HÜMAM TƏBRİZİ, Xacә Hümamәddin Mәhәmmәd ibn Əlәddin Firudin Tәbrizi Hümam (1238, Tәbriz – 10.6.1314, Tәbriz) – Azәrb. şairi vә dövlәt xadimi. Fars, әrәb vә türk dillәrindә yazmışdır. Yaxın Şәrqin nüfuzlu alim vә әdiblәrindәn biri kimi şöhrәt qazanmışdır. Elxanilәr dövründә vәzirlik etmişdir. H.T. haqqında ilk dәfә Hәmdullah Qәzvini 1330 ildә “Tarixe-qozide” (“Seçilmiş tarix”) әsәrindә mәlumat vermişdir. Sonrakı әsrlәrdә Dövlәtşah Sәmәrqәndinin “Tәzkirәtüş-şüәra” (“Şairlәrin tәzkirәsi”), Əlişir Nәvainin “Mәcәlisün-nәfais” (“Gözәl danışanlar mәclisi”) әsәrlәrin dә, hәmçinin başqa mәxәzlәrdә ondan bәhs edilmişdir. H.T.-nin şeirlәrindәn seçmәlәr 1930 ildә Tәbrizdә, 1954 ildә Tehran da nәşr olunmuşdur. İran alimi Rәşid Eyvәzi Paris kitabxanasında, Lahorda olan әlyazma divanları vә doqquz cüngdәki şeirlәri әsasında H.T.-nin divanının elmi-tәnqidi mәtnini 1972 ildә Tәbrizdә çap etdirmişdir. Bәdii yaradıcılığa lirik aşiqanә qәzәllәrlә başlamış H.T.-nin bәdii irsinin mühüm hissәsini mәsnәvi formasında yazdığı “Mәsnәviyyat” vә “Söhbәtnamә” tәşkil edir. Sufi-irfani qәzәllәrindә daha çox C.Ruminin әdәbi fikirlәrinә meyil göstәrmişdir. H.T. sәlәflәri Şeyx Əli Baba Kuhi, Sәnai vә Əttardan başqa, müasiri Sәdinin әdәbi irsindәn dә bәhrәlәnmişdir; onun Əmir Xosrov Dәhlәvi, Hafiz Şirazi, Kamal Xocәndi vә Şәms Tәbrizinin yaradıcılığına tәsiri olmuşdur. Divanının әlyazma nüsxәlәri dünyanın bir sıra mötәbәr kitabxana vә fondlarında, o cümlәdәn AMEA Əlyazmalar İn-tunda saxlanılır.










