HÜNƏRLİ (20 noyabr 2020 ilәdәk Tsakuri) – Azәrb. Resp. Xocavәnd r-nunun Çiraquz ә.d.-ndә kәnd. R-n mәrkәzindәn 40 km c.-q.-dә, Qarabağ silsilәsindәdir. Əh. 100 (2005); işğaldan (1992, oktyabr) әvvәl әkinçilik vә heyvandarlıqla mәşğul olurdu. 7 noyabr 2020 il tarixindә Azәrbaycan ordusu tәrәfindәn azad edilmişdir.










