HÜMBƏTOV Ramiz Topuş oğlu (d.4.3.1944, Cәbrayıl r-nu) – avtomatika vә telemexanika sahәsindә Azәrb. alimi, texnika e.d. (1995), prof. (2000), әmәkdar elm xadimi (2015). Azәrb. Neft vә Kimya İn-tunu bitirmişdir (1967). 1962–84 illәrdә bir sıra elmi tәdqiqat in-tunda müxtәlif vәzifәlәrdә çalışmış, 1984–2012 illәrdә ADNA-da dosent, kafedra müdirinin müavini, kafedra müdiri, prorektor işlәmişdir. 2012 ildәn Bakı Ali Neft Mәktәbinin tәdris, elm vә beynәlxalq әlaqәlәr üzrә prorektoru vәzifәsindә çalışır. Tәdqiqatları texnoloji proseslәrin avtomatik ölçmә, nәzarәt vә idarәetmә sistemlәri, telekommunikasiya sistemlәri, avtomatlaşdırılmış iş yerlәri sahәsindәdir. Beynәlxalq konfranslarda mәruzә ilә çıxış etmişdir. 150-dәn çox elmi әsәrin, o cümlәdәn 1 monoqrafiyanın müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.
Ə s ә r i: Интеллектуальные датчики и преобразователи информации для электроэнергетических объектов (başqaları ilә birlikdә). Б., 2004.










