Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HÜRUFİLİK, h ü r u f i y y ә 
    HÜRUFİLİK, h ü r u f i y y ә (әr. حروف – “hәrflәr” sözündәn) – 14 әsrin sonunda Fәzlullah Nәimi tәrәfindәn yaradılmış tәriqәt. Əsasını hәrflәrin batini anlamı haqqında tәlim tәşkil edir. Hәrflәrin cәfr tәlimindәn qaynaqlanan mistik anlamını tәsәvvüf tarixindә ilk dәfә Hәllac Mәnsur sistemlәşdirmişdir (“Kitab әt-Tәvasin”, “Divan”). Hәrf mistikası İbn Ərәbinin fәlsәfi sistemi, xüsusilә yaradılış konsepsiyası ilә üzvi surәtdә bağlı olmuş, Mahmud Şәbüstәri vә b.-nın fәlsәfi irsindә mühüm yer tutmuşdur. Hәrflәrlә bağlı ezoterik tәlim müstәqil batini axın kimi ilk dәfә Nәiminin timsalında Gürganda tәşәkkül tapmış, sonralar, әsasәn, dörd mәrkәzdәn (Gürgan, Şiraz, Şirvan vә Tәbriz) qaynaqlanmışdır. Ehtimal ki, Nәiminin sistemlәşdirdiyi H. tәliminә әvvәllәr Gürgan vә Əstәrabad bölgәsindә hökmran olmuş batiniyyә ardıcılları (monqolların hücumu ilә süqut edәn Əlәmut qalası әtrafında tәşkilatlanmış ismaililәrin qalan nümayәndәlәri) dәstәk vermiş, H. batini tәriqәt sәciyyәsi qazanmışdır. Bundan başqa, bir çox mәnbәlәrdә sәrbәdarilәr üsyanının da H.-ә tәsiri barәdә qeydlәr var. H.-in meydana çıxması mәrhәlәli şәkildә baş vermişdir. Nәimiyә mövcudatın sirrinin (1373) vә hәrf elminin (1376) açıqlandığı ilk iki mәrhәlәdә H. ideya şәklindә olmuşdur. 10 il әrzindә kifayәt qәdәr tәrәfdar toplandıqdan, hәmçinin ideoloji vә ictimai zәmin hazırlandıqdan sonra H. 1386 ildә müstәqil tәlim elan edilmişdir. Güclü tәbliğat vә tәşkilatçılığı sayәsindә H.-i Yaxın Şәrqin bir çox ölkәlәrinә yaymağa müvәffәq olan vә çox sayda müridlәr yetişdirәn Nәimi siyasi çevrәlәr vә saray mühitindә dә nüfuz qazanmışdı. Nәimi siyasi dәstәk mәqsәdilә Teymurilәr dövlәtinә müraciәt edәrәk, H.-in açıq fәaliyyәti üçün Miran şahın razılığını almış vә tәlimin mәrkәzini Şirvana köçürmüşdü. Lakin H.-in sürәtlә yayılması siyasi iqtidar üçün tәhlükә hesab edildiyindәn Nәiminin Əmir Teymurun әmri әsasında Miranşah tәrәfindәn qәtlә yetirilmәsilә teymuri-hürufi qarşıdurmasının tәmәli qoyulmuşdu. Onun edamından (1394) sonra hürufilәr qruplar şәklindә müxtәlif әrazilәrә (Şam, Rum vә s.) yayılaraq fәaliyyәtlәrini gizli şәkildә davam etdirmişlәr; Şirvan, Gilan, Mazandaran, Tәbriz, Xorasan vә s. yerlәrdә H. mәrkәzlәri var idi. 1417 ildә H.-in böyük mübәlliği İmadәddin Nәsimi Hәlәb ş.-ndә edam edilmişdir. Tәqiblәrә baxmayaraq, xüsusilә Heratda çoxluq tәşkil edәn hürufilәr Teymuri hökmdarı Şahruxun ordusuna sıza bilmişdilә . Bundan ehtiyatlanan Şahrux hürufilәrin sürgün edilmәsi barәdә qәrar verdikdәn sonra 1427 ildә Əhmәd Lorun Heratda ona qarşı uğursuz suiqәsd planı hürufilәrә qarşı tәqiblәrin daha da kәskinlәşmәsinә sәbәb olmuşdu. Bu hadisә ilә bağlı bir çox hürufinin öldürülmәsi, bәzilәrinin sürgün olunması barәdә qeydlәr var. Əmir Qiyasәddin Nәiminin nәvәsi Əmir Nurullahla birlikdә hәbsә salınmışdı. 