HÜNÜT – Yelizavetpol (Gәncә) qub.-nın Zәngәzur qәzasında (9.9.1930 ildәn Qafan r-nu), r-n mәrkәzindәn 15 km şm.-ş.-dә, Ecanan çayının sağ sahilindә azәrb.-ların yaşadığı kәnd. 1918 ilin dekabr ayında kәnd ermәni hücumlarına mәruz qalmış, dağıdılmış, әhalisi qovulmuşdur. Bölgәdә sovet hakimiyyәti qurulduqdan sonra qaçqın әhali geri qayıdaraq kәndi bәrpa etmişdir. 1988 ilin noyabr–dekabr aylarında H.-ün әhalisi ermәnilәr tәrәfindәn növbәti dәfә deportasiyaya mәruz qalmışdır.










