HÜLÖVLÜ – Azәrb. Resp.-nın Xaçmaz r-nun da kәnd. Hülövlü ә.d.-nin (Hülövlü, Bәy qışlaq, Canaxır, Qaradağ Buduq, Qaradağlı, Qobuqıraq, Mehrәliqışlaq, Mürsәliqışlaq, Rәhimoba, Ustacәlilli k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 9 km c.-da, Qaraçayın sahilindә, Samur-Dәvәçi ovalığındadır. Əh. 1585 (2019); taxılçılıq, tәrәvәzçilik vә heyvandarlıqla mәşğuldur. Tam orta mәktәb, tibb mәntәqәsi; arxeoloji abidәlәrdәn orta әsrlәrә aid kurqan var.










