HÜSAMƏDDİN ÇƏLƏBİ, H ә s ә n i b n M ә h ә m m ә d i b n H ә s ә n i b n Əxi Türk (1225, Konya – 24.10.1284, Konya) – mövlәvi şeyxi, C.Ruminin әn mәşhur müridi vә xәlifәsi. “Hüsamәddin” (“dinin qılıncı”) lәqәbini mürşidindәn almışdır. Əslәn Urmiya ş.-ndәndir. Əxi Türk H.Ç.nin atası Əxi Mәhәmmәd Urmәvinin babasıdır. Atasının vәfatından sonra onun yerinә әxi şeyxliyi mәqamına dәvәt alsa da, H.Ç. Ruminin ardıcılı olmuşdur. Tacәddin Mutәzzin vasitәsilә tәkyәyә şeyx tәyin edilmişdir. Rumi “Mәsnәvi”sini H.Ç.-nin istәyilә yazmış, onun şәrәfinә әsәrini “Hüsaminamә” adlandırmışdır. H.Ç. mürşidinin yanında dәfn olunmuşdur.