1431 ildә İsfahanda hürufilәrin Hacı Sürxün başçılığı ilә qaldırdığı qiyam Hacı Sürxün dәrisinin soyularaq edam edilmәsi, tәrәfdarlarının isә öldürülmәsilә nәticәlәnmişdir. Hürufilәrin Qaraqoyunlu dövlәti ilә münasibәti isә ziddiyyәt tәşkil edir. Başlanğıc da onların düşmәni Teymurilәrә qarşı Qaraqoyunlu dövlәti ilә xoş münasibәtdә olmuş, Qara Yusifin ordusunda Miranşaha qarşı döyüşdә iştirak etmişlәr. Qaraqoyunlu Cahanşahın dövründә dә hürufilәr Tәbrizdә Nәiminin qızı Fatimәnin rәhbәrliyi ilә açıq fәaliyyәt göstәrirdilәr. Özü dә müәyyәn dәrәcәdә H.-ә meyilli olan Cahanşah bir müddәt sonra fәqihlәrin tәhdidi vә fәtvası ilә 1441 ildә 500 hürufini öldürt müşdür.
    15 әsrin әvvәllәrindәn etibarәn H., әsasәn, Tәbriz vә Hәlәb istiqamәtindәn Anadoluya yayılmışdı. H.-in burada yayılması bәzәn Fәzlullahın xәlifәsi Əliyyül-Əla, bәzәn isә Mir Şәrif vә Nәsiminin adı ilә bağlanılır. Mir Şәrifin “Hacnamә”sindә Nәsiminin Ankarada Hacı Bayram Vәli ilә görüşdüyü, Anadoluda xәlifәlәr yetişdirdiyi, bәktaşilәrin onu özlәrindәn biri kimi qәbul etmәlәri göstәrilir. Əlәvilikdә yeddi ulu ozandan biri olan Nәsiminin tәsirilә H. tәlimi bu axına da nüfuz etmişdi.
    H. Anadoluda Azәrb., Xorasan, Suriya vә İraqa nisbәtәn daha uzunömürlü olmuşdur. Anadoluda H.-in әn böyük tәsiri Bәdrәddin Mahmud Simavinin adı ilә bağlıdır. H.-in I Mehmed vә II Muradın dövründә artan nüfuzu II Mehmedin dövründә saraya çatmış, sultan özü dә H.-ә maraq göstәrmişdir. Hürufilәr bir tәrәfdәn yeniçәri korpusunda tәrәfdar toplamağa, digәr tәrәfdәn isә saraya daxil olaraq rәsmi status qazanmağa çalışırdılar. Hürufilәrin nüfuzundan ehtiyatlanan vәzir Mahmud paşanın xәbәrdarlığından sonra şeyxülislam Fәxrәddin Əcәmi (ö. 1460) qurduğu hiylә vasitәsilә hürufilәri әlә keçirmiş vә edam etdirmişdir. Süleyman Qanuninin dövründә dә hürufilәr sürgünә mәruz qalmışlar. Bununla belә, 16–17 әsrlәrdә H. Anadoluda öz tәsirini saxlayaraq hәm bәktaşiliyin tәmәl inanclarına nüfuz etmiş, hәm dә müstәqil ardıcıllarını yetişdirmişdir. H. Anadoluda bayramilәr, qәlәndәrilәr, xәlvәtilәr vә qızılbaşlara da tәsir göstәrmiş, Rumeli vә Balkanlara qәdәr yayılmışdır. Müxtәlif qeydlәrdәn 16 әsrdә Anadoluya vә Rumelinә hürufilәrin hәbsi vә cәzalandırılmasına dair әmrlәrin göndәrildiyi mәlumdur. Sonrakı әsrlәrdә tәdricәn sayı azalan hürufilәr müxtәlif tәriqәtlәr içindә gizli fәaliyyәt göstәrmişlәr. İranda H. mәktәbi Nәiminin ardıcıllarından olmuş Mahmud Pәsixaninin yaratdığı nöqtәviyyә (pәsixiyyә) tәriqәtindә vә әhlihәqqin inanc sistemindә yaşamış, nöqtәviyyә vasitәsilә Hindistana nüfuz etmişdi.
