilә heç bir xidmәti, yaxud tәşkilati münasibәtlәrdә olmur, qәrarın mәzmununa aid hәr hansı şәxsi marağı yoxdur; işlәrә mәhkәmә aidiyyәti üzrә vә müvafiq material әsasında baxılır).
    Qanunçuluq prinsipi (fәaliyyәtdә olan qanunvericiliyin göstәrişlәrinә qeyd-şәrtsiz әmәl olunması), obyektivlik prinsipi, hüquqi mәqsәdәuyğunluq prinsipi, operativlik prinsipi, әdalәt prinsipi H.t. fәaliyyәtinin әsas prinsiplәridir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 