HÜNDÜRLÜK, h ә n d ә s ә d ә – hәndәsi fiqurun tәpәsindәn onun oturacağına vә ya oturacağın uzantısına endirilmiş perpendikulyar. Prizmanın, silindrin, kürә qatının, hәmçinin oturacağına paralel kәsilmiş piramida vә konusun H.-ü yuxarı vә aşağı oturacaqlar arasındakı mәsafәdir.