    H.-in inanc sistemi. Özünәqәdәrki mistik axınların davamı kimi üzә çıxan H. bir sıra cәhәtdәn maniçilik, mәzdәkilik xürrәmilik, elәcә dә platonçuluq vә pifaqorçuluqla sәslәşir. H.-in metodologiyası әbcәd sisteminә әsaslanır vә cәfr tәliminin metodologiyası ilә üst-üstә düşür.
    H. fәlsәfәsinin әsasını üç mәrkәzi anlayış (üluhiyyәt-nübüvvәt, hәrflәr-saylar, sәssöz) üzәrindә işlәnib hazırlanmış “insan konsepsiyası” tәşkil edir. “Nübüvvәt” (peyğәmbәrlik) vә insanda zühur edәn “üluhiyyәt” (ilahilik) mәsәlәsi bu doktrinanın tәmәl әqidәsidir. H.-ә görә, әzәli vә әbәdi olan Kainatın hәrәkәti vә bәşәriyyәtin tarixi tәkrarlanan zamanın dövründәn keçir. Hәr bir dövrün әvvәli Adәmin zühurunu, sonu isә axirәti ifadә edir. Bu sistemә görә, Allah iki formada (Allahın özünәbәnzәr yaratdığı insanda vә Allahın nitqindә) tәzahür edir. Allahın insanda tәzahürü üç mәrhәlәdә gerçәklәşir: nübüvvәt, vilayәt (ilahi himayәdarlıq) vә üluhiyyәt. Peyğәmbәrlik Mәhәmmәdlә (“xәtmül-әnbiya”) başa çatmışdır; ikinci mәrhәlә imamların mәnәvi hakimiyyәti dövrüdür. Üluhiyyәt mәrhәlәsi Allahın tәzahürü olan Fәzlullah Nәimi ilә başlayır. Tәzahürün üçüncü mәrhәlәsindә Yaradan (Xaliq) vә yaradılanın (mәxluq) mahiyyәt etibarilә vahid vә eyni substansiya olduğunun üzә çıxması müddәasını irәli sürәn hürufilәr insanın әzәliliyi vә әbәdiliyi haqqında nәticәyә gәlmişlәr. Hәllacın “әnәl-hәqq” ideyasını şüar kimi qәbul edәn hürufilәrә görә, Haqq kamil insanın özündәdir; kamil insanın vücudu bütün mәnәvi vә maddi varlığı özündә әks etdirәn güzgüdür. Hәqiqәt axtarışı insanın özündә tamamlanır. Yaradılmışların әn gözәli (“әhsәni-tәqvim” – Biz insanı әn gözәl surәtdә yaratdıq; Quran, 95:4) vә әn üstünü (“әşrәfi-mәxluqat”) olan insan dünyanın xülasәsi (“zübdeyi-alәm) vә bütün sәmavi kitabları özündә әks etdirәn “әsl kitab”dır. H. kodeksindә insan tәkcә mәnәvi keyfiyyәt, qüdrәt vә әzәmәtinә görә deyil, hәm dә zahiri görkәmi etibarilә Haqqın tәcәllisidir. Haqqa mәxsus nişanәlәr insanın simasında inikas etmişdir. Vәhdәti-vücud tәlimindәki “әyani-sabitә” (sabit ideyalar) anlayışı H.- dә “kәlimәyi-ilahi” (ilahi söz) ilә әvәz olunmuşdur. Ənәnәvi esxatoloji görüşlәr H.-dә rәdd edilmiş, Quran antropomorfizm üslubunda şәrh edilmişdir.
