HÜMBƏTOVA Tamara Əhmәd qızı (d.25.12.1929, Gәncә ş.) – partiya vә tәsәrrüfat işçisi. Sosialist Əmәyi Qәhrәmanı (1980), iqtisad e. namizәdi (1962). Əmәk fәaliyyәtinә 1954 ildәn başlamışdır. 1954–61 illәrdә Azәrb. K.T. İntunda, 1961–62 illәrdә AKP Kirovabad Şәhәr Komitәsindә, 1962–63 illәrdә Azәrb. Elmi Tәdqiqat K.T. İqtisadiyyatı vә Tәşkili İn-tunda işlәmiş, 1963–74 illәrdә AKP İsmayıllı rayon Komitәsinin, 1975–83 illәrdә Abşeron Rayon Komitәsinin birinci katibi, 1983–86 illәrdә Kәnd Tәsәrrüfatı İşçilәri Hәmkarlar İttifaqı Resp. Komitәsinin, 1986–1989 illәrdә Dövlәt İdarәlәri İşçilәri Hәmkarlar İttifaqı Resp. Komitәsinin sәdri olmuşdur. Azәrb. SSR Ali Sovetinin (9 –11-ci çağırış) deputatı seçilmişdir. Lenin ordeni, Qırmızı Əmәk Bayrağı ordeni vә medallarla tәltif edilmişdir.











