“HÜMMƏT” – Azәrb. dilindә ilk qeyrile qal qәzet, sosial-demokrat “Hümmәt” tәşkilatının orqanı. Qafqazda Azәrb. mәtbuatı arasında ilk partiya orqanı idi. Bakıda 1904 ilin oktyabrından 1905 ilin fevral ayınadәk hektoqraf üsulu ilә nәşr olunmuşdur (cәmi 6 nömrә). Qәzetin redaksiya heyәtinә M.Ə.Rәsulzadә, S.Əfәndiyev vә M.Mövsümov (Seyid Musәvi) daxil idi. M.Hacınski, M.Əzizbәyov, N.Nәrimanov, A.Kazımzadә, K.V.Mikayılzadә vә b. qәzetin sәhifәlәrindә müntәzәm çıxış edirdilәr. Mәqalәlәrdә cәmiyyәtdә gedәn proseslәrә müxtәlif yanaşmalar öz әksini tapırdı: S.Əfәndiyev bütün millәtlәrin zәhmәtkeşlәrini mütlәqiyyәtә vә kapitalizmә qarşı mübarizәdә birlәşmәyә çağırırdı, M.Ə.Rәsulzadәnin vә M.Hacınskinin mәqalәlәrindә milli vәhdәtә, xalqın öz müqәddәratını tәyin etmәk hüququ uğrunda mübarizәdә müsәlman xalqlarının birliyi ideyalarına üstünlük verilirdi. 1905 ilin fevralında “H.”in mәtbәәsi “zәrәrli istiqamәtinә görә” polis tәrәfindәn dağıdıldı, qәzetin bәzi әmәkdaşları hәbs edildi. “H.” 1917 il iyulun 3-dәn “Hümmәt” bolşevik tәşkilatının orqanı kimi yenidәn Bakıda nәşr olunurdu. Redaktoru N.Nәrimanov, redaksiya heyәtinin üzvlәri müxtәlif vaxtlarda D.X.Bünyadzadә, S.M. Əfәndiyev, H.H.Sultanov, T.A.Şahbazi vә b. idilәr. Qәzet Qafqazda, Volqa boyuda, Orta Asiyada geniş yayılırdı, İranda vә Türkiyәdә dә oxucuları vardı. Yeni nәşrin (ilk 35 nömrәsi hәftәlik, 36–43-cü nömrәlәri günaşırı, sonrakı nömrәlәri isә gündәlik) sonuncu – 113-cü nömrәsi 1918 il iyulun 30-da çıxdı. 1918 il iyulun 31-dә Bakı Kommunasının süqut etmәsi ilә qәzetin nәşri dayandırıldı. “H.”-in nәşri 1919 ilin mayından 1920 ilin mayınadәk Hәştәrxanda davam etdirildi (hәftәdә bir dәfә). Bu müddәt әrzindә “H.”-in cәmi 44 nömrәsi çıxdı. Hәştәrxan nәşrinin redaktorları müxtәlif vaxtlarda D.X.Bünyadzadә vә M.S.Ordubadi idi. Qәzetin buraxılmasında N.Nәrimanov fәal iştirak edirdi.










