Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HÜNDÜR ÇAP
    HÜNDÜR ÇAP, m ә t b ә ә ç a p ı – mәtn vә illüstrasiyanın poliqrafik çoxaldılması üsullarından biri; bu üsulda çapedәn formanın relyefli, çap rәngi çәkilmiş elementlәri boşluq (yәni çapetmәyәn) elementlәrinә nisbәtәn hündürdә yerlәşir. H.ç.-a aşağıdakı çap növlәri daxildir: bәrk (metal, taxta vә s.) vә elastik (rezin vә s.) formalardan istifadә etmәklә әnәnәvi çap, relyefli formaların tәtbiqi ilә ofset çap, elastik çap formaları (rezin, kauçuk, fotopolimer) ilә yerinә yetirilәn fleksoqrafik çap.
    H.ç., әsas prinsipi 1041–48 illәrdәn Çindә mәlum olan әn qәdim çap üsuludur. Avropada 1440-cı illәrdә yayılmağa başlamış bu üsulun yaranması İ.Qutenberqin adı ilә bağlıdır. Relyefli taxta klişelәrin tәtbiq  ilә çap mәhsullarının alınmasnını әn qәdim nümunәsi ksiloqrafiya üsulu ilә qravürlәrin hazırlanmasıdır. Kitab çapının kәşfi vә mәtbәә çapının inkişafı qurma çap formalarının yaradılmasına sәbәb oldu. Sözlәrin (vә bütöv sәtirlәrin) yığılması üçün metaldan, yaxud rezindәn olan hәrflәr (liter), işarәlәr vә boşluq materiallarından tәrtib edilәn formalar (çap qәliblәri) әl ilә düzәldilirdi. 19 әsrin sonunda meydana çıxan hәr ftökәn (monotip) vә sәtirtökәn (linotip) maşınlar әl ilә yığını әvәz etdi. 20 әsrin әvvәllәrindә bu maşınların әsasında fotoyığı üçün avtomatlar yaradıldı. İllüstrasiyalar vә bәdii mәtnlәr aşındırma vә qravürlәmә ilә hazırlanmış klişelәrin kömәyi ilә çap olunurdu.
    20 әsrin ortalarından hündür vә ofset çaplarının üstünlüklәrini özündә birlәşdirәn daha mütәrәqqi üsullar H.ç.-ın yerini tutmağa başladı. 20 әsrin sonu – 21 әsrin әvvәllәrindә nazik (0,4–0,5 mm) polad vә ya alüminium lövhәyә çәkilәn fotopolimer plyonkaya işığın tәsiri nәticәsindә çapedәn elementlәri meydana çıxan formaların hazırlanması H.ç.-ın inkişafı üçün yeni imkanlar yaratdı. Belә formaların kütlәsi nisbәtәn azdır, tәtbiqi sadәdir, fotoyığıdan istifadәyә imkan verir; qәzet, jurnal vә kitabların (o cümlәdәn rәngli illüstrasiyalı) böyük tirajlarında 1 mln.-adәk çap surәti (ottisk) almaq mümkündür.
    H.ç. üsulu ilә çap etmәk üçün tigelli, yastıçaplı vә rotasiyalı çap maşınları tәtbiq olunur. Maşınların konstruksiyası bütün kağız növlәrindә, hәtta sәrt kartonda da çap etmәyә imkan yaradır; çap surәtlәrini taxta vә plastik kütlәdәn olan lövhәlәrdә, metal disklәrdә (medal, sikkә) vә s. almaq mümkündür.
    Əd.: С т е ф а н о в С.И. Способы печатания, применяемые в полиграфии. М., 2002.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 