HÜNGÜTLÜ – Azәrb. Resp. Füzuli r-nunun Horadiz ә.d.-ndә kәnd. R-n mәrkәzindәn 17 km c.-da, Qarabağ silsilәsinin әtәyindәdir. Əh 311 (2019); işğaldan (1993, avqust) әvvәl әkinçilik vә heyvandarlıqla mәşğul olurdu. Kitabxana, mәdәniyyәt evi, tibb mәntәqәsi var idi. Ermәni işğalı zamanı tamamilә dağıdılmış kәnd 27 sentyabr 2020 il tarixindә Azәrbaycan ordusu tәrәfindәn azad edilmişdir.










