HÜQUQYARATMA – dövlәtin hüquq yaradıcılığı sahәsindә fәaliyyәtinin forması. Hüquq normasını müәyyәn edәn, dәyişdirәn, yaxud xitam verәn normativ aktların yaradılmasına yönәlmiş H. dövlәtin müstәsna hüququdur. Lakin dövlәtin sәlahiyyәt verdiyi ictimai tәşkilatlar, hәmçinin referendum (ümumxalq sәsvermәsi) yolu ilә xalq da H.-nın subyekti ola bilәr. H. prosesi üç mәrhәlәdәn ibarәtdir: 1) qanun layihәsinin hazırlanması; 2) qanunun tәsdiq edilmәsi; 3) qanunun elan olunması. H. iki üsulla hәyata keçirilir: 1) müәyyәnlәşdirmә üsulu, yәni normativ aktların bilavasitә qәbul edilmәsi; 2) sanksiyalaşdırma üsulu, yәni dövlәtin qeyri-hüquqi xarakterli davranış qaydalarını tәsdiq etmәsi vә onlara ümummәcburi hüquqi qüvvә vermәsi.










