HÜSEYN BƏY LƏLƏ ŞAMLI, L ә l ә b ә y (? – 23.8.1514, Çaldıran) – Sәfәvi sәrkәrdәsi, әmir ül-ümәra (1501). Şamlı tayfasından idi. Ağqoyunlu hökmdarı Rüstәmin [1492–97] tәqibindәn gizlәnәn gәlәcәk Sәfәvi hökmdarı I İsmayılın tәrbiyәçisi (lәlәsi) vә әn yaxın kömәkçisi olmuşdur. Qızılbaşların Şirvana hücumunda, Şirvanşah Fәrrux Yәsarın [1462–1500] mәğlub edilmәsindә, Gülüstan qalasının mühasi rәsindә, hәmçinin 1501 ildә Naxçıvan yaxınlığında Ağqoyunlu Əlvәnd Mirzәnin mәğlubiyyәtә uğradılmasında fәrqlәnmişdi. Xorasan işğal edildikdә Herat ş. tiyul olaraq ona verilmişdi. Çaldıran vuruşmasında (1514) öldürülmüşdür.