    H.-in digәr mәrkәzi problemi “qütb” anlayışıdır. Qütb “Mәhәmmәd ruhu” olaraq Allahın tәcәllasıdır; Allah ona zaman vә mәkanda istәdiyi sifәt (şәkil) ilә görünür. Nübüvvәt vә vilayәti özündә tәmsil edәn “qütb” yer üzündә bütün işlәri әdalәtlә idarә etmәk üçün Allah tәrәfindәn seçilmiş canişindir. Fövqәlinsan olan bu canişin mahiyyәt etibarilә Allahın özüdür. Bu eyni zamanda hürufilәrin heç bir siyasi doktrinanı qәbul etmәmәlәrinin dә tәmәl nöqtәsi idi.
    Hürufilәrә görә, әbәdi qayıdış prinsipi üzrә tәkrarlanan mövcudat vә onda olan hәr şey daimi dialektik inkişafda vә hәrәkәtdәdir. H әyatda mütәmadi dәyişmәlәr baş verir. Qarşılıqlı әlaqәdә olan cisim vә hadisәlәrin biri digәrinә çevrilir, yaxud biri digәrini әvәz edir. Dövri olan hәrәkәt isә varlığın öz tәbiәtindәdir. Başqa sözlә, cisim yaranır, inkişaf edir, mәhv olur vә yenidәn әmәlә gәlir. Bir varlığın fәnası (yox olması) başqa varlığın meydana çıxmasına sәbәb olur. Makrokosmos (Kainat) vә mikrokosmos (insan) arasında mütlәq, ayrılmaz vә әbәdi әlaqә mövcuddur. H. fәlsәfәsinin әsas ideyası hәm “alәmi-kübra” (makrokosmos), hәm dә “alәmi-suğra” (mikrokosmos) olan “adәm”in (insanın) hәrflәr (28 vә 32 hәrf) vә rәqәmlәrin zahiri vә batini mәnaları vasitәsilә izahıdır. Batini mәna “zat” (ilahi substansiya), zahiri mәna isә “sifәtlәr”lә (atributlar) bağlıdır. H. fәlsәfәsindә varlığın vә insanın hәqiqәtinin dәrki hәrflәrin mәnalarına bәlәd olmadan mümkün deyil. Allahın dünyanı bir sözdәn (“kun” – әr.“ol”) yaratması barәdә Quran mәlumatından (6:73 vә s. ayәlәr) çıxış edәn H. doktrinasına görә, sözlәri tәşkil edәn hәrflәr yaradılışın tәmәlidir. Allahın sirri Quranda, Quranın sirri 29 surәnin әvvәlindә gәlәn hәrf vә hәrf birlәşmәlәrindә (“müqәttәә hәrflәri”), onların sirri isә 29 sözdәn ibarәt olub, hәr biri bir surәnin әvvәlinә uyğun gәlәn “Fatihәsurәsindәdir. “Fatihә”nin ayәlәri insanın üzündәki iki 7 xәtdә [“xütuti-ümmiyyә” (“ana xәtlәri”) – saç, 2 qaş, 4 kirpik vә “xütuti-әbiyyә” (“ata xәtlәri”) –hәddi-büluğa çatdıqdan sonra әmәlә gәlәn 7 xәtt)] әks olunmuşdur. 7 xәttin hәr biri 4 ünsür xassәsinә malik olduğundan 28-ә bәrabәrdir. Bu çıxış nöqtәsindәn hәrәkәt edәrәk Quranda, Kainatda vә insan bәdәnindәki riyazi qanunauyğunluqlardan, hәmçinin әbcәd hesabı әsasında onların müvafiq hәrflәr, sözlәr vә ayәlәrlә bağlılığından ibarәt mürәkkәb sistem yaratmış hürufilәr Kainatdakı hәr şeyin rәqәmlәrlә bir qarşılığının olduğunu göstәrirdilәr. İlahi mükәmmәlliyin daşıyıcısı olan ruhun mәskәni kimi cismә xüsusi önәm verәn hürufilәr “kamil insan” problemini digәr tәriqәtlәrdәn fәrqli olaraq, fiziki mövcudluq çәrçivәsindә hәll edirdilәr. Onlarda forma vә mәzmun, surәt vә mәna vәhdәt tәşkil edirdi. Hürufilәrә görә, mәzmun forma ilә üzә çıxır; surәtsiz mәna dәrk oluna bilmәz. Surәt mәnanı tәzahür etdirәn, onu aşkara çıxaran maddi kateqoriyadır vә bunların hәr ikisi bir-birindәn asılıdır, biri digәrini tamamlayır. H.