HÜNÜLƏR (Simuliidae) – uzunbığcıqlılar yarımdәstәsindәn ağcaqanadlar fәsilәsi. Çox vaxt qara rәngli, bәzәn gümüşü xallı, olduqca qabarıq beli olan, xırda (1,2–6 mm) cücülәrdir; şәffaf enli qanadları var. Geniş yayılmışdır. 1500-ә yaxın növü var, Azәrb.- da 43 növü mәlumdur. Onlardan 10 növü endemikdir. Erkәklәri vә qansormayan dişilәri, hәmçinin bir çox qansoran dişi növlәri bitkilәrin şirәlәri ilә (adәtәn nektarla) qidalanır. Qansoran dişilәrin ilk yumurta qoyması çox vaxt qansorma olmadan baş verir. Dişilәr yem (quşlar, mәmәlilәr, o cümlәdәn insan) axtarışında fәaldır , yaxud hava axınları onları bir neçә yüz m-dәn 500 km-әdәk mәsafәlәrә aparır. Sürfәlәri axar su hövzәlәrindә yaşayır; burada müxtәlif sualtı әşyalara yapışır, suyun axını ilә fәal hәrәkәt etmәyi bacarır. Onlar suda asılı vәziyyәtdә olan qida hissәciklәri ilә, yaxud sualtı әşyaların üzәrindә olan biol. Örtüklә qidalanır. Pupların baraması substrata yapışır. H. qnusun (qan soran cücülәr qrupu) mühüm komponentidir. H.-in kütlәvi hücumu insanlarda vә heyvanlarda, bәzәn ölümlә nәticәlәnәn (simulotoksikoz) ağır allergik reaksiyalara gәtirib çıxarır. H. mәmәlilәrdә onxoserkozun vә quşlarda hemosporidioz törәdicilәrinin spesifik daşıyıcılarıdır. Tulyaremiya vә Sibir yarası törәdicilәrini mexaniki olaraq ötürә bilirlәr.