-dә әzәli vә әbәdi olan ilkin zatın tәcәllisindәn zühur edәn varlığın yaradılış nizamı Allah, söz, kainat vә insan şәklindәdir. Dәrkolunmaz ilahi mahiyyәt özünü sözdә göstәrir. Sözlәr isә hәrflәrlә eynilәşәn sәslәrdәn ibarәtdir. Sözlәr hәm yaradılışın sәbәbi, hәm dә yaradılış prosesinin özüdür. Bu baxımdan, adlar tәsadüfi olmayıb ilahi hәqiqәtin daşıyıcısıdır. “Adları Adәmә öyrәtdi” ayәsinә (2:32) әsasәn, adların elminә vaqif olan insan kainat üzәrindә Allahın canişinidir. Varlığın ilk zühuru sәslә olmuşdur. Sәs qeyb alәmindәn (görünmәyәn alәm) eyn alәminә (görünәn alәm) zühur edәn hәr varlıqda mövcuddur. Mövcudatdakı sәs ilahi nitqin sәsindәn fәrqli olaraq, maddidir. Sәs canlılarda aktiv, cansızlarda isә passiv şәkildәdir. Onun әn mükәmmәl halı kәlam, yәni sözdür. İnsan söz vә nitqin daşıyıcısı olduğuna görә mәlәklәr tәrәfindәn sәcdә edilir. Nitq Allaha mәxsus sifәtdir vә әbәdidir. İsa Mәsih anası Mәryәmin bәtninә Allahın ruhundan söz şәklindә üfürüldüyünә görә әbәdi hәyata malikdir (Qurana görә, İsa Allahın sözüdür; 3:45, 4:171).
    H. ardıcılları. 1) Əliyyül-Əla tәxәllüsü ilә mәşhur olan Ə m i r S e y y i d Ə l i (ö.1419) Nәiminin baş xәlifәsi olmuşdur. Teymurilәrin tәqiblәri nәticәsindә Suriyaya, oradan isә Anadoluya getmişdir. Bәktaşi tәkyәsindә fәaliyyәt göstәrmiş, Anadoluda H.-in yayılmasında mühüm rol oynamışdır. Ömrünün sonuna yaxın Azәrb.-a qayıtmış, Əlincәdә (Naxçıvan) vәfat etmiş, Nәiminin yanında dәfn olunmuşdur. “Tövhidnamә” mәnzumәsi H. inancları haqqındadır. “Qiyamәtnamә” mәnzumәsindә Nәiminin edamına dair mәlumatlar var; 2) S e y y i d İ m a d ә d d i n N ә s i m i n i n Azәrb. vә fars dillәrindә divanları, elәcә dә “Müqәddimәtülhәqaiq” әsәri H.-in başlıca mәnbәlәrindәndir; 3) Nәiminin xәlifәsi Ə m i r S e y y i d İ s h a q  Ə s t ә r a b a d i H.-ә dair “İşarәtnamә”, “Turabnamә”, “Xabnamә”, “Mәhrәmnamә” әsәrlәrinin müәllifidir. “Seyyidüs-sadat” adıyla tanınan Əmir İshaq Xorasanda fәaliyyәt göstәrdiyinә görә Xorasan mürşidi kimi mәşhurlaşmış, Gilan vә Şirvanda da H. tәlimini yaymışdır. “Mәhrәmnamә”si 1909 ildә Leydendә çap olunmuşdur; 4) S e y y i d K a m a l H a ş i m i “Cavidannamә”nin әlyazma nüsxәlәrini toplamış, hәmçinin әsәrә şәrh yazmışdır; 5) Ə m i r Q i y a s ә d d i n i n (ö. 15 әsrin 2-ci yarısı) 1432 ildә İsfahanda qәlәmә aldığı “İstivanamә” әsәri Nәiminin hәyatı, fәaliyyәti, edamı, elәcә dә yaxın adamları vә xәlifәlәri haqqında mühüm mәlumatları ehtiva edir; 6) Ə b d ü l m ә c i d F i r i ş t ә o ğ l u (ö. 1460) H.-in Anadolu vә Rumelindә yayılmasında mühüm rol oynamışdır. H.-dә axirәtlә bağlı inancları ehtiva edәn “Axirәtnamә” әsәrinin müәllifi olan Firiştәoğlu Nәiminin “Cavidannameyi-sәğir”ini müxtәsәr şәkildә “Eşqnamә” adı ilә, “Mәhәbbәtnamә”sini isә “Hidayәtnamә” adı ilә, hәmçinin Seyyid İshaqın “Xabnamә”sini türk dilinә tәrcümә etmişdir. “Eşqnamә” 1871 ildә İstanbulda nәşr olunmuşdur; 7) Mir Ş ә r i f i n (ö. 1649) “Bәyanül-vaqi” әsәrindә Nәiminin xәlifәlәrindәn bәhs olunur; 8) Mürşidlәr silsilәsi Əliyyül-Əlaya çatan Hәmzә (ö. 1623) Nәiminin “Cavidannamә”sini haşiyәlәr şәklindә şәrh etmişdir; 9) Hәmzәnin xәlifәsi M әhәmmәd İ ş q u r t D ә d ә H.-in inanc әsaslarına dair “Sәlatnamә” әsәrinin müәllifidir.
    H.-in әsas mәnbәyi Nәiminin “Cavidannamә” әsәridir. Hürufilәrin әsәrlәri (xüsusilә “Cavidannamә”) şәrti işarәlәr vә simvolik ifadәlәrlә zәngin olduğuna vә çәtin anlaşıldığına görә onların özlәri tәrәfindәn müxtәlif lüğәtlәr tәrtib edilmişdir (mәs., “Lüğәti-Əstәrabadi”).
    Tәmәnnai, Üsuli, Kani, Sarı Abdullah Çәlәbi, Pәnahi, Mühyiddin Abdal, Yәmini, Gülbaba, Ruhi Bağdadi, Aşıq Virani, Rövşәni, Diyarbәkirli Xәlili, Mühibbi (Süleyman Qanuni), Baki kimi Osmanlı dövrü şairlәri, Rәfii, Hәqiqi (Cahanşah), Hәbibi, Xәtai (Şah İsmayıl) kimi Azәrb. şairlәri H. mәktәbinin tәsiri ilә şeirlәr yazmışlar.
    Hürufilәrdәn Fәsihi, Xәvafi, İbn Hacәr, Əsqәlani, Şәmsәddin Sәxavi, Qiyasәddin Xondәmir, Hafiz Hüseyn Tәbrizi, Mәcdәddin Hәsәn Nafәci, Əbdürrәzzaq Sәmәrqәndi, Ə.Cami kimi orta әsr müәlliflәri bәhs etmişlәr. H. әdәbiyyatının üzә çıxarılması vә tәdqiqi ilә E.Braun, K.Hüart, E.Gibb, H.Ritter, S.Keya, H.Alyari, İ.Hikmәt, Ə.Göl pınarlı, Azәrb.-da isә S.Mümtaz, M.Tәrbiyәt, H.Araslı, Ə.Ə.Sәidzadә, H.Orucәli, M.Quluzadә, Z.Quluzadә, F.Qasımzadә, L.Hüseynzadә, Z.Mәmmәdov, Ə.Rәhimov vә b. alimlәr mәşğul olmuşlar. H. bir çox cәhәtinә görә yalnız Azәrb.-ın ictimai-bәdii fikrindә deyil, Yaxın vә Orta Şәrq xalqlarının ictimai tәfәkkür tarixindә dә müstәsna rol oynamışdır.
    Əd.: Azәrbaycan әdәbiyyatı tarixi, 6 cilddә, c. 3, B., 2009; B a b a y e v Y. Tәriqәt әdәbiyyatı: sufizm, hürufizm. B., 2007; U s l u e r Fatih, Hurufilik – ilk elden kaynaklarla doğuşundan itibaren, İstanbul, 2009.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 